Şriftin ölçüsü :

Saytın rəngi :

Könüllülük fəaliyyəti

Könüllülük fəaliyyəti

Könüllü fəaliyyətinə sən də qoşul !

Salyan Rayon İcra Hakimiyyəti “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq öz strukturlarında könüllülük fəaliyyətini daha da genişləndirir.

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə ”Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur.

Bu məqsədilə  Salyan Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əlaqələndirməklə ölkədə gənclər arasında könüllülük fəaliyyətinin daha geniş təşviq edilməsinə başlayır.

Könüllü kimi 2 ay müddətində işləyib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə xüsusi sertifikatlar veriləcəkdir ki, bu da onların növbəti iş həyatına uğurlu bir keçid fürsəti olacaqdır. Salyan Rayon İcra Hakimiyyətində təşkil olunan könüllülük fəaliyyətinə 16-29 yaş arası gənclər müraciət edə bilər.

Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:

İntizamlılıq;
      Xoşrəftarlılıq;
      Ünsiyyətcillik;
      Operativlik;
      Kollektivdə işləmək bacarığı;
      Təşkilatçılıq;
      Təşəbbüskarlıq;
      Kompüter bacarığı.

Müraciət üçün:

Könüllülər sırasına qoşulmaq istəyən gənclər Könüllü fəaliyyət göstərmək üçün müraciət formasını dolduraraq ictimaisiyasi.sobe@mail.ru e-poçtuna göndərə bilərlər. 

Könüllülük fəaliyyəti 2 növbədə təşkil olunur:

- 09:00 - 13:00 – birinci növbə

- 14:00 - 17:00 – ikinci növbə

 Əlaqə telefonu: 255-51-05

 

 

Könüllü Anketi
Keçidlər