Rayon haqqında
Təhsil
Qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Salyanda təhsil həmişə xüsusi diqqət verilən sahələrdən olub. İqtisadi baxımdan daim inkişaf etdiyi üçün Salyan həm də uzun müddət Muğan bölgəsinin maarif-mədəniyyət mərkəzi olub. 1860-cı illərə aid mənbələrə əsasən, Salyanda 4 ibtidai məktəb, 19 mədrəsənin (15 kişi, 4 qadın)olması məlumdur. 1880-ci ilin 22 sentyabr tarixində isə indiki Salyan ərazisində ilk Avropa təmayüllü orta təhsil məktəbinin açılması dəqiq tarixi faktlarla təsbit edilib. Bu məktəbin ilk 49 şagirdindən 47 nəfəri milliyyətcə azərbaycanlı, 2 nəfəri isə rus olub. Məktəbin ilk müəllimi Koloşov idi. Tədris müəssisəsinin direktorunun adıyla məktəbə el arasında “ abramın məktəbi” kimi tanınırdı. Məktəbin ilk məzunlarından bir neçə nəfəri Bakı Realnı məktəbinə, 2 nəfəri isə Qori Müəllimlər Seminariyasına müəllim təyin olunub. Hazırda bu məktəbin bazasında Salyan şəhərindəki Aşıq Pənah adına 1 saylı humanitar fənnlər təmayüllü humanitar fənlər təmayüllü məktəb-litsey fəalliyyət göstərir.
Sonrakı illərdə yaranan Salyan şəhərində qız və oğlanların təhsil alması üçün əlavə 2 məktəb açılb.
Salyanda təhsil bu gün
Hazırda Salyan rayonu ərazisində 52 ümum təhsil məktəbi, 1 İnteqrasiya təlimli internat tipli gimnaziya, 16 dövlət, 1 özəl məktəbəqədər, 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Ümum təhsil məktəblərinin 37-si tam orta, 15-i ümum iorta, 1-i isə ibtidai təhsil verir. 52 ümum təhsil məktəbin də 18441, İnteqrasiya təlimli internat tipli gimnaziyada isə 544 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 2738 müəllim məşğul olur.
Rayonda fəaliyyət göstərən 17 məktəbəqədər müəssisədən 5-i kəndlərdə, 12-si isə şəhər ərazisində yerləşir. Məktəbəqədər müəssisələrə 665 uşaq cəlb edilmişdir.
Uşaqların asudə vaxtının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətlərini və istedadlarını inkişaf etdirmək məqsədilə 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərir:
- Uşaq Gənclər İnkişaf Mərkəzi
- Uşaq Gənclər İdman Şahmat məktəbi
Sarvan, Kürsəngi və Arbatan kənd tam orta məktəbləri əsaslı təmir edilmiş, Ərəbqardaşbəyli kənd tam orta məktəbi üçün 180, Aşağı Kürkənd kənd tam orta məktəbi üçün 360, Qızılağac kənd tam orta məktəbi üçün 1000, Şorsulu kənd ümumi orta məktəbi üçün 300 şagird yerlik, Qarabağlı kəndində uşaq bağçası üçün 100 yerlik, Salyan şəhərində 3 saylı uşaq bağçası üçün 40 yerlik və 9 saylı uşaq bağçası üçün 60 yerlik yeni bina tikilmişdir.
Uğurlarımız
Rayonun ümumtəhsil məktəb müəllimlərindən 11 nəfər “Əməkdar müəllim” fəxri adı almış, 10 nəfər “Tərəqqi medalı”na, 1 nəfər isə “Prezident təqaüdü ”nə layiq görülmüşdür. 2023-cü ildə rayonun tam orta məktəblərində 1184 nəfər atestat almışdır. Bunlardan 462 məzun ali, 150 nəfər orta ixtisas məktəblərinə, 19 nəfər isə xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olmuşdur. Ali məktəblərə qəbul olunanlardan 48nəfər 500-dən,17 nəfər isə 600-dən çox bal toplamışdır. Şəhər 7 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyin XI sinif şagirdi Fərid Quliyev və 8 saylı tam orta məktəbin XI sinif şagirdi Arifə Ələkbərova “Qızıl nişan” ilə təltif olunmuşlar. Fərid Quliyev 679.8 bal toplayaraq Bakı Ali Neft Məktəbinə qəbul olmuş və Prezident Təqaüdünə layiq görülmüşdür.
Respublika Fənn Olimpiadalarının qalibi olmuş Fərid Quliyev qızıl, Arifə Ələkbərova və Arif Sultanlı gümüş, Abel Fərəcov, Mehdi Heydərov və Mirəsgər Əsgərov bürünc medala layiq görülmüşdür.
Qarabağlı-1 kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Fərəcov Abel Tural oğlu və VIII sinif şagirdi Fərəcov İsmayıl Tural oğlu Simso Beynəlxalq Riyaziyyat Olimpiadasının I turunda qızıl, Tailandda keçirilən final turda isə gümüş medalların sahibi olmuşlar.
“Əməkdar müəllim ” fəxri adına layiq görülmüş müəllimlər
- Əhmədov Həsənağa Əhməd oğlu – Şəhər 7 saylı texniki fənlər təmayüllü məktəb-liseyin ingilis dili müəllimi ( 2000-ci il ) -- vəfat edib.
- Piriyeva Gülşən Əliağa qızı - Şəhər 7 saylı texniki fənlər təmayüllü məktəb-liseyin kimya-biologiya müəllimi ( 2004-cü il )
- Şirinova Əlvanxanım Əmir qızı -təqaüdçü-müəllim ( 2005-ci il )
- Ələsgərova Yaqut Bəylər qızı - Şəhər 7 saylı texniki fənlər təmayüllü məktəb-liseyin biologiya müəllimi(2007-ci il )
- Mehdiyev Ələsgər Rəşid oğlu – təqaüdçü-müəllim ( 2008-ci il )
- Səlimli Səlimağa Ağaxan oğlu - Şəkərli kənd ümumi orta məktəbin direktoru, fizika müəllimi ( 2009-cu il )
- Cəbrayılova Fərqanə Həbib qızı – Rayon Təhsil şöbəsində aparıcı məsləhətçi, tarix müəllimi ( 2010-cu il )
- Piriyev Allahverdi Əliyusif oğlu -- təqaüdçü-müəllim ( 2013-cü il )
- Rzayeva Sehranə Nəriman qızı – şəhər 2 saylı tam orta məktəbin tarix müəllimi (2017-ci il )
- Dadaşov Məhəbbət Vahub oğlu – Aşağı Kürkənd kənd tam orta məktəbin riyaziyyat müəllimi (2019-cu il)
- Rəhimova Şəhla Məmmədqasım qızı -- Şəhər 7 saylı texniki fənlər təmayüllü məktəb-liseyin coğrafiya müəllimi (2021-ci il)
“Tərəqqi” medalı ilə təltif olunmuş müəllimlər
- Orucov Zabit Səyyaf oğlu - Yuxarı Xalac -1 kənd tam orta məktəbin riyaziyyat müəllimi (2005-ci il)
- Quliyev Yusif Əliqulu oğlu - Şəhər 8 saylı tam orta məktəbin riyaziyyat müəllimi (2008-ci il)
- Ağalarov Məsud Mahmud oğlu – təqaüdçü-müəllim (2010-cu il)
- Əzizov Saleh Niftulla oğlu – təqaüdçü-müəllim (2012-ci il)
- Əsgərov Rəcəb İman oğlu - Şəhər 4 saylı tam orta məktəbin kimya müəllimi (2013-cü il)
- Məmmədov Əlimuxtar Mirəli oğlu – Şəhər 4 saylı tam orta məktəbin direktoru (2014-cü il)
- Əzizov İdris Fərəculla oğlu – təqaüdçü-müəllim (2015-ci il)
- Dadaşova Razıgül Müseyib qızı – Rayon Təhsil şöbəsinin müdiri, tarix müəllimi (2016-cı il)
- Zeynalov Ziyafət Məmmədbağır oğlu - 8 saylı tam orta məktəbin ingilis dili müəllimi (2018-ci il)
- Orucova Heyran Akif qızı - şəhər 2 saylı tam orta məktəbin kimya-biologiya müəllimi (2022-ci il)
Prezident təqaüdü almış müəllim
• Əhmədov Həsənağa Əhməd oğlu - Şəhər 7 saylı texniki fənlər təmayüllü məktəb-liseyin ingilis dili müəllimi. ( 2007-ci il ) --- vəfat edib.
Hər tədris ilinin sonunda respublikanın ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu barədə Dövlət İmtahan Mərkəzinin yekun statistikasında rayonumuz həm ümumi nəticələr üzrə, həm də ayrı-ayrı fənlər üzrə nəticələrə görə respublikada öncül yerlərdə olur.
İllər |
Məzunların sayı |
Sənəd verənlər |
Qəbul olunanlar |
500-dən çox bal toplayanlar |
600-dən çox bal toplayanlar |
2005 |
1509 |
710 |
281 |
36 |
8 |
2006 |
1501 |
767 |
234 |
42 |
13 |
2007 |
1431 |
696 |
211 |
36 |
11 |
2008 |
1378 |
779 |
226 |
52 |
17 |
2009 |
1433 |
677 |
245 |
37 |
6 |
2010 |
1322 |
663 |
278 |
64 |
18 |
2016 |
1212 |
851 |
342 |
49 |
21 |
2017 |
1074 |
789 |
337 |
43 |
18 |
2018 |
1056 |
830 |
421 |
63 |
27 |
2019 |
963 |
645 |
373 |
68 |
14 |
2020 |
925 |
603 |
385 |
57 |
12 |
2021 |
1042 |
700 |
384 |
52 |
13 |
2022 |
1049 |
672 |
441 |
60 |
27 |
2023 |
1184 |
1065 |
462 |
48 |
17 |
Rayonda iki məktəbin bazasında lisey siniflər açılaraq Təhsil Nazirinin əmri ilə məktəb-liseyə çevrilmişdir. Bir məktəb elektron məktəbə çevrilib.
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri: Mənsimli Sənan Famil oğlu
İdarənin yerləşdiyi ünvan : Salyan şəhəri, Ənnağı Hüseynov küçəsi № 2a
Telefon: (021) 255-51-30
Faks: 255-51-30
Email adresi: salyan@edu.gov.az
Məktəblərin yenilənməsi
Ölkəmizin iqtisadi imkanlarının ilbəil güclənməsi təhsil sahəsinin inkişafına təsirsiz ötüşməyib. Xüsusilə yeni məktəb binalarının tikilməsinə və təhsil müəssisələrinin texniki bazasının gücləndirilməsinə diqqət daha böyükdür. Məqsəd indidən gələcəyimizin etibarlı təminatına yiyələnməkdir. Bu baxımdan dövlət siyasəti Salyanda da uğurla davam etdirilir. Belə ki son illərdə rayon ərazisində yararsız vəziyyətdə olan məktəblərin yerində yeniləri tikilərək şagirdlərin istifadəsinə verilmişdir. Şorsulu kənd inzibati ərazi dairəsinə daxil olan Boranıkənd kəndində 200 yerlik ümumi orta, Peyk kəndində 320 yerlik tam orta, Qarabağlı kəndində 480 yerlik Qarabağlı-1 saylı kənd tam orta, Yolüstü kəndində 360 yerlik tam orta, Quyçu kəndində 80 yerlik ümumi orta, Salyan şəhəri Plastmas yaşayış massivində yeni 680 yerlik 9 saylı tam orta, Salyan şəhər 2 saylı tamorta məktəbi üçün 1200 yerlik yeni bina,Bəşirbəyli kəndində Pambıqkənd kənd tam orta məktəbi üçün 6 sinif otağından ibarət 120 yerlik yeni korpus, Ərəbqardaşbəyli kənd tam orta məktəbi üçün 180 şagird yerlik, Aşağı Kürkənd kənd tam orta məktəbi üçün 360 şagird yerlik, Qızılağac kənd tam orta məktəbi üçün 1000 şagird yerlik və Şorsulu kənd ümumi orta məktəbi üçün 300 şagird yerlikyeni bina, Qarabağlı kəndində 100 yerlik, şəhər3 saylı uşaq bağçası üçün 40 yerlik və 9 saylı uşaq bağçası üçün 60 yerlik yeni bina tikilmişdir. Kürqaraqaşli kənd tam orta və Xurşud kənd ümumi orta məktəblərində istilik sistemi quraşdırılaraq istifadəyə verilmişdir.Bundan əlavə, Dayıkənd, Kürsəngi, Sarvanvə Arbatan kənd, Qaraçala qəsəbə və şəhər 8 saylı tam orta məktəblərin binaları əsaslı təmir olunmuşdur. Qeyd edək ki, yeni tikilən məktəblərin hamısı dövlət vəsaiti hesabına inşa olunmuş, əsaslı təmir işləri dövlət vəsaiti xəttilə aparılmışdır.
Salyan Peşə Liseyi
Salyan Peşə Liseyi Salyan şəhəri H. Əliyev küçəsi 96 nömrəli binada yerləşir. Salyan şəhərində 1941-ci ildən 104, 1974-cü ildən isə 76 saylı texniki peşə məktəbləri fəaliyyət göstərib. 1996-cı ildə Azərbaycan respublikası Nazirlər kabinetinin 116 saylı 23 avqust 1996-cı il tarixli qərarı və buna müvafiq olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin 440 saylı 02 sentyabr 1996-cı il tarixli əmri ilə bu texniki peşə məktəbləri birləşdirilmiş, 02 noyabr 1996-cı ildən bu texniki peşə məktəblərinin bazasında Salyan Peşə Liseyi fəaliyyətə başlamışdır.
Salyan Peşə liseyinin idarə olunması və onun fəaliyyəti Azərbaycan Respublikasının Təhsil Qanununa, Azərbaycan Respublikası Nazirlər kabinetinin 23 avqust 1996-cı il tarixli 116 saylı qərarı ilə təsdiq edilmiş əsasnaməsinə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin hüquqi – normativ aktlarına və liseyin 659 №-li 05 dekabr 1996-cı il tarixdə Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş nizamnaməsinə müvafiq olaraq həyata keçirilir. Liseydə 381şagird ( 2023 / 2024-cü tədris ilinə olan vəziyyət) təhsil alır.
Salyan Peşə Liseyində aşağıda göstərilən 10 ixtisas üzrə kadr hazırlığı aparılır:
- Geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər
- Aqroservis mütəxəssisi
- Əməliyyatçı - mühasib
- Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru
- Mebel ustası
- Kompüterlərin təmiri və xidməti üzrə texnik
- Bitkiçilik mütəxəssisi
- Əl elektrik qaynaqçısı
- Kompüter sistem inzibatçısı
Direktor: Ruslan Fətullayev
Telefon: (021) 255-22-83
Faks: 255-22-83
Email adresi: salyan_pl@mail.ru