Şriftin ölçüsü :

Saytın rəngi :

İqtisadiyyat

 

 

M Ü N D Ə R İ C A T

Ərazi və əhali ...................................................................................................

2

Makroiqtisadi göstəricilər..................................................................................

3

2019-2023-cü illərdə sosial-iqtisadi inkişaf Dövlət Proqramı............................

5

Yeni iş yerləri  ..................................................................................................

7

Əmək bazarı.....................................................................................................

8

Sənaye.............................................................................................................

10

Kənd təsərrüfatı................................................................................................

11

Tikinti................................................................................................................

13

Nəqliyyat və anbar təsərrüfatı...........................................................................

14

İnformasiya və rabitə........................................................................................

15

Ticarət; nəqliyyat vasitələrinin təmiri............................................................

15

Ödənişli  xidmətlər və ictimai iaşə....................................................................

17

Mehmanxana.....................................................................................................

19

Qiymət statistikası.............................................................................................

20

 

 

*ilkin məlumat

Salyan rayonunda 2022-ci ilin yanvar-sentyabr  aylarında rayonun

     iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə dair

ümumi  məlumat

 

 

Yaranma tarixi:   -   08.08.1930

Ərazisi:          -1,60 min km2

 Əhalinin sayı: -142,2  min nəfər*

(01 oktyabr 2022-ci il)

Əhalinin sıxlığı: -1km2  89 nəfər

Salyan rayonu  ilə Bakı şəhəri

arasında olan məsafə   126 km

İnzibati ərazi vahidlərinin sayı:-20

Şəhər – 1,  qəsəbə - 2

Kənd yaşayış məntəqələri – 48

Azərbaycan Respublikasının ərazisi 86,6 min kv.km-dir.

Salyan rayonunun ərazisi 1,60 min kv.km olmaqla ümumi respublika ərazisinin 1,8 faizini təşkil edir.

Əhalinin sayı və tərkibi haqqında məlumatlar siyahıyaalınma illəri üçün 09 fevral 1897-ci ildə, 17 dekabr 1926-cı ildə, 17 yanvar 1939 və 1949-cu illərdə, 15 yanvar 1959 və 1970-ci illərdə, 12 yanvar 1989-cu ildə, 27 yanvar 1999-cu ildə, 13 aprel 2009-cu ildə, sonuncu siyahıyaalma isə 10 oktyabr 2019-cu ildə keçirilmişdir.

1868-ci ildə Salyan Bakı Quberniyasının Cavad qəzasının mərkəzi olmuş, 1916-cı ildən şəhər statusu almış, 1929-1930-cu illərdə Muğan (Salyan) dairəsinin mərkəzi, 1930-cu ildən isə Salyan şəhəri, Salyan rayonunun mərkəzi olmuşdur. Rayonun ərazisi 1,60 min kvadrat kilometr, əhalisi  isə 142,2* min nəfərdir. Rayonda 20 inzibati ərazi nümayəndəliyi, 20 bələdiyyə fəaliyyət göstərir. Rayonda 729 nəfər məcburi köçkün, 297 nəfər isə qaçqın məskunlaşmışdır. Rayonun iqtisadiyyatını sənaye sahələri, neft və qaz istehsalı, kənd təsərrüfatı, tikinti və ticarət təşkil edir.

Demoqrafik vəziyyət. İlkin məlumatlara  əsasən  rayon  əhalisinin sayı 584 nəfər və yaxud 0,4 faiz artaraq  2022-ci ilin oktyabrın 1-i vəziyyətinə  142,2 min nəfərə çatmışdır. Əhalinin sıxlığı bir kvadrat kilometrə  89,0 nəfər olmuşdur.  

Yaş tərkibinə görə rayon əhalisinin ümumi sayında 0-4 yaşlarında olan əhalinin xüsusi çəkisi 7,3 faiz, 5-9 yaşlarında olanlar 9,1 faiz, 10-14 yaşlarında olanlar 8,0 faiz, 15-19 yaşlarında olanlar 6,2 faiz, 20-24 yaşlarında olanlar 6,4 faiz, 25-29 yaşlarında olanlar 8,7 faiz, 30-34 yaşlarında olanlar 9,0 faiz, 35-39 yaşlarında olanlar 8,0 faiz, 40-44 yaşlarında olanlar 6,7 faiz, 45-49 yaşlarında olanlar 5,5 faiz, 50-54 yaşlarında olanlar 5,9 faiz, 55-59 yaşlarında olanlar 6,1 faiz, 60-64 yaşlarında olanlar 5,7 faiz, 65 və daha yuxarı yaşda olanlar isə 7,4 faiz  təşkil edir.

 

   Cədvəl 1

Əhalinin təbii hərəkətinin  əsas göstəriciləri

 

 

Yanvar-sentyabr ayları

nəfər

əhalinin hər 1000 nəfərinə

 

2022-ci il

 

 

2021-ci il

 

artım (+)

azalma (-)

 

2022-ci il

 

 

2021-ci il

 

2022-ci il 2021-ci ilə nisbətən, faizlə

Təbii artım

568

589

-21

5,3

5,6

94,6

Doğulanlar

1206

1320

-114

11,3

12,5

90,4

Ölənlər

638

731

-93

6,0

6,9

87,0

Nikahlar

477

647

-170

4,5

6,0

75,0

Boşanmalar

145

    158

-13

1,4

1,5

93,3

 

İlkin məlumata əsasən 2022-ci ilin yanvar-sentyabr ayları ərzində rayonda 1206  nəfər körpə doğulmuşdur. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə doğumun səviyyəsi 12,5-dən 11,3-ə qədər azalmışdır. İlkin məlumata əsasən doğulan körpələrin 56,4 faizi oğlan, 43,6 faizi isə qız uşaqlarından ibarət olmuşdur. 2022-ci ilin yanvar-sentyabr ayları ərzində rayonda 638 ölüm halı qeydə alınmış, əhalinin hər 1000 nəfərinə hesabı ilə ölümün səviyyəsi isə 6,0 olmuşdur.   2021-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə hesabı ilə ölümün səviyyəsi 6,9-dan 6,0-a qədər azalmışdır. Cari ilin yanvar-sentyabr aylarında dövlət orqanları tərəfindən rayonda 477 nikah və 145 boşanma halları qeydə alınmış və 2021-ci ilin müvafiq dövrünə nisbətən əhalinin hər 1000 nəfərinə hesabı ilə nikahların sayı 6,0-dan 4,5-ə qədər, boşanmaların sayı isə 1,5-dən 1,4-ə qədər azalmışdır. İlkin məlumata görə 2022-ci ilin yanvar-senryabr ayları ərzində daimi yaşamaq üçün rayona 72 nəfər gələn və 56 nəfər isə rayondan gedən qeydə alınmış və miqrasiya saldosu 16 nəfər olmuşdur.

 

Cədvəl 2

Makroiqtisadi göstəricilər*

min manatla

 

Məhsulun və xidmətin satışından əldə olunmuş gəlir

 

yanvar-sentyabr ayları faktiki

 

2022-ci ilin

yanvar-sentyabr ayları

 2021-ci ilin

 yanvar-sentyabr aylarına nisbətən, faizlə            

2022-ci ilin

 yanvar-sentyabr ayları

 2021-ci ilin

 yanvar-sentyabr aylarına nisbətən,

fərq+-

 

2022-ci il

 

2021-ci il

Ümumi məhsul buraxılışının həcmi-cəmi

o cümlədən:

 

 

326007,5

 

 

291089,7

 

 

112,0

 

 

+34917,8

  Sənaye

60366,3

66105,6

                       91,3

-5739,3

  Kənd təsərrüfatı, meşə

  təsərrüfatı və balıqçılıq

 

146675,6

 

127053,0

 

115,4

 

+19622,6

  Tikinti

25531,0

20229,2

126,2

+5301.8

  Nəqliyyat və anbar     təsərrüfatı

 

10493,9

 

3911,2

 

2,7 d

 

+6582,7

  İnformasiya və rabitə

678,7

725,6

93,5

-46,9

  Ticarət; nəqliyyat vasitələrinin təmiri

 

82262,0

 

73065,1

 

112,6

 

+9196,9

 

2022-ci ilin yanvar-sentyabr aylarında Salyan rayonunda iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin həcmi ilkin hesablamalara görə əvvəlki ilin müvafiq dövrünə nisbətən faktiki qiymətlərlə 12,0 faiz, yəni 34917,8 min manat artaraq 326007,5 min manat təşkil etmişdir.

2022-ci ilin yanvar-sentyabr  ayları ərzində sənayedə 60366,3 min manatlıq və ya ümumi məhsulun 18,5 faizi qədər, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq təsərrüfatlarında 146675,6 min manatlıq və ya 45,0 faizi qədər, tikintidə 25531,0 min manatlıq və ya 7,8 faizi qədər, nəqliyyat və anbar təsərrüfatında 10493,9 min manatlıq və ya 3,2 faizi qədər, informasiya və rabitədə 678,7 min manatlıq və ya 0,2 faizi qədər, ticarət; nəqliyyat vasitələrinin təmirində 82262,0 min manatlıq və ya 25,3 faizi qədər məhsul istehsal olmuş və xidmətlər göstərilmişdir.

 

Qrafik 1

İqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı

 

 

  “ Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə

sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə

tutulan tədbirlərin icra vəziyyəti haqqında

    

Sənayenin inkişafı istiqamətində tədbirlərin davam etdirilməsi - Rayonun Xıdırlı   kəndi ərazisində Zeytun zavodunun tikintisi başa çatdırılmışdır. İllik istehsal gücü 23,0 min dekalitr olacaq zavodda 50 yeni iş yeri yaradılacaqdır. Tikintinin ümumi dəyəri 3,1 mln manat təşkil edir. Zavodda sınaq işləri aparılmışdır.

Rayonun Xıdırlı kəndi ərazisində Meyvə Emalı zavodunun tikintisi başa çatdırılmışdır. İllik istehsal gücü 6,0 mln ton olacaq zavodda 73 yeni iş yeri yaradılacaqdır. Tikintinin ümumi dəyəri 4,2 mln manat təşkil edir. Zavodda sınaq işləri aparılmışdır.

Kənd təsərrüfatı məhsulları istehsalı və emalı sahəsinin inkişafı - Rayonun Qızılağac kəndi ərazisində yeni Aqropark yaradılmışdır. Ümumi  sahəsi 3000 ha, tikinti sahəsi 60 ha, 500 başlıq 4 tövlə, texnika parkı, ofis binası, 3 ədəd 1500 tonluq, 3 ədəd 2500 tonluq taxıl anbarı, gücü 10 ton/saat olan 1 ədəd yem zavodu, qonaq evi, 4500 tonluq yem anbarı, 1 ədəd 20x70 m ölçüdə anbar, yanacaq doldurma məntəqəsi tikilmiş, 50 km uzunluğunda  kollektor-drenaj, 32 km uzunluğunda su kanalı, 3,3 km uzunluğunda içməli su xətti, 2,9 km uzunluğunda elektrik və 1,4 km uzunluğunda qaz xətti çəkilmişdir.

 

Kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına xidmət edən infrastruk-turun maddi-texniki bazasının möhkəmləndirilməsi - Salyan Regional Aqrar Elm və İnnovasiya Mərkəzi üçün rayonun Qaraçala qəsəbəsində pambığın ilkin emalı üçün mini zavod, texnika üçün talvar, anbar və asfalt meydançasının tikintisi işləri başa çatdırılmışdır.

 

Yerli əhəmiyyətli avtomobil yollarının, eləcə də kəndlərin giriş yollarının və kəndlərarası avtomobil yollarının tikintisinin, yenidən qurulmasının və əsaslı təmirinin davam etdirilməsi - 2019-cu ildə 17,2 km uzunluğunda Abadkənd-Kolanı-Xələc-Yenikənd kəndarası avtomobil yolu tikilmişdir.

- 2020-ci ildə 11 km uzunluğunda Yuxarı Noxudlu-Aşağı Noxudlu-Xurşud-Aşağı Kürkənd kəndarası avtomobil yolu tikilmişdir.

- 2021-ci ildə 15,3 km uzunluğunda Salyan-Neftçala magistralının Kürqaraqaşlı, Beştalı, Cəngən, Xocalı və Ərəbqardaşbəyli kəndləri ilə birləşdirən avtomobil yollarının tikintisi başa çatdırılmışdır.

- 2021-ci il ərzində Salyan şəhər Y.Zərgərli, Q.Əsgərov və Şəhriyar küçələrində uzunluğu 3400 metr olan sahəsi 27500 kvm yol örtüyü əsaslı təmir edilərək asfalt örtüyü ilə təmin edilmişdir.

 

Elektrik enerjisi təminatının yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi - 17,3 km uzunluğunda 35 kV-luq, 153.,4 km uzunluğunda 10-6 kV-luq hava elektrik veriliş xətləri təmir edilmiş, 29,8 km uzunluğunda 10-6 kV-luq elektrik verilişi xətti çəkilmiş və 30,2 km uzunluğunda 0,4 kV-luq ÖİN xətti tikilmişdir.

10 kV Kərimbəyli, Qaraqaşlı və Babazanlı hava xətlərində yenidənqurma ilə əlaqədar 657 ədəd 10 kV dayaq və 72,2 km AS-50 markalı naqil çəkilmişdir.

 

Qaz təchizatının yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi - Kür çayında suyun səviyyəsinin qalxması nəticəsində evləri qəza vəziyyətinə düşmüş sakinlər üçün şəhərin Plastmas yaşayış massivində 135 evdən ibarət salınmış yaşayış sahəsi qazlaşdırılmışdır.

- Əhalisi 1000 nəfərə yaxın Beştalı və Cəngan kəndlərinə təbii qaz verilmiş, Beştalı kəndində 178, Cəngan kəndində 80 abonent qazla təmin edilmişdir.

- Salyan şəhər 20 Yanvar küçəsində yerləşən 9 yaşayış binasına təbii qaz verilmiş, 102 abonent mavi yanacaqla təmin edilmişdir. 119 mənzildən ibarət 9 yaşayış binasının qazlaşdırılması üçün ikipilləli sistem əsasında ümumilikdə 2882 metr uzunluğunda müxtəlif diametrli borular vasitəsilə qaz xətti çəkilmiş, hər bir mənzilə sonradan ödənişli sayğac quraşdırılmışdır.

- Çuxanlı kəndindən rayon mərkəzinə qədər PE315 mm-lik və d108 mm-lik 3136 pm qaz xətti çəkilmişdir.

- Təzəkənd kənd qazpaylayıcı stansiyasından 6,0 km uzunluğunda 315 və 250 mm diametrli yeraltı orta təzyiqli 2-ci paralel xəttinin tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.

- Rayonda 4 şəhid ailəsinin və 17 qazi ailəsinin evinə qaz xətti çəkilmişdir.

 

 İçməli su təchizatının və kanalizasiya sistemlərinin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi - “Salyan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 avqust 2017-ci il tarixli, 3175 №-li Sərəncamına uyğun olaraq Salyan şəhərində su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması işlərinə başlanılmışdır.

“Salyan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2019-cu il tarixli, 1723 №-li Sərəncamı ilə Salyan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 3,0 milyon manat vəsait ayrılmışdır.

- Şəhərin 20 yanvar küçəsində 1700 yaşayış evlərinə müxtəlif diametrli 4270 metr, Plastmas yaşayış massivində 3250 metr su xətti çəkilmişdir.

 Tədbirlər davam edir.

 

Telekommunikasiya və poçt xidmətlərinin yaxşılaşdırılması sahəsində işlərin davam etdirilməsi - Rayonun Ərəbqardaşbəyli kəndində 128 tutumlu yeni ATS qurulmuşdur.

- Rayonun Arbatan EATS-da 64 port, Yenikənd EATS-də 24 port, Sarvan EATS-də 24 port, Şorsulu EATS-da 32 port, Marışlı EATS-də 24 port, Qarabağlı EATS-də 48 port, Qızılağac EATS-də 24 port, Aşağıkürkənd EATS-də 128 port, Ərəbqardaşbəyli EATS-də 48 port, Noxudlu EATS-də 24 portluq yeni “DSLAM” (ADSL) avadanlıqları quraşdırılaraq istifadəyə verilmişdir.

-2022-ci ilin I rübündə rayonun Kürsəngi, I Varlı, II Varlı və Düzənlik kəndlərində telefon rabitəsi və internet xətlərinin çəkilişinə başlanılmışdır.

-2022-ci ilin 9 ayı ərzində rayonda 119 ədəd yeni telefon abunəçilərə istifadəyə verilmişdir.

 

Torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsinin davam etdirilməsi

“Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorasiya işləri ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2019-cu il tarixli Sərəncamı ilə Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin davam etdirilməsi məqsədilə 30,0 (otuz) milyon manat vəsait Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılmışdır. Tədbirlər davam edir.

 

Mənzil şəraitinin yaxşılaşdırılması və abadlıq-quruculuq işlərinin davam etdirilməsi - “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 fevral  2019-cu il tarixli Sərəncamına uyğun olaraq Salyan şəhər X.R.Ulutürk küçəsi 32 saylı 9 mərtəbəli kommunal binada 2 ədəd lift quraşdırılmışdır.

- 1 çoxmərtəbəli binanın 4200 kvm fasadı əsaslı təmir edilmiş, 9 çoxmərtəbəli binanın 7046 kvm dam örtüyü yenisi ilə əvəz edilmişdir.

- 2021-ci ilin 9 ayında 13 ədəd çoxmərtəbəli binalarda əsaslı təmir işləri aparılmışdır. Binaların 8145 kvm divarları suvanmış, emulsiya boyası ilə rənglənmiş, 2955 kvm dam örtüyü yenisi ilə əvəz edilmişdir.

 

Dövlət Məşğulluq Xidməti orqanları tərəfindən işsiz, xüsusilə əmək qabiliyyətli ünvanlı sosial yardım alan, habelə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin özünüməşğulluq proqramına cəlb olunması işinin davam etdirilməsi - 2019-2022-ci illərdə Rayon Məşğulluq Mərkəzi tərəfindən 842 nəfər özünüməşğulluq proqramına cəlb edilmişdir.

Hazırda 3500 nəfər rayon sakini özünüməşğulluq proqramında iştirak etmək üçün Rayon Məşğulluq Mərkəzində qeydiyyatdan keçmişdir.

 

Səhiyyə müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi - Azərbaycan Respublikası Prezidentinin 18 mart 2019-cu il tarixli Sərən-camına uyğun olaraq  Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum Evində və Uşaq Xəstəxanasında əsaslı təmir-tikinti işləri başa çatmışdır.

- Salyan Mərkəzi Rayon Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsində təmir  başa çatmışdır.

 

Mədəniyyət obyektlərinin əsaslı təmiri və tikintisi, tarix-mədəniyyət abidələrinin bərpası və konservasiyası sahəsində işlərin davam etdirilməsi - Salyan Dövlət Kukla Teatrı əsaslı təmir edilmişdir.

- Salyan Şəhər Uşaq İncəsənət məktəbi əsaslı təmir edilmişdir.

 

Təhsil müəssisələrinin əsaslı təmiri və tikintisi sahəsində işlərin davam etdirilməsi - Sarvan kənd tam orta məktəbi əsaslı təmir edilərək istifadəyə verilmişdir.

- Ərəbqardaşbəyli kənd tam orta məktəbi üçün 180 şagird yerlik yeni binanın tikintisi başa çatdırılmış və istifadəyə verilmişdir.

-  Bəşirbəyli kəndində kənd investisiya layihəsi çərçivəsində 6 sinif otağından ibarət ibtidai məktəb binasının tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.

- Aşağı Kürkənd kənd tam orta məktəbi üçün 360 şagird yerlik yeni binanın tikintisi başa çatdırılmış və istifadəyə verilmişdir.

- Arbatan kənd tam orta məktəbinin əsaslı təmiri, əlavə sinif otaqlarının, akt və idman zallarının tikintisi işləri başa çatdırılaraq istifadəyə verilmişdir.

- Qızılağac kənd  tam orta məktəbi üçün 1000 şagird yerlik yeni məktəb binasının tikintisi işləri başa çatdırılaraq istifadəyə verilmişdir.

 

    Yeni iş yerləri. 2022-ci ilin ilk 9 ayında açılmış yeni iş yerlərinin sayı keçən ilin müvafiq dövrü ilə müqayisədə 7,3 dəfə (201 vahid) artaraq 233 vahidə bərabər olmuşdur. Açılmış yeni iş yerlərinin  34-ü  yeni yaradılmış hüquqi şəxslərdə olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 11 vahid (47,8 %) çox, 199 vahid yeni iş yeri isə mövcud hüquqi şəxslərdə olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 193 vahid (33,2 dəfə)  çoxdur.

Cədvəl 3

           vahid

 

          Yanvar-sentyabr ayları

 

 

2022-ci il

 

 

2021-ci il

2022-ci ilin

yanvar-sentyabr ayları

2021-ci ilin

yanvar-sentyabr aylarına nisbətən, faizlə

          Açılmış iş yerlərinin sayı, cəmi

233

32

7,3 dəfə

o cümlədən:

 

 

 

Yeni yaradılmış hüquqi şəxslərdə

34

23

147,8

Mövcud hüquqi şəxslərdə

199

6

33,2 dəfə

Fəaliyyəti bərpa edilmiş hüquqi şəxslərdə

 

-

 

3

 

-

Digər tədbirlər üzrə

-

-

-

 Əmək bazarı*. Salyan rayonu üzrə 01 iyul 2022-ci il  vəziyyətinə iqtisadi fəal əhalinin sayı 70,4 min nəfər, məşğul əhalinin sayı isə 67,0 min nəfər olmuşdur. 2022-ci ilin 01 oktyabr vəziyyətinə rayonda muzdlu işçilərin sayı 13478 nəfər, hesablanmış əməkhaqqı fondu 72025878,7 manat olmuşdur. Hesabat dövründə muzdla işləyənlərin 8398 nəfəri (62,3 faizi) dövlət sektorunda, 5080 nəfəri (37,7 faizi) qeyri-dövlət sektorunda çalışanlar olmuşdur. Dövlət sektorunda orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 106,6 manat (21,3 faiz) artaraq 606,4 manat, qeyri-dövlət sektorunda isə bu göstərici 11,8 manat (2,1 faiz) artaraq 579,8 manat təşkil etmişdir.

   Son illər ölkə iqtisadiyyatında aparılan islahatlar nəticəsində əmək bazarında əhəmiyyətli dərəcədə müsbət dəyişikliklərə nail olunmuşdur. Belə ki, əhalinin həyat səviyyəsinin yüksəlməsini səciyyələndirən orta aylıq nominal əməkhaqqı 2022-ci il oktyabrın 1-i vəziyyətinə 596,4 manat təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövründən 70,6 manat, yəni 13,4 faiz çoxdur. Orta aylıq nominal əməkhaqqı mədənçıxarma və emal sənayesində, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, maliyyə və sığorta fəaliyyəti, dövlət idarəetməsi və müdafiə, sosial təminat və təhsil sahələrində rayon səviyyəsindən yüksək olmuşdur. Hesabat dövrü ərzində hüquqi şəxslər üzrə  1550 nəfər işə qəbul edilmiş, 1098 nəfər isə işdən çıxmışdır.

2022 və 2021-ci illərin yanvar-sentyabr aylarında muzdlu işçilərin iqtisadi fəaliyyət növləri üzrə orta aylıq nominal əməkhaqqı və 2021-ci ilin yanvar-sentyabr aylarına nisbətən müqayisəsi aşağıdakı cədvəldə verilmişdir.

 

Cədvəl 4

 
 

 

Göstəricinin adı

Orta aylıq nominal əmək haqqı

manatla

2022-ci ilin yanvar-sentyabr ayları

 2021-ci ilin yanvar-sentyabr aylarına nisbətən, %-lə

2022-ci ilin yanvar-sentyabr ayları

2021-ci ilin yanvar-sentyabr ayları

A

1

2

3

      Cəmi

596,4

525,8

113,4

     Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq

458,5

382,9

119,7

     Mədənçıxarma sənayesi

1185,1

1351,4

87,7

     Emal sənayesi

620,3

438,5

141,5

     Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təсhizatı

983,6

816,3

120,5

     Su təchizatı; tullantıların təmizlənməsi və emalı

430,3

347,8

123,7

     Tikinti

417,3

481,9

86,6

     Ticarət; nəqliyyat vasitələrinin təmiri

372,2

350,8

106,1

     Nəqliyyat və anbar təsərrüfatı

579,1

518,8

111,6

     İnformasiya və rabitə

420,7

340,3

123,6

     Maliyyə və sığorta fəaliyyəti

1512,1

1364,9

110,8

     Daşınmaz əmlakla əlaqədar əməliyyatlar

414,0

333,3

124,2

     Peşə, elmi və texniki fəaliyyət

436,6

397,4

109,9

     İnzibati və yardımçı xidmətlərin göstərilməsi

310,1

296,4

104,6

     Dövlət idarəetməsi və müdafiə, sosial təminat

913,5

706,0

129,4

    Təhsil

618,8

524,1

118,1

    Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi

593,5

467,6

126,9

    İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət

418,7

356,7

117,4

     Digər sahələrdə xidmətlərin göstərilməsi

395,3

346,2

114,2

Ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, rifahının yüksəldilməsi dövlətin sosial-iqtisadi siyasətinin prioritetləri sırasındadır. Son illərdə bu istiqamətdə ciddi addımlar atılıb, bütün sahələrdə çalışan insanların əməkhaqları, o cümlədən, pensiyalar, təqaüdlər, sosial müavinətlər artırılıb. Prezident İlham Əliyevin son sosial paket çərçivəsində imzaladığı sərəncamlar vətəndaşların rifahının yüksəlməsi, gəlirlərinin artması baxımından növbəti əhəmiyyətli addımdır. Bunun nəticəsidir ki, rayonumuzda mədənçıxarma sənayesi və tikinti istisna olmaqla iqtisadiyyatın bütün sahələrində orta aylıq nominal əməkhaqqı ötən illə müqayisədə artmışdır.

        

 

 

 

 

 

Sənaye. 2022-ci ilin yanvar-sentyabr aylarında qeydiyyatdan keçmiş 23 sənaye müəssisəsindən 20-si, yəni 87,0 faizi, 16 fiziki şəxsdən 12-si, yəni 75,0 faizi fəaliyyət göstərmişdir. Hesabat dövründə sənaye müəssisələrində (hüquqi şəxslər, fiziki şəxslər və ev təsərrüfatları daxil olmaqla) məhsul istehsalının və xidmətlərin həcmi  60366,3 min manat olmaqla,  ötən ilin müvafiq dövrünə nisbətən fiziki həcm indeksi 88,8  faiz olmuşdur. Ümumi məhsul istehsalının 20,4 faizi dövlət sektorunun, 79,6 faizi isə qeyri-dövlət sektorunun  payına düşür. Hesabat dövründəki ümumi məhsul istehsalının 56,2 faizi mədənçıxarma sənayesinin, 26,7 faizi emal sənayesinin, 15,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,2 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalının  payına düşür. 

 

Qrafik 2

 

 

Rayon sənayesinin əsasını təşkil edən mədənçıxarma sənayesində məhsul istehsalının həcmi 33898,8 min manat olmaqla fiziki həcm indeksi 94,3 faiz olmuşdur. Mədənçıxarma sənayesində məhsul istehsalının həcminin 99,86 faizini xam neft və təbii qaz hasilatı, 0,14 faizini isə çınqıl və qum hasilatı təşkil edir.

Emal sənayesində  malların istehsalı və xidmətlərin göstərilməsi  16124,5 min manat olmaqla fiziki həcm indeksi 72,8 faiz olmuşdur. Belə ki, qida məhsullarının istehsalı 9170,8 min manat olmaqla fiziki həcm indeksi 75,9 faiz, içki istehsalı 906,9 min manat olmaqla fiziki həcm indeksi 81,9 faiz, toxuculuq sənayesində malların istehsalı və xidmətlərin göstərilməsi 2415,5 min manat olmaqla fiziki həcm indeksi 61,4 faiz, rezin və plastik kütlə məmulatları istehsalı 1039,2 min manat olmaqla fiziki həcm indeksi 47,9 faiz, tikinti materialları istehsalı 434,7 min manat olmaqla fiziki həcm indeksi 125,3 faiz, sair nəqliyyat vasitələrinin istehsalı 1972,3 min manat olmaqla fiziki həcm indeksi 1784,9 faiz olmuşdur.  Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində malların istehsalı və xidmətlərin göstərilməsi 9598,1 min manat olmaqla fiziki həcm indeksi 87,6 faiz olmuşdur. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində isə malların istehsalı və xidmətlərin göstərilməsi 744,9  min manat olmaqla fiziki həcm indeksi 111,9 faiz olmuşdur. Sənaye məhsulunun həcminin 79,6 faizi qeyri-dövlət sektorunun payına düşür ki, bu da 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,5 faiz azdır. Hesabat dövründə rayonun sənaye müəssisələrində faktiki qiymətlərlə dövriyyənin həcmi 63110,5 min manat  olmuşdur. Dövriyyənin 62969,7 min manatı, yəni 99,8 faizi öz istehsalı olan malların yüklənməsi və xidmətlərin göstərilməsi olmuşdur.   

2022-ci ilin 01 oktyabr vəziyyətinə sənaye müəssisələrinin anbarlarında yığılıb qalmış hazır məhsul qalığının həcmi 1523,1 min manat olmuşdur. Hazır məhsul qalığının həcmi ümumilikdə qeyri-dövlət sektorunun payına düşür.

2022-ci ilin yanvar-sentyabr aylarında sənaye müəssisələrində muzdlu işçilərin sayı 1985 nəfər olmuş, bunun da 497 nəfəri (25,0 faizi) dövlət sektorunda, 1488 nəfəri (75,0 faizi) qeyri-dövlət sektorunda çalışır. Hesablanmış əməkhaqqı fondunun məbləği 16494461,9 manat, bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı 927,7 manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 0,7 faiz (6,5 manat) çoxdur. Ən yüksək orta aylıq nominal əməkhaqqı mədənçıxarma sənayesində olmuşdur. Belə ki, sənayenin bu sahəsində hesabat dövründə orta aylıq nominal əməkhaqqı 1185,1 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 166,3 manat (12,3 faiz) az olmuşdur. Emal sənayesində orta aylıq nominal əməkhaqqı 620,3 manat olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 181,8 manat və ya 41,5 faiz çox, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində orta aylıq nominal əməkhaqqı 983,6 manat olmaqla ötən ilin müvafiq dövrünə nisbətən 167,3 manat (20,5 faiz) çox, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində orta aylıq nominal əməkhaqqı  430,3 manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 82,5 manat və ya 23,7 faiz çox olmuşdur. 2022-ci ilin yanvar-sentyabr aylarında 253 nəfər işə qəbul edilmiş, 301 nəfər isə işdən çıxmışdır.                                  

Məhsulun natura ifadəsində 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-sentyabr aylarında tikinti qumu 6,82 min ton (2,6 dəfə), tikinti kərpici 0,9 min kub metr (25,6 faiz), dəmiryolu xətləri üçün yol avadanlıqları və qurğuları 1861,8 min manat (17,8 dəfə), istilik stansiyalarının istiliyi 0,04 min Q.kalori (25,0 faiz), suyun təmizlənməsi və boru kəməri ilə bölüşdürülməsi üzrə xidmətlər 0,02 milyon kub metr (1,6 faiz),  tullantı sularının təmizlənməsi və tullantıların ləğv edilməsi üzrə xidmətlər 5,0 min manat (12,3 faiz), çirkli sahələrin təmizlənməsi, yoxlanması və nəzarəti üzrə xidmətlər və sair sahələrin təmizlənməsi üzrə xidmətlər 15,8 min manat (10,0 faiz) artmışdır.

Kənd təsərrüfatı. Rayon üzrə 2022-ci ilin yanvar-sentyabr  aylarında kənd təsərrüfatı üzrə məhsul buraxılışının həcmi 146675,6 min manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19622,6 min manat və ya 15,4 faiz  artmışdır. 2022-ci ilin üçüncü rübündə kənd təsərrüfatı üzrə məhsul buraxılışının həcminin 73115,2 min manatı (49,8 faizi) heyvandarlıq, 73560,4 min manatı isə (50,2 faizi) bitkiçilik məhsullarının payına düşür.

Bitkiçilik. Regionların sosial-iqtisadi  inkişafına və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi, “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilmsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 saylı Fərmanına uyğun olaraq, “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”-na əsasən bitliçilik sahəsində subsidiyaların hesablanmasında istifədə olunan baza məbləği 200 manat müəyyən edilmişdir. Maliyyə vəsaitinin ayrılması yetişdirilən məhsulun itkisiz yığılmasına müsbət təsir etmişdir.

2022-ci ilin 01 oktyabr vəziyyətinə dənlilərin və dənli paxlalı bitkilərin istehsalı 53149,0 ton olmaqla keçən ilin müvafiq dövrünə nisbətən 23,9 faiz (16672,8 ton) az,  onlardan buğda istehsalı 23119,0 ton olmaqla 7,5 faiz (1863,0 ton), arpa 27671,0 ton olmaqla 34,5 faiz (14564,0 ton), dən üçün qarğıdalı 2359,0 ton olmaqla 9,4 faiz (245,8 ton) az olmuşdur. Pambıq 2307,1 ton olmaqla 41,4 faiz (1629,7 ton), tərəvəz 31251,8 ton olmaqla 14,0 faiz (5092,0 ton) az, bostan bitkiləri məhsulları 17968,4 ton olmaqla 7,4 faiz (1245,4 ton), kartof 5614,0 ton olmaqla 5,9 faiz (315,0 ton), meyvə  1234,9 ton olmaqla 0,5 faiz (6,1 ton), üzüm isə 5473,3 ton olmaqla 0,2 faiz (10,2 ton) çox olmuşdur.

 

Cədvəl 5

 

Bitkiçilik  məhsullarının istehsalı haqqında

 

 

İstehsal, ton

2022-ci il yanvar-sentyabr ayları

2021-ci il

yanvar-sentyabr ayları

2022-ci il

2021-ci ilə nisbətən, faizlə

2022-ci il

2021-ci ilə nisbətən,fərq+-

Dənlilər və dənli paxlalı bitkilər

 

53149,0

 

69821,8

 

76,1

 

-16672,8

onlardan:

 

 

 

 

Buğda

23119,0

24982,0

92,5

-1863,0

Arpa

27671,0

42235,0

65,5

-14564,0

Dən üçün qarğıdalı

2359,0

2604,8

90,6

-245,8

Pambıq

2307,1

3936,8

58,6

-1629,7

Tərəvəz

31251,8

36343,8

86,0

-5092,0

Kartof

5614,0

5299,0

105,9

+315,0

Bostan bitkiləri 

17968,4

16723,0

107,4

+1245,4

Meyvə

1234,9

1228,8

100,5

+6,1

Üzüm

5473,3

5463,1

100,2

+10,2

 

Heyvandarlıq. Heyvandarlıq kənd təsərrüfatının mühüm sahəsidir. Belə ki, 01 oktyabr 2022-ci il vəziyyətinə mal-qaranın baş sayı 62086 baş olmuşdur. Bu da keçən ilin müvafiq dövründən 951 baş (1,5 faiz) azdır. İnək və camışların sayı  6 baş azalaraq 33019 baş olmuşdur. İnək və camışların sayı ümumi mal-qaranın 53,2 faizni təşkil edir. Qoyun və keçilərin sayı  996 baş (0,5 faiz) azalaraq 184002 baş olmuşdur.

 

Cədvəl 6

 

01.10.2022-ci il

Əvvəlki ilin eyni dövrünə nisbətən, faizlə

Əvvəlki ilin eyni dövrünə nisbətən, fərq+-

 

2022-ci il

 

2021-ci il

İri buynuzlu mal-qara (başla)

 

62086

 

63037

 

98,5

 

-951

  o cümlədən:inək və camışlar

 

33019

 

33025

 

100,0

 

-6

Qoyun və kecilər

184002

184998

99,5

-996

 

Heyvandarlıq məhsullarından ət, süd və yumurta istehsalında əvvəlki ilin eyni dövrünə nisbətən artım,  yun istehsalında isə azalma müşahidə olunmuşdur.  Belə ki, ət istehsalı diri çəkidə 9658 sentner (14,4 faiz) artaraq 76669  sentner, süd istehsalı 1607 sentner (0,4 faiz) artaraq  372467 sentner, yumurta istehsalı 54 min ədəd  artaraq  26764 min ədəd, yun istehsalı 1 sentner azalaraq 3493  sentner olmuşdur.

 

 

Cədvəl 7

Heyvandarlıq məhsulları haqqında

 

 

01.10.2022-ci il

əvvəlki ilin eyni dövrünə nisbətən,

faizlə

əvvəlki ilin eyni dövrünə nisbətən,

 fərq+-

 

 

2022-ci il

 

2021-ci il

Ət (sentner)

76669

67011

114,4

+9658

Süd (sentner)

372467

370860

100,4

+1607

Yumurta (min ədəd)

26764

26710

100,2

+54

Yun (sentner)

3493

3494

100,0

-1

 

 

Tikinti. 2022-ci ilin yanvar-sentyabr aylarında Salyan rayonunda iqtisadi və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 32006,7 min manat investisiya yönəldilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9402,2 min manat (41,6 faiz) çoxdur. Əsas kapitala yönəldilmiş investisiyanın 24566,5 min manatı (76,8 faizi) dövlət, 7440,2  min manatı  (23,2 faizi)  qeyri-dövlət mülkiyyətinə aiddir.

 

 

Cədvəl 8

Əsas kapitala yönəldilən investisiya

min manatla

 

yanvar-sentyabr ayları

2022-ci ilin yanvar-sentyabr  ayları 2021-ci

ilin yanvar-sentyabr aylarına nisbətən, faizlə

2022-ci ilin yanvar-sentyabr  ayları 2021-ci

ilin yanvar-sentyabr aylarına nisbətən, fərq+-

 

2022-ci il

 

2021-ci il

 Rayon üzrə-cəmi

 o cümlədən:

 

32006,7

 

22604,5

 

141,6

 

+9402,2

 Dövlət mülkiyyəti

24566,5

15199,1

161,6

+9367,4

 Qeyri-dövlət mülkiyyəti

7440,2

7405,4

100,5

+34,8

 ondan:

 

 

 

 

 əhalinin şəxsi vəsaiti

4665,0

5279,0

88,4

-614,0

           

 

2022-ci ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəldilmiş investisiyanın 25531,0 min manatını (79,8 faizini) tikinti quraşdırma işləri təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5301,8 min manat və ya 26,2 faiz  artmışdır.

 

 

Cədvəl 9

Tikinti quraşdırma işləri

min manatla

 

yanvar-sentyabr ayları

2022-ci ilin

yanvar- sentyabr ayları 2021-ci ilin

yanvar-sentyabr aylarına nisbətən, faizlə

2022-ci ilin

yanvar-sentyabr ayları

2021-ci ilin

yanvar-sentyabr aylarına nisbətən, fərq+-

 

2022-ci il

 

2021-ci il

Rayon üzrə

o cümlədən:

 

25531,0

    20229,2

 

126,2

 

+5301,8

Dövlət mülkiyyəti

18740,2

13088,7

143,2

+5651,5

Qeyri-dövlət mülkiyyəti

6790,8

7140,4

95,1

-349,6

ondan:

 

 

 

 

əhalinin şəxsi vəsaiti

4431,8

5015,0

88,4

-583,2

 

2022-ci ilin ilk 9 ayında 26329,7 kvadrat metr yaşayış evi istifadəyə verilmişdir ki, bu da  keçən ilin müvafiq dövrünə nisbətən 4319,3  kvadrat metr ( 14,1 faiz) azdır. Əhali tərəfindən tikilmiş 188 evin dəyəri 4665,0  min manat olmuşdur ki, bu da  ötən ilin müvafiq dövrünə nisbətən evlərin sayı (39 ev) 17,2 faiz az, dəyəri isə (614,0 min manat), 11,6 faiz az olmuşdur. İstifadəyə verilmiş 26329,7 kvadrat metr yaşayış evlərinin hamısı   vətəndaşların şəxsi vəsaiti hesabına  tikilmişdir. Təhlil olunan dövr ərzində tikinti təşkilatları tərəfindən (fiziki şəxslər daxil edilməklə)   1608,1 min manatlıq tikinti-quraşdırma  işləri görülmüşdür ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən  78,9 faiz və ya  6017,2 min manat az olmuşdur. 2022-ci ilin yanvar-sentyabr aylarında tikinti təşkilatlarında faktiki işləmiş işçilərin orta sayı 108 nəfər olmuş və onlara 384316,1 manat əməkhaqqı fondu hesablanmışdır. Bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı 417,3 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 64,6  manat (13,4 faiz) azdır.

Nəqliyyat və anbar təsərrüfatı. Salyan rayonunda nəqliyyat təşkilatları 2022-ci ilin yanvar-sentyabr aylarında 5813,8 min manat dəyərində xidmət göstərmişdir. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 16,8 dəfə və ya 5467,9 min manat çoxdur.

 

 

Cədvəl 10

               min manatla                                                             

                                      

                                      

yanvar-sentyabr ayları

2022-ci ilin

yanvar-sentyabr ayları 2021-ci ilin yanvar-sentyabr  aylarına nisbətən, faizlə

2022-ci ilin

yanvar-sentyabr ayları 2021-ci ilin yanvar-sentyabr  aylarına nisbətən, fərq+-

 

 

2022-ci il

 

 

 

2021-ci il

Nəqliyyat təşkilatlarında göstərilmiş xidmətlərin dəyəri

 

 

5813,8

 

 

345,9

 

 

16,8 dəfə

 

 

+5467,9

 

Nəqliyyat sektorunda faktiki işləyən işçilərin orta sayı 521 nəfər, orta aylıq nominal əməkhaqqı 579,1 manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 60,3 manat (11,6 faiz) çoxdur. Nəqliyyat sahəsində çalışan işçilərə hesablanmış əməkhaqqı fondunun məbləği 2712518 manat olmuşdur.  Bu ilin yanvar-sentyabr aylarında fiziki şəxslər tərəfindən nəqliyyat vasitələri ilə 18827 min sərnişin, 628,0 min ton yük daşınmışdır. Sərnişin daşınması 26,1 faiz (3897 min sərnişin), yük daşınması isə 12,3 faiz (69,0 min ton) artmışdır. Nəqliyyat vasitələri ilə sərnişin daşınmasından 3884,5 min manat, yük daşınmasından 795,6  min manat gəlir əldə olunmuşdur. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sərnişin daşınması 35,5 faiz (1017,7 min manat), yük daşınması isə 13,9 faiz (97,1 min manat) artmışdır.

 

Cədvəl 11

               min manatla                                                             

                                      

                                      

yanvar-sentyabr ayları

2022-ci ilin

yanvar-sentyabr  ayları 2021-ci ilin

yanvar-sentyabr aylarına nisbətən, faizlə

2022-ci ilin

yanvar-sentyabr  ayları 2021-ci ilin

yanvar-sentyabr aylarına nisbətən,fərq+-

 

 

2022-ci il

 

 

2021-ci il

Nəqliyyat sektorunda fiziki şəxslər tərəfindən göstə-rilmiş xidmətlərin dəyəri

 

 

4680,1

 

 

3565,3

 

 

131,3

 

 

+1114,8

 

İnformasiya və rabitə.  2022-ci ilin yanvar-sentyabr aylarında rabitə xidmətlərinin həcmi 678,7 min manat və ya keçən ilin müvafiq dövrünə nisbətən 46,9 min manat (6,5 faiz) az olmuşdur.

 

 

Cədvəl 12

                                                                                             min manatla

 

 

 

 

 

yanvar-sentyabr ayları

2022-ci ilin

yanvar-sentyabr  ayları 2021-ci ilin

yanvar-sentyabr aylarına nisbətən, faizlə

2022-ci ilin

yanvar-sentyabr  ayları 2021-ci ilin

yanvar-sentyabr aylarına nisbətən,fərq+-

 

 

2022-ci il

 

 

 

2021-ci il

Rabitə xidmətlərindən əldə olunan gəlir

 

678,7

 

725,6

 

93,5

 

-46,9

 

Faktiki işləyən rabitə işçilərinin orta sayı 56 nəfər, orta aylıq nominal əməkhaqqı isə 420,7 manat olmuşdur ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 80,4 manat (23,6 faiz) çoxdur. Ümumiyyətlə, rabitə işçilərinə 2022-ci ilin yanvar-sentyabr aylarında 211204,0 manat əməkhaqqı fondu hesablanmışdır.

Ticarət; nəqliyyat vasitələrinin təmiri. 2022-ci ilin 01 oktyabr vəziyyətinə Salyan rayonunda 166 fiziki şəxs, 24 ticarət müəssisəsi, 36 yerlik kənd təsərrüfatı məhsulları bazarı, 100 yerlik heyvan bazarı, 65 yerlik sənaye malları bazarı ticarət fəaliyyəti göstərmişdir.

2022-ci ilin ilk 9 ayında istehlak bazarında əhaliyə satılmış istehlak mallarının  həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,0 faiz  artaraq 255472,2 min manat olmuşdur.

İstehlak bazarında pərakəndə ticarət dövriyyəsinin həcmi, 2021-ci ilin eyni dövrü ilə müqayisədə aşağıdakı kimi xarakterizə olunur.

 

 

 

Cədvəl 13

 

 

 

 

 

yanvar-sentyabr ayları

2022-ci ilin

yanvar-sentyabr ayları

2021-ci ilin

yanvar-sentyabr aylarına

nisbətən, faizlə

2022-ci ilin

yanvar-sentyabr ayları

2021-ci ilin

yanvar-sentyabr  aylarına nisbətən, fərq+-

 

 

2022-ci il

 

 

2021-ci il

Pərakəndə ticarət dövriyyəsi(min manatla)

 

255472,2

 

222082,3

 

115,0

 

+33389,9

 

Təhlil olunan dövrdə pərakəndə ticarət dövriyyəsi üzrə müqayisəli qiymətlərlə fiziki həcm indeksi 113,89 faiz olmuşdur.

Bu ilin yanvar-sentyabr aylarında  Salyan rayonunun ticarət şəbəkələrindən əhaliyə 146658,3 min manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 108813,9 min manatlıq qeyri-ərzaq malları realizə olunmuş, pərakəndə əmtəə dövriyyəsinin ümumi həcmində onların xüsusi çəkisi müvafiq olaraq 57,4 faiz və 42,6 faiz təşkil etmişdir.

Ərzaq məhsulları, içkilər və tütün məmulatlarının 13,8 faizini, yəni 20238,8 min manatını çörək və çörək-bulka məmulatları, 16,4 faizini, yəni 24051,9 min manatını ət və quş əti, 11,7 faizini, yəni 17159,0 min manatını tərəvəz məhsulları, 12,8 faizini, yəni 18772,3 min manatını meyvə, 13,1 faizini, yəni 19212,2 min manatını qənd-şəkər və qənnadı məhsulları, 16,3 faizini, yəni 23905,3 min manatını kərə və bitki yağları, 6,5 faizini, yəni 9532,8 min manatını süd və süd məhsulları, 9,4 faizini, yəni 13786,0 min manatını sair məhsullar təşkil etmişdir.

Qeyri-ərzaq mallarının 24,6 faizini, yəni 26768,2 min manatını neft məhsulları, 4,3 faizini, yəni 4679,0 min manatını dərman vasitələri, 25,2 faizini, yəni 27421,1 min manatını tikinti materialları, 5,3 faizini, yəni 5767,1 min manatını şüşə və büllur qab-qacaqlar, 12,5 faizini, yəni 13601,7 min manatını geyim və dəyişəklər, 3,7 faizini, yəni 4026,1 min manatını əl-üz sabunları, sintetik yuyucu vasitələr və kosmetika məmulatları, 13,8 faizini, yəni 15016,3 manatını elektrik malları, 10,6 faizini, yəni 11534,4 min manatını isə sair məhsullar təşkil etmişdir.

2022-ci ilin yanvar-sentyabr aylarında əhaliyə satılmış istehlak mallarının 10,2 faizi (26011,5 min manat) hüquqi şəxslər, 42,5 faizi (108634,2 min manat) bazarlar, 47,3 faizi (120826,5 min manat)  hüquqi şəxs yaratmadan ticarət fəaliyyəti göstərən fiziki şəxslər tərəfindən realizə olunmuşdur.

Təhlil olunan dövrdə istehlak olunan malların dəyərindən 6497,3 min manatı və ya 2,5 faizi dövlət sektorunun, 248974,9 min manatı və ya 97,5 faizi qeyri-dövlət sektorunun payına düşür.

Bu aşağıdakı cədvəldə xarakterizə olunur

 

Cədvəl 14

min manatla

 

yanvar-sentyabr ayları

2022-ci ilin

yanvar-sentyabr  ayları

2021-ci ilin yanvar-sentyabr  aylarına nisbətən, faizlə

2022-ci ilin

yanvar-sentyabr  ayları 2021-ci ilin yanvar-sentyabr  aylarına nisbətən, fərq+-

 

 

2022-ci il

 

 

2021-ci il

Pərakəndə ticarət dövriyyəsinin həcmi

 

255472,2

 

222082,3

 

115,0

 

+33389,9

  o cümlədən:

 

 

 

 

  Dövlət

6497,3

4869,3

133,4

+1628,0

  Qeyri-dövlət

248974,9

217213,0

114,6

+31761,9

   ondan:

fərdi sahibkarlar, bazar və yarmarkalar üzrə

 

 

229460,7

 

 

200565,4

 

 

114,4

 

 

+28895,3

 

Ödənişli xidmətlər və ictimai iaşə.  2022-ci ilin yanvar-sentyabr ayları ərzində əhaliyə 54527,4 min manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 29,9  faiz çox ödənişli xidmətlər göstərilmişdir. Ümumi ödənişli xidmətin 18026,7 min manatı (33,1 faizi) hüquqi şəxslər, 36500,7 min manatı (66,9 faizi) hüquqi şəxs yaratmadan ödənişli xidmətlər göstərən fiziki şəxslər tərəfindən həyata keçirilmişdir.

    

Cədvəl 15

 

Ödənişli xidmətlərin həcmi aşağıdakı cədvəldə göstərildiyi kimi olmuşdur.

 

min manat

 

yanvar-sentyabr ayları

2022-ci ilin

yanvar-sentyabr  ayları 2021-ci ilin

yanvar-sentyabr aylarına

nisbətən, faizlə

2022-ci ilin

yanvar-sentyabr ayları 2021-ci ilin

yanvar-sentyabr aylarına

nisbətən, fərq+-

 

2022-ci il

 

2021-ci il

Ödənişli xidmətlərin ümumi həcmi- cəmi

 

54527,4

 

41966,5

 

129,9

 

+12560,9

o cümlədən:

 

 

 

 

Dövlət

7782,8

6808,7

114,3

+974,1

Qeyri-dövlət

46744,6

35157,8

133,0

+11586,8

  ondan:

Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslər

 

 

 

36500,7

 

 

 

32821,8

 

 

 

111,2

 

 

 

+3678,9

 

Hesabat dövründə xidmət müəssisələri hər bir rayon sakininə orta hesabla 383,5 manat dəyərində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə  86,5 manat və ya 29,1 faiz  çox müxtəlif növ ödənişli xidmətlər göstərmişdir.

Dövlət sektorunda əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,3 faiz və ya  974,1 min manat çox olmuşdur. Qeyri-dövlət sektorundakı hüquqi şəxslərin əhaliyə göstərdiyi ödənişli xidmətlər ümumi ödənişli xidmətlərin 18,8 faizini və ya 10243,9 min manatını təşkil edir və keçən ilin müvafiq dövrü ilə  müqayisədə 4,4 dəfə və ya 7907,9 min manat çox olmuşdur.

Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslərin əhaliyə göstərdiyi ödənişli xidmətlərin həcmi ümumi ödənişli xidmətlərin 66,9 faizini və ya 36500,7 min manatını təşkil edərək, ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,2 faiz və ya 3678,9 min manat çox olmuşdur.

Əhaliyə göstərilən ödənişli xidmətlərin 9,3 faizini (5074,3 min manat) məişət xidmətləri təşkil etmişdir. Məişət xidmətlərinin 28,0 min manatı (0,6 faizi) hüquqi şəxslərin, 5046,3 min manatı (99,4 faizi) hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslərin payına düşür.

 

Cədvəl 16

 

Məişət xidmətlərin həcmi aşağıdakı cədvəldə göstərildiyi kimi olmuşdur

 

min manat

 

yanvar-sentyabr ayları

2022-ci ilin

yanvar-sentyabr ayları 2021-ci ilin

yanvar-sentyabr aylarına nisbətən, faizlə

2022-ci ilin

yanvar-sentyabr ayları 2021-ci ilin

yanvar-sentyabr aylarına nisbətən, fərq+-

 

2022-ci il

 

2021-ci il

Məişət xidmətin ümumi həcmi- cəmi

 

5074,3

 

4206,8

 

120,6

 

+867,5

o cümlədən:

 

 

 

 

Dövlət

24,2

18,7

129,4

+5,5

Qeyri-dövlət

5050,1

4188,1

120,5

+862,0

  ondan:

Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslər

 

5046,3

 

4170,5

 

120,9

 

+875,8

 Bu ilin yanvar-sentyabr ayları ərzində əhaliyə göstərilən  məişət xidmətlərinin 24,2 min manatı (0,5 faizi) dövlət sektorunun, 5050,1 min manatı (99,5 faizi) qeyri-dövlət sektorunun  payına düşür. Qeyri-dövlət sektorunun  3,8 min manatı (0,1 faizi)  hüquqi şəxslərin, 5046,3 min manatı (99,9 faizi) hüquqi şəxs yaratmadan fəaliyyəti göstərən fiziki şəxslərin obyektləri tərəfindən həyata keçirilmişdir. 2022-ci ilin yanvar-sentyabr aylarında ictimai iaşə xidmətinin həcmi 2021-ci ilin eyni dövrü ilə müqayisədə 66,6 faiz artaraq 4283,0 min manat olmuşdur. Ümumi rayon üzrə ictimai iaşə xidmətinin həcminin hamısı  hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslərin payına düşmüşdür. İctimai iaşə xidmətinin həcminə  dair göstəricilər aşağıdakı kimidir:

                                                                                                                                                        

Cədvəl 17

           min manat

 

yanvar-sentyabr ayları

2022-ci ilin

yanvar-sentyabr ayları 2021-ci ilin

yanvar-sentyabr aylarına

nisbətən, faizlə

2022-ci ilin

yanvar-sentyabr ayları 2021-ci ilin

yanvar-sentyabr aylarına

nisbətən, fərq+-

 

 

2022-ci il

 

 

2021-ci il

İaşə xidmətinin ümumi həcmi- cəmi

 

4283,0

 

2571,3

 

166,6

 

+1711,7

  o cümlədən:

 

 

 

 

Dövlət

-

-

-

-

Qeyri-dövlət

4283,0

2571,3

166,6

+1711,7

  ondan:

Hüquqi şəxs yaratmadan fəaliyyət göstərən fiziki şəxslər

 

 

 

4283,0

 

 

 

2571,3

 

 

 

166,6

 

 

 

+1711,7

 Mehmanxana və mehmanxana tipli müəssisələrin fəaliyyəti haqqında. 2022-ci ilin yanvar-sentyabr ayları ərzində rayon üzrə mehmanxana və mehmanxana tipli  müəssisələrin sayı 2 ədəd olmuşdur. Müəssisələrdən biri 3 ulduzlu, digər isə yataqxana kimi fəaliyyət göstərmişdir.  2022-ci ilin yanvar-sentyabr ayları ərzində mehmanxana və mehmanxana tipli  müəssisələrdə nömrələrin (otaqların) ümumi sayı 88 ədəd olmuşdur ki, 2021-ci ilin yanvar-sentyabr aylarına nisbətən ümumi sayı dəyişməmişdir. Mehmanxana və mehmanxana tipli müəssisələrdə 88 ədəd nömrələrin (otaqların) sayından 5 ədədi (5,7 faizi) lüks nömrələr, 80 ədədi (90,9 faizi) birinci dərəcəli nömrələr, 3 ədədi (3,4 faizi) turist dərəcəli nömrələr olmuşdur.  Mehmanxana və mehmanxana tipli  müəssisələrdə bir günlük gecələmələrin orta qiyməti lüks nömrələr üzrə 90 manat, birinci dərəcəli nömrələr üzrə 50 manat, turist  dərəcəli nömrələr üzrə 70 manat olmuşdur. Mehmanxana və mehmanxana tipli müəssisələrdə hesabat dövründə yerlərin sayı (birdəfəlik tutumu) 142 nəfərlik olmuşdur. Turistlərin sayının daha çox olduğu dövrdə maksimum istifadə olan nömrələrin (otaqların) sayı 56 ədəd, yerlərin sayı 78 ədəd olmuşdur. 2022-ci ilin yanvar-sentyabr ayları ərzində mehmanxana və mehmanxana tipli müəssisələrdə  yerləşdirilmiş şəxslərin sayı 612 nəfər olmuşdur ki, bu da 2021-ci ilin yanvar-sentyabr aylarına  nisbətən 45,0 faiz çoxdur. 2022-ci ilin yanvar-sentyabr ayları  ərzində yerləşdirilmiş şəxslərin 528 nəfəri, yəni 86,3 faizi Azərbaycan vətəndaşları, 84 nəfəri, yəni  13,7 faizi xarici ölkə vətəndaşları olmuşdur. Rayon üzrə 2022-ci ilin yanvar-sentyabr ayları ərzində 1224 gecələmələr olmuşdur ki, bu da 2021-ci ilin yanvar-sentyabr aylarına nisbətən 24,3 faiz coxdur. Gecələyənlərin 78,8 faizi Azərbaycan vətəndaşları, 21,2  faizi xarici ölkə vətəndaşları olmuşdur. 2022-ci ilin yanvar-sentyabr ayları ərzində mehmanxana və mehmanxana tipli müəssisələrin işçilərinin orta sayı 54 nəfər olmuşdur.

 

Cədvəl 18

 

 

2022-ci ilin yanvar-sentyabr ayları

2021-ci ilin   yanvar-sentyabr ayları

Mehmanxana və mehmanxana tipli  müəssisələrin sayı

 

2

 

2

Şəhər yerlərində

2

2

Kənd yerlərində

-

-

 Mehmanxana və mehmanxana tipli  müəssisələrdə nömrələrin (otaqların) ümumi sayı

 

88

 

88

lüks  nömrələr

5

5

I dərəcəli nömrələr

80

80

Turist   dərəcəli nömrələr

3

3

Mehmanxana və mehmanxana tipli  müəssisələrdə  yerlərin sayı  (birdəfəlik tutumu )  

 

142

 

142

 Mehmanxana və mehmanxana tipli  müəssisələrdə  gecəmələrin sayı onlardan:

 

1224

 

985

Azərbaycan vətəndaşları 

964

985

Digər xarici ölkələrin  vətəndaşları

260

-

Mehmanxana və mehmanxana tipli  müəssisələrdə yerləşdirilmiş şəxslərin sayı onlardan:

 

612

 

422

Azərbaycan vətəndaşları 

528

422

 Xarici ölkələrin  vətəndaşları

84

-

 Qiymət statistikası. Ərzaq məhsullarından mal ətinin, qoyun ətinin, buğda ununun,  günəbaxan yağının, kərə yağının, yumurtanın, düyünün, makaronun, kartofun, pomidorun, xiyarın qiymətində bahalaşma, soğanın, almanın qiymətində isə ucuzlaşma müşahidə olunmuşdur. Qeyri-ərzaq mallarında mövsümlə əlaqədar olaraq bahalaşma  və ödənişli xidmətlərdə isə dəyişiklik   müşahidə  olunmamışdır.

Cədvəl 19

 

 

Məhsulun  adı

2022-ci il

sentyabr

2022-ci il

avqust

2022-ci ilin sentyabr ayı, avqust ayına nisbətən, fərq+-

Mal  əti (kq)

13,00

11,00

                        +2,00                              

Qoyun  əti (kq)

10,50

10,00

                        +0,50                           

Buğda  unu (kq)

1,00

0,80

                        +0.20                   

Günəbaxan yağı (ədəd)

             5,40           

                        4,60          

 +0,80

Kərə yağı (kq)

20,50

19,50

                    +1,00

Toyuq yumurtası (ədəd)

0,16

0,13

                     +0,03

Düyü (kq)

3,80

3,60

                      +0,20

Şəkər (kq)

2,00

2,00

-

Makaron (kq)

1,50

1,30

                        +0.20

Kartof (kq)

1,20

0,70

                      +0,50

Soğan (kq)

0,70

0,80

                       -0,10

Pomidor (kq)

0,80

0,50

                      +0,30

Xiyar  (kq)

1,50

0,70

                        +0,80

Alma (kq ) 

0,70

1,20

     -0,50

Göyərti (dəstə)

0,20

0,20

-

    

 

 

   

 

Keçidlər