Şriftin ölçüsü :

Saytın rəngi :

VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ

 

                  Vətən sevgisinin təntənəsinə çevrilən 44 günlük savaş

    27 sentyabr 2020-ci il... O gün Azərbaycanın tarixində, qəhrəmanlıq salnaməsində yeni səhifə açdı. Bu səhifə Azərbaycan əsgərinin şücaəti, zəfər yürüşü, Ordumuzun Vətən uğrunda savaşı ilə yazıldı. O gün Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu Vətən uğrunda ölüm-dirim savaşına qalxdı. O gün Silahlı Qüvvələrimiz bütün dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün müqəddəs döyüşə başladı. Düşmən tapdağında qalan el-obamızı kafir caynağından qurtarmaq, üçrəngli müqəddəs bayrağımızı azad olunmuş yaşayış məntəqələrində asmaq üçün başlayan bu yürüş hamının ürəyindən soraq verdi.

               Tarixi ədalət zəfər çaldı
   Ali Baş Komandan İlham Əliyevin haqq mübarizəsinə başlamaq əmri xalqın sevincinə, coşqusuna səbəb oldu, qürurla qarşılandı. Elə ilk gündən düşmən üzərində qazandığımız hərbi uğurlar xalqımızın qələbə ovqatını daha da artırdı. Bütün xalq öz rəhbəri ətrafında sıx birləşdi. Minlərlə igid, cəsur oğullarımız mənfur düşmənlə vuruşmaq üçün səfərbərlik şöbələrinə axışdı. Dövlət-xalq, xalq-dövlət bir yerdə oldu, barmaqlar dəmir yumruqda birləşib düşmənin başına endirilən sarsıdıcı zərbəyə çevrildi. Qələbəyə doğru inamla irəliləyən mərd, qorxmaz əsgərlərimiz düşmənin işğal olunmuş torpaqlarımızdakı hərbi hissələrini, istehkamlarını, ön xətt mövqelərini, döyüş texnikalarını, canlı qüvvəsini darmadağın etdi, kəndlərimizi, strateji yüksəklikləri sürətlə düşməndən təmizlədi. Azərbaycan torpaqları qarış-qarış, kənd-kənd işğaldan azad edildi. 44 gün ərzində Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavəndin böyük hissəsini, Laçın rayonunun kəndləri daxil olmaqla 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı strateji yüksəkliklər işğaldan azad olundu. Üçrəngli şanlı bayrağımız yenidən doğma torpaqlarımızda ucaldıldı. 8 noyabrda Qarabağın tacı sayılan Şuşa şəhəri erməni işğalçılarından azad edildi. Bu gün Azərbaycan tarixinə Qələbə günü kimi düşdü. 2 gün sonra - 10 noyabr gecəsi Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev doğma xalqını böyük zəfər xəbəri ilə müjdələdi: "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”. Bəli, o gün 30 illik Dağlıq Qarabağ münaqişəsinə nöqtə qoyulduğu gün oldu. Haqq savaşımız əzmkar oğullarımızın polad iradəsi sayəsində cəmi 44 gün ərzində qələbə ilə başa çatdı, tarixi ədalət zəfər çaldı... Azərbaycan parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi.

              Ordumuzun düşmənə endirdiyi "dəmir yumruq”
   Vətən müharibəmiz şanlı Qələbə ilə tariximizin ən parlaq səhifələrinə qızıl hərflərlə həkk olundu. 30 illik yurd həsrətimiz, Qarabağ nisgilimiz sona yetdi, məcburi köçkünlərimiz qəribçilikdən qurtularaq doğma el-obalarına qovuşdular. Bu möhtəşəm qələbəni, hədsiz sevinci, böyük xoşbəxtliyi Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. "Dəmir yumruq” əməliyyatı adı ilə Azərbaycanın yeni tarixinə yazılan 44 günlük Vətən savaşı ərzində əsgərlərimizin hər biri öz şücaəti ilə qəhrəmanlıq dastanı yazdı. Canlarını Vətənə sipər edərək, qanlarını qurban verərək bayrağımızı zirvələrdə dalğalandırmaq naminə bizi zəfərlə müjdələdilər. Dekabrın 10-da isə Azərbaycan xalqı bu igidlərimizin müəyyən hissəsini böyük fəxr, qürur, minnətdarlıq duyğusu ilə seyr etdi. Azadlıq meydanında Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində qazandığı parlaq qələbəyə həsr olunmuş möhtəşəm Zəfər paradında Azərbaycan xalqı ordusu ilə qürur hissi keçirdi.

              Zəfər paradı Azərbaycanın gücünü bütün dünyaya göstərdi
Bakıda 3 mindən çox şəxsi heyətin və 150-dək hərbi texnikanın, o cümlədən müasir hərbi texnikanın, raket və artilleriya qurğularının, hava hücumundan müdafiə sistemlərinin iştirakı ilə Zəfər paradı Vətənimizin azadlığı uğrunda apardığımız müharibədə qazanılan qələbənin, Azərbaycan Ordusunun hərbi qüdrətinin növbəti təntənəsi oldu. Zəfər paradı 44 günlük müharibədə Azərbaycan Ordusunun böyük Qələbəsini bütün dünyaya təntənəli şəkildə nümayiş etdirdi. 10 dekabr paradı müzəffər Azərbaycan Ordusunun dünyanın ən güclü ordularından biri olduğunu, Azərbaycanın dəmir yumruğunun qarşısında heç bir gücün, silahın, sursatın dayana bilməyəcəyini göstərdi. Azərbaycan Ordusu Zəfər paradında hərbi gücünü nümayiş etdirərək beynəlxalq aləmə də mesajını çatdırdı - ölkəmizə qarşı istənilən təhdid və hücumların qarşısını ala biləcək qüdrətli Ordumuz, bu Orduya rəhbərlik edən qətiyyətli sərkərdəmiz var. Azərbaycanın necə güclü dövlət, əzmli xalq olması bir daha dünyaya tanıdıldı.

    Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı 2907 nəfər şəhid olub, 7 nəfər itkin düşüb, Ermənistanın dinc əhaliyə qarşı cinayətləri nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verilib. Düşmənin hədəf aldığı Gəncə şəhərinin, Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Goranboy, Tərtər rayonlarının dinc sakinləri əzizlərini, evlərini itirsələr də ən ağır günlərində Vətən uğrunda əzmkarlıq və birlik nümayiş etdiriblər. 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, haqq və ədalətin bərpası naminə Azərbaycanda əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşayan müxtəlif millətlərin və dinlərin təmsilçiləri iştirak ediblər. Qarabağ müharibəsi Azərbaycan cəmiyyətinin fərqli dini və etnik-milli mənsubiyyətinə baxmayaraq həmrəy olduğunu bir daha nümayiş etdirdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində bizə zəfər sevincini yaşatdı və Azərbaycanın qürur tarixini yazdı. Şanlı zəfər yolunun başlanğıc günü olan 27 Sentyabr Prezi¬dentin sərəncamı ilə Anım Günü kimi tarixə yazıldı. Bu, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqları¬mızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtira¬mın ifadəsidir.  Bununla yanaşı, Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olun¬ması zamanı hərbi əməliyyatlarda iştirak edərək mərdlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş silahlı qüvvələrin hərbi qulluqçu¬ları müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunmuşlar.
Yeni təsis olunmuş – “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Zəfər”, “Qarabağ”, “Vətənə xidmətə görə” 1, 2 və 3-cü dərəcəli, “Rəşadət”, “Azərbaycan Bayrağı” ordenləri, habelə “Vətən uğrun¬da”, “İgidliyə görə”, “Döyüşdə fərqlənməyə görə”, “Cəsur döyüş¬çü”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunması¬na görə”, “Zəngilanın azad olun-masına görə”, “Suqovuşanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” kimi medallar Vətən müharibəsi iştirakçılarına və ya ölümündən sonra onların yaxınlarına təqdim edilmişdir. Bu, Azərbaycanın yeni hərb tarixinin yaranması demək idi. Lakin bütün təltiflərdən, mükafatlardan da ən uca ad elə şəhid adıdır. Şəhidlik məqamına ucalan ölməz oğullarımız dünya var olduqca sevgi və sayğı ilə xatırlanacaq, yad ediləcək, müqəddəs xatirələri qəlbimizdə əbədi yaşayacaq.  Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, müqəddəs torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda Vətən müharibəsində həlak olmuş Salyan rayonundan da 60 nəfər şəhidimiz vardır. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin!

______________________________________________________________________________________

 II Qarabag "VƏTƏN MÜHARİBƏSİ" Salyan şəhidləri

                                      Soyad: Məmmədov

                                      Ad: Elmir

                                      Ata adı: Arzu

                                      Doğum tarixi: 03.06.1999

                                      Şəhid olub: 27.09.2020

                                       Rütbə: əsgər

                                       Təltifləri

                                    Vətən uğrunda Döyüşdə fərqlənməyə görə Kəlbəcərin azad olunmasına görə

 

«Vətən uğrunda» medalı «Döyüşdə fərqlənməyə görə» medalı «Kəlbəcərin azad olunmasına görə» medalı

Elmir Məmmədov 1999-cu il iyunun 3-də Salyan rayonunun Xocalı kəndində anadan olub.2004-2008-ci illərdə Xocalı kənd tam orta məktəbində, 2008-2015-ci illərdə isə Salyan şəhərinin 1 nömrəli tam orta məktəbində təhsil alıb. 2015-2020-ci illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ali təhsil alıb. Azərbaycan Ordusunun əsgəri olan Elmir Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Elmir Məmmədov sentyabrın 27-də şəhid olub. Salyan rayonunun Xocalı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Elmir Məmmədov ölümündən sonra "Vətən uğrunda" və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib.

________________________________________________________________________________

                                   Soyad: Mövsümov

                                    Ad: Səyyad

                                   Ata adı: Mübariz

                                   Doğum tarixi: 05.11.2000

                                   Şəhid olub: 28.09.2020

                                   Rütbə: MAHHXHQ əsgər

                                   Təltifləri:

                                     

 

«Suqovuşanın azad olunmasına görə» medalı «Vətən uğrunda» medalı 

44 günlük Vətən Müharibəsinin şəhidliyə ucalan qəhrəman igidlərimizdən biri də Səyyad Mövsümovdur. Səyyad 05.11.2000-ci ildə Salyan şəhərində anadan olub. Müharibə zamanı pulemyotçu kimi hərbi xidmətini yerinə yetirib. Talış Suqovuşan istiqamətində döyüş yolu keçib. 28.09.2020-ci ildə Talış Suqovuşan istiqamətində döyüşlər nəticəsində şəhid olub. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib. Allah rəhmət eləsin.

   ________________________________________________________________________________

                                    Soyad: İbrahimov

                                    Ad: Zəmanət

                                    Ata adı: Gülhəsən

                                   Doğum tarixi: 11.05.1989

                                   Şəhid olub: 27.09.2020

                                   Rütbə: Gizir

                                   Təltifləri

                                       

«Vətən uğrunda» medal, «Suqovuşanın azad olunmasına görə» medalı, «Laçının azad olunmasına görə» medalı, «Hərbi xidmətlərə görə» medalı

Zəmanət Gülhəsən oğlu İbrahimov 1989-cu il 11 may tarixində Salyan rayonu Sarvan kəndində anadan olub. Salyan rayon Sarvan Kəndi İsfəndiyar Həsənov adına tam orta məktəbi bitirib. 2007-ci ilin iyulun 7-si hərbi xidmətə yollanıb. 2009-da  ehtiyyata buraxılıb. 2009-cu ilin aprel ayında  Silahli Qüvvələrin Təlim-Tədris Mərkəzinin  müddətdən artıq Həqiqi Hərbi xidmət kursunu mota-atıcı manqa  komandiri olaraq bitirib. Gəncədə işləyən Zəmanət daha sonra könüllü olaraq Murova yollanıb. Daha sonra Gizirlik vəzifəsinə yüksələrək Goranboya ordan isə könüllü olaraq Naftalana gedirb. Tağım komandirinin müavini, Gizir İbrahimov Aprel döyüşlərində də böyük şücaətlə iştrak edib. Lakin xidmət etdiyi bölgələri hərbi sirr kimi saxlayaraq ailəsinə belə bildirməyib. Şəhidliyə ucaldıqdan sonra qəhrəmanımızın hərbçi yoldaşları onun Aprel döyüşləri və Tovuz döyüşlərində göstərdiyi igidlikdən danışarkən ailənin bundan xəbəri olub. Qəhrəmanımızın arzusu Qarabağı namərd düşmənlərdən xilas etmək olub hər zaman. Bəlkə elə buna görə həmişə döyüşə tələsib. Və nəhayət, o gün gəlib çatıb. Zəmanət İbrahimov tökülən qanları yerdə qoymamaq üçün Vətən müharibəsinə yollanıb. Şəhidimiz 27 sentyabr axşam saat 7-8 radələrində yaralanıb və gecə saat 9-10 arası Tərtər rayonunun Talış kəndində şəhidlik zirvəsinə ucalıb. Zəmanətgil ailədə 2 qardaş olublar. Hər iki qardaş vətən sevgisiylə böyümüş mərd igidlərimizdən idi. Zəmanət İbrahimovun  Abdulhəsən və Səma adlı iki övladı var. Ailəsi onun haqqında danışarkən xüsusi olaraq qeyd edir ki, ”O, sağlığında da qəhrəman idi. 13 il idi ki, hərbiçi vəzifəsində işləyərək dövlətə canla-başla qulluq edirdi" . Zəmanət hər zaman Ailəsinə dostlarına yaxın qohumlarına danışırdı ki, “Allah hər kəsi Şəhidlik zirvəsinə yüksəltsin. Ondan böyük ad yoxdur dünyada”. Ölümün nəfəs qədər yaxınlıqda olduğunu hiss edən qəhrəmanımız son olaraq 27 sentyabrda həyat yoldaşına zəng edib. “Uşaqlardan muğayət ol”, deyərək telefonu söndürməyə macal tapmamış atəş səsləri eşidilib. Mənfur düşmənin ardı-arası kəsilməyən güllələri qəhrəmanımızı şəhidlik zirvəsinə ucaldıb.

Cənab Prezident İlham Əliyevin Sərəncamlarına uyğun olaraq, Zəmanət İbrahimov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", Laçının azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilib.

________________________________________________________________________________

                                    Soyad: Novruzov

                                    Ad: Allahverdi

                                    Ata adı: Bəhrəm

                                   Doğum tarixi: 17.05.1994

                                   Şəhid olub: 29.09.2020

                                   Rütbə: Əsgər

                                   Təltifləri

                                    

 

«İgidliyə görə» medalı

Vətən uğrunda qan tökmək hər kişiyə nəsib olmaz. 30 il idi ki, işğal altında qalmış torpaqlarımızın azad edilməsi uğrunda qalibiyyətli Vətən müharibəsində döyüş meydanında can verən gənc qəhrəmanlarımızdan biri də Allahverdi Novruzovdur. Allahverdi Bəhram oğlu Novruzov 1994-cü ildə Salyan şəhərində anadan olub. Atası Bəhram kişi ustadır, anası Məlahət xanım evdar qadın. Ailədə bir bacı, bir qardaşdırlar. Sadə və zəhmətkeş bir ailədirlər. Allahverdi ibtidai təhsilini yaşadıqları "Plastik” yaşayış massivində yerləşən 9 illlik (həmin vaxt 9-illik, hazırda 11 illik) məktəbdə başa vurduqdan sonra, orta təhsilini 2011-ci ildə Salyan şəhər 2 saylı orta məktəbdə alıb. Həmin ildə də Dənizçilik Akademiyasına qəbul olunub. O, 2017-2018-ci illərdə cəbhə bölgəsinin təmas xəttində, Xocavənddə hərbi xidmət edib. Hərbi xidmət zamanı kəşfiyyatçı bacarığına yiyələnib. Hərbi xidmətini başa vurduqdan sonra işə düzəlmişdi. "Etalon security” MMC özəl mühafizə agentliyinin ARDNIŞ-in "Nərimanovneft” NQÇİ-dəki xidmət qurumunda mühafizəçi işləyirdi. Özünün səmimiliyi ilə iş yerində təmasda olduğu bütün insanların dərin hörmətini qazanmışdı. Məhz mehribanlığına və mərdliyinə görə Allahverdi Salyan rayonunda yaşıdları arasında ən hörmətli gənclərdən biri idi. Allahverdi bu ilin sentyabrında səfərbərlik elan olunarkən, ayın 21-də yenidən könüllü şəkildə orduya qayıdıb. Elə ilk gündən hərbi təlimlərdə iştirak edib. O, müharibə başlayan ilk gündən Füzuli uğrunda gedən döyüşlərin önündə olub. Lakin, xain düşmənin atdığı mərmi yaxınlığına düşdüyündən şəhid olub. Şəhidin anası Məlahət xanım öz müsahibəsində deyir: "Allahverdi hələ uşaqlıqdan o qədər səliqəli idi ki... Mənim balam əsl kişi idi. Başqasının qız-gəlininə qarşı bilsəniz necə təəssübkeş, qeyrətli idi? Mənə çətindir, çox çətin... amma yeganə təsəllim odur ki, Allahverdi kimi gənclərin qanı bahasına işğal altında olan torpaqlarımız azad edildi, millətimizin namus ləkəsi silindi... Ən böyük arzum isə ibtidai təhsil aldığı, yaşadığımız "Plastik” massivində yerləşən 9 saylı adsız orta məktəbə Allahverdinin adına verilməsidir”.

Ölümündən sonra Şəhid Allahverdi Novruzov Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən “İgidliyə görə” medalı ilə təltif edilmişdir.

________________________________________________________________________________

                                    Soyad: Rzayev

                                    Ad: Əlirza

                                    Ata adı: Mehman

                                   Doğum tarixi: 29.09.2000

                                   Şəhid olub: 29.09.2020

                                   Rütbə: əsgər

                                   Təltifləri

                                    


«Vətən uğrunda» medalı, «Cəsur döyüşçü» medalı, «Suqovuşanın azad olunmasına görə» medalı
 

Əlirza Rzayev 29 sentyabr 2000-ci il tarixdə Salyan şəhərində anadan olub. Usta işləyən atası Mehman Rzayev 1-ci Qarabağ müharibəsinin iştirakçısı olub. 2016-cı ildə 50 yaşında ağır xəstəlikdən dünyasını dəyişib. Anası Gülnarə işarəvermə və rabitə distansiyasında mühəndis işləyir. Ailənin 2 övladı var. Qardaşı Fərid Aprel döyüşlərinin iştirakçısı olub. Hərbi xidmətdə olduğu zaman həmin döyüşlərdə manqa komandiri kimi iştirak edib. Əlirza Rzayev 10-cu sinfə qədər şəhid Azər Səfərov adına Salyan internat məktəbində təhsil alıb. 10 və 11 sinifləri Salyan şəhər 4 saylı məktəbdə oxuyaraq 2017-ci ildə orta təhsilini başa vurub. O, 2018-ci ildə Qərb Universitetinin nəzdində olan Qərbi Kaspi Kollecinə daxil olub, vergi və vergitutma ixtisası üzrə əyani təhsil almağa başlayıb. Amma 2019-cu ildə təhsilini donduraraq hərbi xidmətə gedib. Hərbi qulluğunu düşmənlə təmas nöqtəsində, Murovda edib. Vətən müharibəsi başlayan andan Əlirza da topçu kimi döyüş mövqeyində olub, Murov dağı yüksəkliyinin Kəlbəcər istiqamətində ağır döyüşlərdə topçu kimi iştirak edib. Sərrast atəşlə düşmən mövqelərinə sarsıdıcı zərbələr vurub. Lakin 29 sentyabr tarixində, 20 yaşı tamam olan gün düşmənin atdığı mərmi nəticəsində aldığı qəlpə xəsarətlərindən dünyasını dəyişib. Şiddətli döyüş getdiyi üçün ağır yaralanmış Əlirzanı 4 saata yaxın ərazidən çıxarmaq mümkün olmadığından o, çoxlu qan itirib. Sanitar hissəyə çatdırılanda isə artıq gec olub, “Ana” deyərək gözlərini əbədi yumub...

“Mən onunla təkcə qardaş yox, həm də bir dost idim. Yaşda məndən kiçik olsa da onu özümdən böyük hiss edirdim. Dostluqda çox sədaqətli olduğundan xeyli dost-tanışı var idi. Tay-tuşları xətrini çox istəyirdilər, hörmətini saxlayırdılar. Ona görədir ki, Əlirza hərbi xidmətə yola düşəndə sanki həyətimizdə toy idi. Yüzlərlə adam öz təşəbbüsü ilə həyətimizdə toplaşmışdı. Özü də şəhid olmuş dostu Coşqunun sintezatorda çaldığı təranələrə dostları ilə qol götürüb elə oynayırdılar ki... Sanki hamının ürəyinə dammışdı. Əlirza hələ uşaqlıqdan çox mərd uşaq idi. Murovdakı gərgin vəziyyəti görüb heç məzuniyyətə də gəlməmişdi. Amma şəhid olan zaman artıq hərbi xidmətinin başa çatmasına sayılı günlər qalırdı.15 gün əvvəl mənə zəng vurub ona hərbi xidmətdən qayıtdıqdan sonra geyinmək üçün pal-paltar almağımı istəmişdi. Mən də onun bu arzusunu həvəslə yerinə yetirmişdim. Əlirza 1-ci sinifdə oxuyarkən birlikdə şəklimiz var. İndi baxmışam ki, o həmin şəkildə bir əlində bayraq, o biri əlində oyuncaq avtomat tutub. Bizim ad günlərimiz ard-ardadır. Sentyabr ayının 28-i mənim , 29-u isə onun ad günüdür. 28-də mənə zəng vuraraq ad günümü təbrik etdi. Özümdən, anamızdan muğayat olmağımızı istədi. Telefonda əsgərlərin səs-küyü, top atəşləri eşidilsə də narahat olmamağımı istədi. Hələ internatda oxuyan zaman uşaqlara deyibmiş ki, mən də şəhid olacam. Bircə təsəllim odur ki, qardaşım bu arzusuna çatdı...” - deyir şəhidin qardaşı Fərid.

Şəhidin anası Gülnarə xanım isə deyir ki, Əlirza kimi mərd və ağıllı övladı itirmək onun üçün çox çətindir: “Özüm işlədiyim üçün məcbur olub onu internat məktəbinə qoymuşdum. Bir gün evə gəlib mənə dedi ki, müəllim 20 Yanvar və Xocalı qətliamı ilə əlaqədar uşaqlara istədikləri şəkli çəkməyi tapşırıb. Mən qərara gəlmişəm ki, Şəhid anası şəkli çəkim... demə, balam mənim şəklimi çəkirmiş... Əlirza hələ uşaqlıqdan harda əsgər paltarı gördü geyinib şəkil çəkdirməyi xoşlayardı. Ordudan tərxis olunma fərmanına cəmisi 2 gün qalmışdı. 19 yaşı tamam olan gün onun əsgər olduğu hərbi hissəyə getmişdim. Elə 20 yaşı üçün də artıq hədiyyəmi almışdım, qismət olmadı... Qardaşının ad günündə ona zəng vuranda mən də telefonu alıb danışdım. Ertəsi gün Əlirzanın 20 yaşı tamam olduğundan onu təbrik etdim. Nədənsə təbrikimə heç bir cavab vermədi. Bircə onu dedi ki, “məndən nigaran qalma, özündən muğayat ol”. Telefonda atəş səsləri eşidilirdi... Müharibə dayandıqdan sonra hərbi hissədən komandirləri, döyüş yoldaşları gəlmişdilər. Əlirzanı itirdikləri üçün elə ağlayırdılar ki... mənə oğlumun qəhrəmanlıqları barədə xeyli danışdılar, birlikdə Əlirzanın məzarını ziyarət etdik. Döyüş yoldaşları mənə tez-tez təsəlli üçün zəng vururlar. Onlara hələ müharibədən əvvəl deyibmiş ki, şəhid olacaq. Şəhid olan övladların hamısını öz balam hesab edirəm... Şükür, onların qanı yerdə qalmadı, işğal olunmuş torpaqlarımız azad edildi. Mənim təsəllim bircə budur...”

Əlirza Rzayev 2020-ci il sentyabrın 29-da Goranboy rayon istiqamətində şəhid olmuşdur.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Əlirza Rzayev ölümündən sonra "Vətən uğrunda" , "Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

________________________________________________________________________________

                                     Soyad: Babayev

                                     Ad: Alməmməd

                                     Ata adı: Qərib

                                    Doğum tarixi: 23.11.2000

                                    Şəhid olub: 29.09.2020

                                    Rütbə: MAHHXHQ əsgər

                                    Təltifləri

                                      


«Vətən uğrunda» medalı, «İgidliyə görə» medalı, «Füzulinin azad olunmasına görə» medalı

Alməmməd Qərib oğlu Babayev 23 noyabr 2000-ci ildə Salyan rayonunun Sarvan kəndində anadan olub. Alməmməd Sarvan kənd tam orta məktəbində təhsil alıb. Ailədə 4 qardaş olub, çətinliklə böyüyüblər. Dərs oxumaqla arası olmayan, müəllimləri tərəfindən danlanan şagird sonradan adını Vətən müharibəsi tarixinə şəhid kimi həkk edib. Alməmməd əsgərliyini Ağdam-Ağcabədi ərazisində çəkib. Xidməti dövründə böyük uğurlar əldə edib. Təzə işə düzələn qəhrəmanımız ilk maaşını alan kimi anasına verərək, hər şeyin yaxşı olacağını deyib.

________________________________________________________________________________

                                   Soyad: Şirinov

                                    Ad: Kamil

                                    Ata adı: Əliş

                                   Doğum tarixi: 09.04.1991

                                   Rütbə: Kapitan

                                   Təltifləri

                                     

 

«Qarabağ» ordeni, «Vətən uğrunda» medalı, «Füzulinin azad olunmasına görə» medalı

Vətən müharibəsində qəhrəmancasına döyüşərək xalqımıza Zəfər sevinci yaşadan igidlərimizdən biri də Xüsusi Təyinatlı Qüvvələrin kapitanı Kamil Şirinov olub. O, ötən ilin sentyabrın 29-da Füzuli istiqamətində əməliyyat zamanı şəhidlik zirvəsinə yüksəlib. Kamil 1991-ci ilin aprelin 9-da Salyan rayonunun Çuxarlı kəndində hərbçi ailəsində dünyaya göz açıb. İki yaşına qədər ailəsi Rusiyada yaşayıb. Birinci Qarabağ müharibəsində atası torpaqlarımızın azadlığı uğrunda vuruşmaq üçün Azərbaycana qayıdıb. Ondan sonra ailə Vətənə gəlib. Onun qardaşı, əmiləri, əmisinin və bibisinin oğlanları da hərbçidirlər. Kamil 2006-cı ildə Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olunub və 2009-cu ildə oranı bitirdikdən sonra yüksək balla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2013-cü ildən Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrində xidmət edirdi. Qrup komandiri idi, Aprel döyüşlərində də iştirak etmişdi. Uğurlu döyüşçü kimi Prezident tərəfindən “Fərqlənmə medalı” ilə mükafatlandırılıb. Türkiyədə və digər ölkələrdə təlimlərdə iştirak edib. Sonuncu dəfə Pakistanda 3 aylıq anti-terror təlimlərinə qatılmışdı. Erməni, rus və ingilis dillərini bilirdi. Döyüşlərdən bir müddət əvvəl dedi ki, “müharibə ola bilər, şəhid və ya qazi olaram, hazırlıqlı ol, istəmərəm kiminsə yanında ağlayasan” - Şəhidin xanımı Zəhra Şirinova  Azvision.az-a danışıb,- Gözüm doldu, bildirdim ki, bu mümkün deyil, o, hara getsə, qayıdacaq. Müharibənin başlamasından bir gün əvvəl çox sakit idi. Uşaqlarla oynadı, hətta anamı bizə gətirdi ki, tək qalmayım. Mənə həmişəki kimi təlimə gedəcəyini bildirdi. Sentyabrın 26-sı səhər saat 6-da onu yola saldım. Ancaq növbəti gün telefonla danışanda artıq müharibənin başladığını bilirdim. Çox pozitiv idi. Yaxşı olduğunu, ondan narahat qalmamağımı xahiş etdi. Döyüş yoldaşlarının dediyinə görə, savaş zamanı da hamını müsbət auraya kökləyirmiş. K.Şirinovun Füzuli istiqamətində düşmən səddinin yarılmasında böyük rolu olub. O,Qaraxanbəyli kəndində döyüşlərin qızğın çağında boynundan snayper gülləsi ilə vurulub. Çox irəli gedirmiş, sanki tələsirmiş. Döyüş yoldaşı onun yaxınlığında yaralanıb. Kamil həmin oğlana səngərdə iynə vurub və narahat olmamağını, həyatını xilas edəcəyini bildirib. Bundan sonra yaralı yoldaşı huşunu itirib. Özünə gələndə görüb ki, Kamili də vurublar, onun yanına yıxılıb.

- Yoldaşım baş gizir Camal İsmayılovun qucağında can verib. Həmin an Camal Kamilə bildirib ki, “sənin balaların mənə əmanətdir”. Bunu ölümündən qabaq həyat yoldaşı Fatimə xanıma danışıb. Fatimə xanım da yoldaşının sözünü tutaraq mənə dedi ki, “sənin uşaqların, mənim uşaqlarımdır”. Biz xanımlar ömrümüzün axırına kimi bir-birimizə dəstək olacağımıza söz verdik,- deyir Zəhra xanım - Kamilin şəhid olduğu gün qaynatam Salyandan bizə kənd məhsulları gətirmişdi. Bir gün qalıb, səhəri yenidən rayona qayıdacaqdı. Qəfildən ona zəng gəldi, həyəcanla digər otağa keçdi və qapını bağlayıb kiminləsə danışdı. Zəngin kimdən gəlməsi və nə baş verməsi ilə maraqlandım. Üzümə baxmadan Kamilin qardaşı Samirin döyüşdə yaralandığını deyib, tələsik çıxıb getdi. Ondan sonra iki saat yoldaşımgilin ailəsindən heç kim zəngimə cavab vermədi. Başa düşdüm ki, məsələ Samirlə bağlı deyil, Kamilə nəsə olub. Evdə uşaqlarımla tək idim, artıq mənə hanssısa pis xəbərin deyiləcəyini hiss edirdim. Yoldaşımın xalası zəng edib, kəndə getməyimi istədi. Ona bildirdim ki, sakitəm və hər bir xəbərə hazıram, mənə nə baş verdiyini desin. Kamilin şəhid olduğunu bildirdi. Donub qaldım, elə bil daşa dönmüşdüm, ağlaya da bilmədim. Çox qəribə idim. Telefonu söndürüb, rayona getmək üçün uşaqlarımı hazırladım. Mənə xəbər veriləndə artıq onu Salyanda dəfn etmişdilər. Kamili sonuncu dəfə görməyi çox istəyirdim. Həyat yoldaşının sözlərinə görə, K.Şirinov kapitan rütbəsini Silahlı Qüvvələr günü almışdı. İstər hərbi, istərsə də mülki həyatı ilə bağlı böyük arzuları var idi: "Futbolu çox sevirdi. Özünün də futbol komandası var idi. Həmişə hərbçi yoldaşlarını yığıb oyunlar təşkil edirdi. Böyük oğlumuzun futbolçu olmağını arzulayırdı.Türkiyənin “Qalatasaray” klubuna azarkeşlik edirdi. Qardaş ölkədə olanda klubun şərfini də almışdı. İndi ondan oğlumuz istifadə edir. Müharibədən öncə düzəltməsi üçün dərziyə yeni hərbi formalarını vermişdilər. Ölümündən sonra həmin geyimi mən gedib götürdüm. Çox təəssüf ki, geyinmək qisməti olmadı. Müharibədə iştirak edən qardaşı Samirdən nigaran idi. Onunla şəhid olmasına bir neçə saat qalmış danışıb və deyib ki, özündən arxayın olsun. Həmişə vətənpərvər musiqilərə, daha çox “Ana, mən şəhid oldum” mahnısına qulaq asırdı. Deyirdi, bu mahnı məni harasa aparır. Azərbaycanın qeyrətli oğlanları kimi Ermənistanın işğalçılığını qəbul etmirdi. Aprel döyüşlərində şəhid olan dostlarına görə gizlində ağladığını görmüşəm. Torpaların azadlığı uğrunda qanı və canı bahasına döyüşməyi çox arzulayırdı. Bilirdim ki, ya şəhid olacaq, ya da qazi kimi müharibədən qayıdacaq. Geri çəkilən deyildi. Şəhidimizin özündən sonra iki oğul övladı yadigar qalıb. Böyük oğlu Türkayın 2 yaşı var, kiçik oğlu Tunar isə 8 aylıqdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Kamil Şirinov ölümündən sonra “Qarabağ" ordeni, “Vətən Uğrunda” medalı və “Fizulinin azad edilməsinə görə” medalı ilə təltif edilib. 2021-ci il, sentyabrın 29-da Kamilin şəhadətə qovuşmasının ildönümündə AzVision.az yenə də onun xanınmı ilə söhbətləşib.

- Bütün valideyinlərə, şəhid xanımlarına və onların övladlarına çətindir,- deyib Zəhra xanım,- Mənim uşaqlarımın yaşları azdır, hələ ki ataları ilə bağlı suallar vermirlər. Onların böyüyüb, sual verəcəkləri günləri gözləyirəm. Bütün gücümü o zaman üçün saxlamışam. Övladlarım Kamilin şəklinə baxıb, "ata" deyəndə ürəyim sızıldayır. O, Kamilin əvvəlki tək axşam işdən evə gəlməsini və uşaqlarını qucaqlamasını arzulayır. Onların balaca oğlu Tunar atası şəhid olanda 8 aylıq idi. Oğlu Türkayın dil açıb, atasının adını deməsini qəhrəman döyüşçümüz həsrətlə gözləyirdi. Amma təəssüf ki, onun nə ilk addımlarını görə, nə də ilk sözlərini eşidə bildi. İndi Türkay dil açıb, qırıq-qırıq sözlər deyəndə Zəhra xanımın gözünün qarşısına Kamil gəlir. Çalışıram ki, uşaqlarımı Kamil kimi sevim, onun kimi oynadım,- deyir həmsöhbətimiz,- Gücüm çatmayan şeyləri belə, “o bunu edərdi”,- deyib, etməyə çalışıram. Doğrudur, çox çətin oldu. Amma zaman elə tez keçdi ki... Hərdən fikirləşirəm, bu bir ili necə keçirdiyimi təsəvvürümə gətirə bilmirəm. Hələ də onun yoxluğuna inana bilmirəm. Özlüyümdə elə hesab edirəm ki, Kamil nə zamansa qayıdacaq. Yoldaşım şəhid olandan bir neçə gün sonra yuxuma gəlib, dedi ki, “Zəhra, mən ölməmişəm, qayıdacağam, gizli tapşırığa getmişəm. Bir neçə vaxtdan sonra evimizə geri dönəcəyəm”. Mən 8-9 ay bu yuxu ilə yaşadım və xəyal qurdum ki, o həqiqətən qayıdacaq. Doğrudur, bu özünü aldatma idi. Amma bəzən insanın yaşaması üçün belə aldatma da güc verir. Sentyabrın 27-si Anım Günündə Prezident və Birinci Xanımın iştirak etdiyi yürüşü izlədim, Kamilin də şəklinin olduğu plakatı gördüm. Qəlbim qürurlandı. Şəhidliyinin ilk günündən o mənə baş ucalığı gətirib. Ömrümün axırına kimi də belə olacaq. Bizim ürəyimizin bir tərəfi sızıldayanda, bir tərəfi fəxr edir. Yoldaşım Qarabağı qaytaranlardan olub. Bu işdə onun da payının olmasından gözəl nə ola bilər?! İnsana ən şirin şey onun canıdır. Canından keçib, torpağı azad edibsə, bu sadəcə qürur, başucalığı verər. Fəxr hissinin yaşatdığı duyğu məni həmişə ayaqda saxlayacaq. Uşaqlarım bir az böyüyəndən sonra onun döyüş yoldaşları ilə birgə gedib şəhid olduğu yerdə qayınanamla namaz qılacağıq.

________________________________________________________________________________

                                    Soyad: Dadaşov

                                    Ad: Əjdər

                                   Ata adı: Pənah

                                  Doğum tarixi: 12.11.1996

                                  Şəhid olub: 29.09.20

                                  Rütbə: MAHHXHQ əsgər

                                  Təltifləri

                                    

«Vətənə xidmətə görə» ordeni, «Laçının azad olunmasına görə» medalı

Əjdər Dadaşov 1996-cı il noyabrın 12-də Salyan rayonunun Xələc kəndində anadan olub. Hərbçi olmaq onun uşaqlıq arzusu idi. Atasına böyüyəndə "torpaqlarımızı yağı düşməndən geri alacağam" demişdi.Vədinə əməl etdi, böyüdü və hərbçi oldu. Xüsusi təyinatlımız müharibənin ilk günündən Soqovuşan istiqamətində gedən döyüşlərə qatılıb və ömrünün 24-cü baharında ağır döyüşlərdə qəhrəmanlıq göstərərək şəhid olub. Anası İlhamə Dadaşova deyib ki, Əjdər çox istiqanlı insan olub, heç kəsin xətrinə dəyməyib. . Ailəsi ilə tez- tez əlaqə saxlayarmış. Əjdərin tükənməyən vətən sevgisi qardaşının da həyatına təsir göstərib. Qardaşı Amil bildirib ki, onun hərbiçi olmağının səbəbkarı Əjdər olub: "Mənə dedi ki, gəl sən də mənim kimi hərbiçi ol, iki qardaş birlikdə vətənin keşiyində duraq". Kiçik çavuş Əjdər Dadaşov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə fəallıq göstərib.O, sentyabrın 29-da Suqovuşan döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əjdər Dadaşov ölümündən sonra "Vətən uğrunda" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.

________________________________________________________________________________

                                    Soyad: Qaraxanov

                                    Ad: Səfa

                                    Ata adı: Yenişar

                                    Doğum tarixi: 22.02.1994

                                   Şəhid olub: 01.10.2020

                                   Rütbə: MAHHXHQ əsgər

                                   Təltifləri

                                   

Şəhid Qaraxanov Səfa Yenişər oğlu 22.02.1994-cü ildə Salyan rayonu Xalac kəndində anadan olub.Tankist idi. 01.10.2020-ci ildə Füzuli döyüşlərində qəhramancasına Şəhid olub.

________________________________________________________________________________

                                    Soyad: Cavadov

                                    Ad: Ramin

                                    Ata adı: Emin

                                   Doğum tarixi: 19.04.2000

                                   Şəhid olub: 02.10.2020

                                   Rütbə: MAHHXHQ əsgər

                                   Təltifləri

                                        

«Vətən uğrunda» medalı, «Cəsur döyüşçü» medalı, «Xocavəndin azad olunmasına görə» medalı, «Füzulinin azad olunmasına görə» medalı

Müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Ramin Emin oğlu Cavadov 19 aprel 2000-ci ildə Salyan rayonunun Xalac kəndində anadan olub. Vətən müharibəsi zamanı 02 oktyabr 2020-ci il tarixdə Füzuli rayon ərazisində hərbi əməliyyatlar zamanı döyüş meydanında xidməti vəzifələrinin icrası zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən odlu silahdan açlan atəş nəticəsində şəhid olub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ramin Emin oğlu Cavadov ölümündən sonra "Vətən Uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

________________________________________________________________________________

                                     Soyad: Tağıyev

                                     Ad: Əli

                                     Ata adı: Rahil

                                    Doğum tarixi: 29.08.2001

                                    Şəhid olub: 03.10.2020

                                    Rütbə: Əsgər

                                    Təltifləri

                                       

«Vətən uğrunda» medalı, «Cəsur döyüşçü» medalı, «Suqovuşanın azad olunmasına görə» medalı, «Şuşanın azad olunmasına görə» medalı

Tağıyev Əli Rahil oğlu 2001-ci il avqustun 29-u Salyan rayonunda anadan olmuşdur. 2006-cı ildə yaşadığı rayonun Azer Seferov adina İnternat məktəbində ibtidai təhsilinə başlamışdır. 2019-cu il oktyabrın 2-də hərbi xidmətdə yollanmış, hərbi xidmətdə olduğu zaman 27 sentyabr tarixindən başlayan və 44 gün davam edən 2-ci Vətən müharibəsində Tərtər rayonunun Çaylı və Talış kəndləri istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 3-ü yaralanaraq qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.

________________________________________________________________________________

                                   Soyad: Həmidov

                                    Ad: Əmrah

                                    Ata adı: Firavan

                                   Doğum tarixi: 12.01.1997

                                   Şəhid olub: 05.10.2020

                                   Rütbə: Kiçik gizir

                                   Təltifləri

                                     
 

«Vətən uğrunda» medalı, «Cəbrayılın azad olunmasına görə» medalı, «Hərbi xidmətlərə görə» medalı

44 gün davam edən Vətən Müharibəsində Azərbaycanın vətənpərvər oğulları Qarabağ uğrunda canlarından keçiblər.Onlardan biri də Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri Əmrah Firavan oğlu Həmidovdur. Əmrah 12 yanvar 1997-ci ildə Salyanın Kürsəngi kəndində anadan olub. Uşaq vaxtlarından atasız böyüyən və hərbiyə böyük maraq göstərən Əmrah sonralar öz arzusuna çatıb. Əmrah Həmidov 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə "gizir" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi. Bir sıra kurslarda iştirak edərək hərbi bilik və bacarığını artırıb. Vətəni qorumaq bütün həyatının amalına çevrilib. Azərbaycan Ordusunun kiçik giziri olan Əmrah Həmidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb.Eləcə də ətraf 7 kəndin işğaldan azad edilməsində xüsusi qəhrəmanlıq göstərib. İşğaldan azad olunan yüksəkliyə bayraq sancarkən isə düşmən snayperinə tuş gəlib. Altı saat döyüş bölgəsində yaralı halda qalan igidimiz 7 gün də komada yaşam mübarizəsi aparıb və oktyabrın 5-də şəhidlik zirvəsinə ucalıb. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Həmidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Həmidov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Həmidov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib. Həyat yoldaşı İlahə Həmidova Əmrahla hər zaman qürur duyacağını deyir: “Ailə həyatı qurduqdan sonra hərbinin həqiqətən çətin olduğunu başa düşdüm. Yenə də buna baxmayaraq, hərbçi yoldaşı olmağımla fəxr edirdim. Şəhidlər ölmür, hər zaman mənim yanımdadır. Mən onun olduğunu hiss edirəm yanımda. Hara gedirəm, hansı iş görürəmsə, onun yanımda olduğunu hiss edirəm”.

Xanımının sözlərinə görə, Azərbaycanın üçrəngli bayrağını çox sevirdi: “Bayrağına vətəninə o qədər bağlı idi ki, toyunda belə bayraqla bəzədilməsini istəmişdi, amma alınmamışdı. O da Allahın bir qisməti idi. Şəhidin olan günü onu o qədər təmtəraqlı qarşıladılar ki, bayraqlarla. Yəni toyda yerinə yetmədiyi arzusu şəhid olduğu gün yerinə yetdi. Bayraqlarla onu dəfn elədilər”.

Şəhidin qayınatası Fikrət İsmayılov hələ də Əmrahın yoxluğuna inana, onun yoxluğu ilə barışa bilmir: “Onun xatirəsi həmişə mənim üçün əziz olacaq bir oğul olaraq. Mən oğul itirmişəm, həyatda kürəkən yox. Bu gün də onun ruhu qarşısında baş əyirəm. Ona həqiqətən təşəkkür edirəm ki, həyatda yaşadığı müddətcə mənə gözəl bir oğul dadını yaşatdı. Mən həmişə həsrətindəydim o dadın. Amma oğlumu mənə yaşatdı. Mən də həmişə can atdım ki, atasızlığın nə olduğunu bacardığım qədər ona unutdurum. Bir ata kimi nəvaziş göstərəm”.

Qohumu Maygül İsmayılova son görüşlərini belə xatırlayır: “Gəldi mənə dedi ki, nənə, salamat qal. Qalxdım onunla görüşdüm. İstədi bir desin ki, İlahədən muğayat ol. İki dəfə. Ancaq deyə bilmədi. Özünüzə yaxşı baxın, qismət olsa, görüşərik. Bu sözü dedi çıxdı. Bilərdim ki, gedib qayıtmayacaq, mən onun durub ayaqlarından öpərdim”.

Əmrahın xalası oğlu Orxan Dövlətov onun vətənə bağlığından danışır: “Əmrahın dəfnində başımı qoydum qolunun üstünə, dedim ki, Əmrah, axır ki, çatdın arzuna, yollarımız hamısı bayraqla bəzənib, dur bir-bir bax. Amma baxmadı. Bir onu bilirəm ki, bir insanın bayrağa və torpağa münasibətinin, sevgisinin necə olmağını soruşsalar, desələr, bir insan göstər, mən öncə Əmrahı göstərərdim. Ona görə ki, bu insanın bayrağa olan münasibəti ananın balaya olan münasibətindən çox böyük idi. Əmrah torpaq üçün doğulmuşdu, bayraq üçün doğulmuşdu, torpaq üçün doğulmuşdu”.

________________________________________________________________________________

                                     Soyad: Salahov

                                     Ad: Sabir

                                     Ata adı: Hikmət

                                     Doğum tarixi: 15.08.1989

                                     Şəhid olub: 28.09.2020

                                     Rütbə: MAHHXHQ əsgər

                                     Təltifləri

                                         

 


«Vətən uğrunda» medalı, «Cəsur döyüşçü» medalı, «Xocavəndin azad olunmasına görə» medalı, «Füzulinin azad olunmasına görə» medalı
Qəhrənamlıq simvolu Şəhidlər - bu günümüzün qeyrət salnaməsi , sabahımızın örnək məbədi. Qısa ömrünü Vətən uğrunda fəda edərək Azərbaycanın ən yeni tarixinin bu qeyrət salnaməsini qanı ilə yazanlardan biri də 21 yaşlı müddətdən artıq hərbi qulluqçu Sabir Hikmət oğlu Salahovdur. Sabirin həyat hekayəsini qələmə almaq üçün onların Salyan şəhərində yerləşən, girişində Azərbaycan və Türkiyənin qoşa bayraqları asılmış evlərinə baş çəkdik. Qapını şəhidin atası Hikmət açdı. Başsağlığı veririk və şəhidimiz haqda söhbətə başlayırıq.

...Sabir Salahov 1999-cu ildə Salyan şəhərində sadə bir ailədə dünyaya göz açıb. Atası şəhərdə taksi xidməti göstərməklə ailəni dolandırıb. Ailədə 2 qardaş olublar. Qardaşı Vüsal hazırda Tərtərdəki hərbi hissələrdən birində xidmətini başa vurmaq üzrədir. Anası evdar qadındır. Sabirin anası Sevgül xanım deyir ki, Sabirin hələ uşaqlıqdan idmana xüsusi həvəsi var idi. Şahmat və güləş hazırlıqlarına gedirdi. Ona şahmat yarışlarında qələbəsi münasibəti ilə təqdim olunmuş stolüstü saat və at fiquru hələ də evimizin ən əziz bəzəyidir. Sevgül xanım deyir ki, Sabir kişik yaşlarından qorxmaz və mərd idi. Sabir Salahov 2016-cı ildə Salyan şəhərindəki 3 saylı orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. O, hərbi xidmətini cəbhə xəttində yerləşən Ağcabədi rayonunun Qiyamadınlı kəndində yerləşən ən təhlükəli nöqtə olan “Qartal” postunda edib. Hərbi xidmətini başa vurduqdan sonra valideynlərinə bildirib ki, vətən torpaqları işğalda olduğu halda mən Salyanda qala bilmərəm. Qərara gəlmişəm ki, Vətənin müdafiəsinə yollanım. Bu məqsədlə də 2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq hərbi xidmətə başlayıb. Fizuli rayonunda, təmas xəttində xidmət keçib.

“Sentyabrın 27-də, müharibə başlayan günü Sabir zəng vurdu, dedi ana, məndən nigaran qalma. Şəhid olsam üzülmə, təki Vətən sağ olsun...”, -şəhid anası göz yaşları içində bunları deyir. Atası söhbətə qoşulur: “Sabir zəng vuranda dedi ata, darıxma. Müharibə hökmən bizim qələbəmizlə başa çatacaq, mən bu sözü sənə döyüşçü kimi deyirəm. Düşmən qabağımızda duruş gətirə bilmir, qaçır...”

Hərbi əməliyyatlar başlayandan bir neçə gün sonra, oktyabrın əvvəllərində Salyanda xəbər yayılır ki, Sabir şəhid olub. Amma tezliklə bu xəbər yalan çıxır. Məlum olur ki, Sabir döyüşlərdən birində öz “buşlat”ını şəhid olmuş yoldaşı Səyyadın üstünə örtüb və döyüşü davam etdirib. Döyüş meydanından şəhidlərin meyitlərini yığanda Səyyadın üstünə örtülən “buşlatda” Sabirin ad-soyadını oxuyublar və onun şəhid olduğunu deyiblər. Atası danışır ki, Sabir və döyüş dostları Fizuli rayonun Horadiz kəndinin işğaldan azad olunması uğrunda gedən şiddətli döyüşlərin qəhrəmanlarından biri idi. Horadizə Azərbaycan Bayrağını da onlar sancmışdılar. Oktyabr ayının 5-də Sabir Fizuli şəhərinin işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə, Buqra dərəsi deyilən yerdə şəhid olub. Sabir Salahov oktyabr ayının 6-da Salyan şəhərində torpağa tapşırılıb. “Mənim üçün Sabir kimi balanı itirmək çətindir, çox çətin. Onun bütün sirri-sözü mənimlə idi, ürəyi arzularla dolu idi balamın. Amma mənə təskinlik verən odur ki, Sabir Vətən torpaqlarının azad edilməsi uğrunda qurban getdi. Hərbçi peşəsni özü seçmişdi və bütün çətinlikərinə baxmayaraq həmişə deyirdi ki, bu yolu tutduğuma qəti peşiman deyiləm. Deyirdi ki, şəhid olsam da özümdən sonra sizə şərəfli bir ad qoyub gedəcəm...”, -anası yenidən göz yaşlarına boğulub bunları deyir.

Anaya təsəlli vermək üçün başqa söz tapa bilmirəm və bir daha Allahdan bütün şəhidlərə rəhmət diləyib şəhid evini tərk ediriəm...

________________________________________________________________________________

                                      Soyad: Quliyev

                                       Ad: Kamran

                                       Ata adı: Dadaş

                                      Doğum tarixi: 11.05.1992

                                      Rütbə: Mahhxhq kiçik çavuş


                                      Təltifləri

                                       

 


«Vətən uğrunda» medalı, «Füzulinin azad olunmasına görə» medalı
Bu gün milyonlarla insanın qüruruna çevrilən Azərbaycan ordusu tariximizin yeni salnaməsinə qəhrəmanlıq tarixini yazdı. Dünyanın ən müqəddəs bir zirvəsinə yüksələrək və qanları ilə torpaqlarımızı suvararaq şəhidlik zirvəsinə yüksəldi vətən oğulları. Torpaq nəfəs aldı şəhid qanı ilə. Torpaq sanki rahatlığına qovuşdu. 
30 illik zaman məsəfəsində dinclik biləyən işğal altında olan cadarlanmış 20 faiz Azərbaycan torpağı yenidən öz sakinlərini ağuşuna alacaq günün həsrəti ilə igid, qəhrəmin, mərd insanlarının üzərində gəzəcəyini duyaraq elə insanları kimi bu gün çox məğrurdur. Neçə-neçə şəhid bu torpağa "Can Azərbaycan" deyərək canını fəda etdi. Şəhid oldu. Bu gün onların hər birinin həyat yolu bizlərə, yetişəcək gələcək nəsillərə bir nümunədir, ərənlik, kişilik məktəbidir. Elə haqqında söhbət açağımız Azərbaycanın şəhid oğlu Kamran Quliyev Dadaş oğlunun vətənpərvərlik, qeyrət simvoluna çevrilən bir ömür yolu kimi. Vətən ucalığı, vətən sevgisi bir oğulun da ömür yolunu yarımçıq qoysa da ona əbədi yaşamaq hüququnu verdi. Vətən üçün hər kəsin cavabdeh olmasını yaxşı anlayırdı Kamran Quliyev. Üçrəngli bayrağımızın uca tutulması onun müqəddəs amalı idi. Əfsanələşən bir ömür payı. Bu Kamrana da nəsib oldu. Çox ağır və qürurludur şəhid oğullardan yazmaq. Bəzən düşünürsən ki, birdən hansısa bir fikri onun ünvana söyləyərkən qəhrəman oğullarımızın hünərini, vətənpəarvərlik duyğularını lazımı şəkildə ifadə edə bilməzsən. Belə insanların ömür yolundan yazmaq şərəfdir. Qəhəmanlıq zirəsinə yüksələn Quliyev Kamran Dadaş oğlu zirvədən enməyəcək bir yüksəklikdə özünün əbədi məşəlini yandırdı. Hamı kimi uşaqlıq illərini yaşadı. 1992-ci il mayın 11-də Salyan rayonunda anadan olub - Şuşanın işğalından üç gün sonra, Azərbaycan da hadisələrin gərgin olan bir dövründə. Ermənilər ötən əsrin 90-cı illərinin əvvəllərində dünya ictimaiyyətinin gözü qarşısında Azərbaycanın tarixi torpaqları olan Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı kimi məkanlarımızı işğal etdi. Əlbəttə ki, körpə böyüdükcə onun torpağa, elə-obaya bağlılığı yoğrulduğu ana laylalarından kök atmağa başlayır. Kamranın da ana laylasından, ana südündan vətənə sevgi bütün varlığına hopur. Vətənlə bağlı düşüncələri, vətənpərvərlik tərbiyəsi, vətəni sevmək kimi ali dəyərləri kiçik yaşlarından əxz olunur. Məktəb yaşı çatanda bütün yaşıdları kimi, birinci sinfə gedir. Salyan rayon 7 saylı tam orta məktəbdə təhsil alıb. Parta arxasında oturduğu illərdə qisası qiyamətə qoymamaq kimi fikiri vətənsevər oğullar kimi onun da ruhi, əqli, mənəvi dünyasına hakim olur. Amma bilmirdi ki, zaman yetişəcək o, bir evin, bir ailənin yox Azərbaycan dünyasının övladına çevriləcək. Onun haqqında qələmə alınacaq yazılarda igidlik, qəhrəmanlıq sücaətindən söz açılacaq. Kamran 2011-ci ildə əsgəri xidmətini Daxili Qoşunların "N" saylı hərbi hissəsində başa vursa da elə həmin ildən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. 28 illik ömür yolunda o da çoxları kimi torpaqlarımızı işğal edib, insanları ev-eşiyindən didərgin salan düşməndən qisas almaq hissi ilə yaşayır. Ali Baş Komadanın əmrini gözləyirdi ki, düşmənə dərsini versin. Sentyabrın 27-də Vətən müharibəsi başlayanda o da mürahibəyə yola düşür. Düşmənin ağır itkilərə məruz qoyulmasında onun da pay var. Tovuzdan başlanan döyüş yolu Cəbrayılda, Füzulidə davam edib. Füzuli istiqamətində aparılan hərbi əməliyyatlarda şəhid olur. 6 oktyabr 2020-ci il tarixində onun ön cəbhədə son döyüşü olur. Kamran torpaqlarımızın işğalçılardan azad olunması yolunda şəhid olur.

Dünyaya, ən əsası da erməniyə Azərbaycan gücünü, Azərbaycan oğullarının cəsarətini, qəhrəmanlığını göstərən şəhid olullarımız sırasında bu gün Kamran Quliyevin də adı var. Fəxarətimiz olan Şəhidlər. Sizlər, Kamran Dadaş oğlu elə bir abidə yaratmısan ki, kimsə buna toxuna bilməz. Torpaq yolunda Şəhidlik hər kəsə nəsib olmur. Əlbəttə ki, Kamranı yaşadığı zaman, doğulduğu torpaq, vətənpərvərlik ruhu şəhidlik zirvəsinə yüksəltdi. Azərbaycan xalqı ermənilərə dərs verdi. Qəhrəmanlıq hər həsə nəsib olmur, torpaq yolunda Şəhidlik də hər kəsə nəsib olmur. Bu adları Azərbaycan torpağının yetirdiyi oğullarımız qazandı. Vətən üçün hər kəsin cavabdeh olmasını yaxşı anlayırdı bizim şəhid Kamran. Bu gün onun ruhu şaddır. Ali Baş Komandan İlham Əliyevin xalqımıza qələbə müjdəsini verənkən şəhidlərimizin ruhu şad oldu, onların qisası alındı. Vətən - ərazisi, səhədləri bəlli müqəddəs məkandır. Tarix boyu yadelli işğalçıların, imperiyanın, erməni daşnaqlarının hücumuna məruz qalsa da məğrur dayanıb. Bu gün də Azərbaycanın mərd oğulları Azərbaycan ordusunun əzmini ermənilərə göstərdi. Azərbaycan ordusu mərdi-mərdanə döyüşərək düşməndən işğalda olan torpaqlarımızı azad etdi. Yağı düşmənlərimizə qarşı vuruşan oğullarımız üç rəngli – ay ulduzlu bayrağımızı işğaldan azad olunmuş torpaqlarımıza sancdılar. Bu gün Kamranın iki övladı onun ocağında böyüyür: Tunar və Ümid. Vətən üçün əmanətdir bu oğullar. Tunar hələ həyatda nə baş verdiyindən xəbərsizdir O, 4 aylıqdır. Ümid isə 7 yaşındadır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Kamran Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 25 dekabr tarixli Sərəncamına əsasən Kamran Quliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

________________________________________________________________________________

                                    Soyad: İsmayılov

                                     Ad: Aslan

                                     Ata adı: Əvəz

                                     Doğum tarixi: 01.06.1993

                                     Rütbə: Baş leytenant

                                     Təltifləri

                                     

 

 

 

 

 

Vətən müharibəsində qəhrəmancasına şəhid zirvəsinə ucalan igidlərimizdən biri də baş leytenant Aslan İsmayılovdur.

Unikal.org-un məlumatına görə, Aslan Əvəz oğlu İsmayılov 1993-cü ilin 1 iyunda Salyan rayonunun Sarvan kəndində anadan olub. 1999-cu ildə İsfəndiyar Həsənov adına Sarvan kənd tam orta məktəbinin 1-ci sinfinə daxil olub. 2007-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyin 1-ci kursuna, 2010-cu ildə isə Heydər Əliyev adına hərbi liseyə qəbul olub. Atası Əvəz İsmayılov açıqlamasında bildirir ki, Aslan təhsilini başa vurduqdan sonra Naxçıvanda və Bakıda hərbi xidmətini davam etdirir. Xidmət zamanı göstərdiyi fəaliyyətinə görə baş leytenant rütbəsi ilə fərqələndirilir. Uşaqlıqdan idmana maraq göstərən Aslan Xüsusi Təyinatlı Qüvvələrin (X.T.Q) döyüş qurupunda olub. Atasının sözlərinə görə, torpaqlarımızın işğal altında olması Aslanı hər zaman narahat edib. Belə ki, baş leytenant Aslan İsmayılov 44 günlük Vətən müharibəsinin ilk günlərindən ön cəbhədə vuruşub. Bir sıra ərazilərin işğaldan azad olunmasında böyük şücaiət göstərib. Füzuli – Hadrut istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. 9 oktyabr tarixində doğulub boya-başa çatdığı Sarvan kəndində torpağa tapşırılıb.

Allah rəhmət eləsin!

________________________________________________________________________________

                                   Soyad: Balıyev

                                   Ad: Hüseynağa

                                   Ata adı: Salman

                                   Doğum tarixi: 22.12.1987

                                   Şəhid olub: 08.10.2020

                                   Rütbə: Mayor

                                   Təltifləri

                                     

 

«Qarabağ» ordeni, «Vətən uğrunda» medalı

Vətən müharibəsində qazandığımız qələbə Azərbaycan tarixinə əbədi olaraq qızıl hərflərlə həkk olundu. Bu tarixi qələbənin qazanılması naminə canınını fəda etmiş zabitlərimizdən biri də Azərbaycan Silahlı Qüvvələrinin mayoru Hüseynağa Salman oğlu Balıyevdir.

Hüseynağa Balıyev 1987-ci il dekabrın 22-də Salyan şəhərində dəmiryolçu ailəsində anadan olub. Ailədə dörd övlad – iki qız və iki oğlan olublar. Dördü də ali təhsil alıb. Qardaşı İsa Balıyev Aprel döyüşlərinin iştirakçısıdır. Hüseynağa 2004-cü ildə orta məktəbi bitirdikdən sonra hərbçi peşəsinə yiyələnmək üçün Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. 2010-cu ildə oranı əla qiymətlərlə bitirərək, Naxçıvandakı hərbi hissədə zabit kimi qulluq etməyə başlayıb. 2015-ci ildə onun xidmət yeri cəbhə xəttinin Ağcabədidən keçən hissəsində yerləşən hərbi hissələrdən birinə dəyişdirilib. Əvvəlcə qərargah rəisi, bir müddət sonra isə tabor komandiri kimi xidmət edib. Hüseynağa Balıyev 2011-ci ildə çoxdan sevdiyi, onlarla üzbəüz qonşuluqda yaşayan Nərmin xanımla ailə həyatı qurub. Şəhid olanda qızı Rənanın 9, oğlu Harunun isə 3 yaşı vardı.

“Hüseynağaya öz atamın adını qoymuşdum, qızı Rənaya da öz adımı… Heç vaxt inanmazdım ki, Hüseynağa şəhid olacaq. Nə vaxt zəng vururdu, deyirdi “məndən nigaran qalmayın, hər şey yaxşıdır”,- deyə anası Rəna xanım xatırlayır. Nərmin xanım da həyat yoldaşından danışanda göz yaşlarını saxlaya bilmir: “… 10 ildir ailə həyatı qursaq da, Hüseynağa zabit həyatı ilə bağlı evdə çox az olmuşdu. Olduqca qayğıkeş və mehriban ailə başçısı idi. Qadına qarşı misilsiz dərəcədə nəzakət nümayiş etdirirdi. Uşaqlara baxıb sevinərdi… Sonuncu gəlişində uşaqlara elə həsrətlə baxdı ki… Heç vaxt mənə iş buyurmazdı. Zabit həyatı ona özünəqulluq vərdişi aşılamışdı. Həm də çox səliqəli idi. Axırıncı dəfə evə avqust ayının sonunda gəldi. Uşaqları da götürüb, Hacıqabul rayonunda yerləşən “Qədir-xum” ailəvi istirahət mərkəzinə getdik. Sanki ürəyinə dammışdı ki, şəhid olacaq. Evə qayıdanda Haruna veliosiped də alıb qoydu… Elə bilirəm ki, baş verənlər bir yuxudur, Hüseynağa yenə qapını açıb evimizə girəcək. Şəhid olmamışdan iki gün əvvəl, oktyabr ayının 6-da evə zəng vurub hal-əhval tutdu. Sonda telefonu oğlumuz Haruna verməyimi istədi. Haruna dedi ki, “özündən muğayat ol, oğlum!" Mənə çox ağırdır onun yoxluğunu qəbul etmək. Hüseynağa şəhid olanda tabeliyində qulluq etmiş əsgərlər "instaqram"da “Qızıl komutanımız şəhid oldu. Onun özündən də, soyadından da bir dənə idi. Bizim qayğımıza doğma balası kimi qalırdı” yazmışdılar".

- Hüseynağa bizə müharibə barədə heç bir şey demədi. Elə televizordan aldığım məlumatdan bilirdim ki, Vətən Müharibəsi başlayıb. Gözləyirdim, o qayıdanda soruşaram olanları, qismət olmadı… balam şəhid oldu Vətən yolunda. Oğlu Harun deyir ki, “Nənə sən ağlama, ağladığına görə atam qayıtmır…”, - deyə Rəna xanım söhbəti davam etdirir. Hüseynağa Balıyev oktyabr ayının 8-də Xocavənd rayonunun Hadrut qəsəbəsinin azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. O, döyüşdə əsgərlərinə düşmənin atdığı minadan qorunmaq üçün təkrar “yerə yatmaq” əmri vermək üçün qalxarkən özü şəhid olub. Sağlığında igid komandirə verilmiş mayor rütbəsi vəsiqəsi o dəfn olunan zaman məzarı başında atasına təqdim olunub.

“Sonuncu dəfə 3 günlük evə gəlməsi vidalaşamaq üçün imiş, amma görüşüb gedəndə gülə-gülə çıxdı… Peşəkar hərbçi olan oğlum Qələbə ilə başa çatmış müharibədə komandir kimi şəhid oldu. Mən Hüseynağa ilə fəxr edirəm. Komandir Hüseynağa Balıyevin adından – onun əvəzinə bütün şəhid əsgər və zabitlərin valideynləri qarşısında baş əyirəm. Vətən sağ olsun!”- deyir atası Salman kişi.

Silahlı Qüvvələrin tabor komandiri, mayor Hüseynağa Balıyev ölümündən sonra “Qarabağ” ordeni və “Vətən uğrunda medalı” ilə təltif edilib. 

________________________________________________________________________________

                                    Soyad: Həsənov

                                     Ad: Kənan

                                     Ata adı: Elşad

                                     Doğum tarixi: 16.09.1997

                                     Şəhid olub: 10.10.2020

                                     Rütbə: Əsgər

                                     Təltifləri

                                                                      

«Vətən uğrunda» medalı, «Laçının azad olunmasına görə» medalı
44 günlük Vətən müharibəsi bizə tarixi qələbə qazandırdı. Qələbəyə gedən bu yolda isə şəhidlərimizin rolu danılmazdır. Şəhidlik zirvəsinə ucalan həmin qəhrəmanlardan biri də Kənan Həsənovdur. 
Həsənov Kənan Elşad oğlu 16 sentyabr 1997-ci ildə Salyanın Qaraçala qəsəbəsində doğulub. AZMİU mexanika mühəndisliyini bitirib. Subay olan şəhidimiz ailəsiylə birgə Qaraçala qəsəbəsi Arxarası kəndində yaşayıb. 2019-cu ildə həqiqi hərbi xidmətə yollanıb. Vətən müharibəsinin ilk günlərindən döyüşdə iştirak edib. Tapqaraqoyunlu, Talış kənd, Hadrut, Suqovuşan istiqamətində gedən döyüşlərdə düşmənə qarşı fəal şəkildə vuruşub. 10 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində erməni postuna hücumu zamanı qəhrəmancasına şəhid olub. Ondan bir neçə saat əvvəl isə anasıyla telefon danışığında onun rahat olması üçün "narahat olmayın, mən yaxşıyam, təhlükəsiz yerdəyəm" - deyib və döyüşdə olduğunu ailəsindən gizlədib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Kənan Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Kənan Həsənov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.

________________________________________________________________________________

                                     Soyad: Əhmədov

                                     Ad: Vidadi

                                     Ata adı: Murad

                                    Doğum tarixi: 12.07.1979

                                    Şəhid olub: 12.10.2020

                                    Rütbə: Mayor

                                    Təltifləri

            


«Vətən uğrunda» medalı, «İgidliyə görə» medalı, «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi» yubiley medalı, «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalı, «Qüsursuz xidmətə görə» medalı (II dərəcə)«Qüsursuz xidmətə görə» medalı (III dərəcə) «Azərbaycan Ordusunun 100 illiyi» yubiley medalı, «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi» yubiley medalı

Qırx dörd gün davam edən Vətən müharibəsində salyanlı həmvətənlərimiz də böyük hünər göstərərək adlarını hərb tariximizə qızıl hərflərlə yazıblar. Tarix yazan qəhrəmanlarımızdan biri də müharibənin odlu-alovlu günlərində sinəsindən qəlpə yarası alaraq şəhid olan mayor Vidadi Əhmədovdur. Hər kəsin bir həyat hekayəsi var. Kimisi öz hekayəsinin qəhrəmanı olur, kimisi də bütün el-obanın. Şəhid mayor Vidadi Əhmədov da el qəhrəmanı olaraq yaddaşlara köçdü. Vidadi Əhmədov 1979-cu il iyulun 12-də Salyan şəhərində anadan olub.. Atası Murad kişi rayonun ən hörmətli taksi sürücülərindən biri olub. Anası Bağdagül isə evdar qadın olub. Hər ikisi bir neçə il əvvəl dünyasını dəyişib. Vidadigil ailədə 2 qardaş , bir bacı olublar. Qardaşı Xəqani Əhmədov da hərbçi olub, mayor rütbəsində ehtiyata buraxılıb. Bacısı Nuranə Hacıyeva Salyan şəhərindəki 2 saylı orta məktəbdə müəllimə işləyir.

Vidadi Əhmədov 1996-cı ildə Salyan şəhərindəki 1 saylı orta məktəbi bitirib. Elə həmin ildə də H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Hərbi tədris müəssisəsini 2000-ci ildə zirehli tank və avtomobil texnikasının istismarı ixtisası üzrə mühəndis kimi bitirib. 2000-2002-ci illərdə zabit kimi Murovdağda xidmət edib. Gənc zabit Vidadi Əhmədov 2002-2005-ci illərdə İraqda sülhməramlı qüvvələrin sıralarında xidmətdə olub. 2005-2011-ci illərdə Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində kapitan rütbəsində bölük komandiri kimi qulluq edib. 2011-2014-cü illərdə Ali Hərbi Məktəbdə müəllim işləyib. 2014-2016-cı illərdə Tərtərdəki hərbi hissələrdən birində komandirin şəxsi heyətlə iş üzrə müavini olub. Aprel döyüşlərində iştirk edib. 2014-cü il yanvar ayının 1-də 20 il qüsursuz xidmətinə görə ehtiyata buraxılıb. Mayor Vidadi Əhmədovun Silahlı Qüvvələrin sıralarında qüsursuz xidməti layiqincə qitmətləndirilib, dəfələrlərlə medallarla təltif olunub. Son vaxtlar Salyan peşə liseyində texniki işçi kimi işləyirmiş.
2-ci Qarabağ müharibəsi başladıqdan sonra 29 sentyabr tarixində könüllü səfərbərlik çağrışı ilə döyüşlərə qatılıb. Füzuli istiqmətində gedən ağır döyüşlərin iştirakçısı olub. Belə döyüşlərin birində ondan 100 metr aralıya düşmüş top mərmisinin partlayışı nəticəsində sinəsindən aldığı qəlpə yarasından şəhid olub. Şəhid mayorun həyat yoldaşı Zəhra xanım ali təhsilli müəllimədir, Bakı Dövlət Unversitetinin mexanika-riyaziyyat fakultəsini bitirib.Əvvəllər Salyan şəhərindəki 3 saylı orta məktəbdə müəllimə işləsə də , sonralar hərbçi olan həyat yoldaşının iş yeri ilə əlaqədar Bakıya köçüblər. Həmin vaxtlar Zəhra xanım Naxçıvanski adına Hərbi Məktəbdə informatika müəllimi işləyib. Hazırda isə Salyan peşə liseyinin müəllimidir.
Zəhra Əhmədva Vətən torpaqlarının azadlığı uğrunda canından keşmiş həyat yoldaşı haqqında xatirələrini danışır: “Vidadi çox intizamlı adam idi. Bu intizamı hətta ailəyə belə gətirimişdi. Ailədə çox gülərüz və mehriban idi. İki qızımızı-Yasəmən və Gülü birlikdə “güllərim” deyə çağırardı. Vətənpərvər, Vətəni canından belə çox istəyən hərbçi idi. Uşaqları da vətənpərvərlik ruhunda tərbiyə edirdi. Uşaqlar ataları ilə yalnız bəli-xeyrlə danışardılar. Ətrafda baş verənlərə çox soyuqqanlı görünməyə çalışsa da bir dəfə evə gəlib hönkür-hönkür ağlamışdı. Dostu general Polad Həşimov şəhid olmuşdu o gün... Oktyabr ayının 5-də zəng vurub dedi ki, “məndən bir müddət xəbər olmasa, narahat olma-irəliyə gedirik”. Mənə həmişə deyirdi ki, “sən qorxma-düşmən məni nə üzbəüz, nə də snayperlə vura bilməz. Məni yalnız onda vura bilərlər ki, göydən yanıma nəsə atsınlar...”. Elə belə də oldu...Vidadi düşmənin top atəşi nəticəsində oktyabr ayının 8-də şəhid oldu. Canından artıq sevdiyi torpağa isə oktyabr ayının 12-də tapşırıldı.

Birgə arzularımız çox idi, qismət olmadı.Vətən sağ olsun...”.

Şəhidin qardaşı Xəqani Əhmədov bildirir ki, atası hər ikisini hərb sənətinə yönəltmişdi: “İkimiz də hərbçi idik. Vidadi İkinci Qarabağ müharibəsində könüllü olaraq hərbi komissarlığa gedib adını yazdırdı. O qədər vətənpərvər idi ki, əsgərlərindən irəlidə və əsgərlərini qorumaq məqsədilə özünü, canını fəda verdi, Vətən uğrunda həlak oldu”. Şəhidin bacısı Nuranə Hacıyeva vurğulayır ki, Vidadi uşaqlıqdan mərd, qorxmaz, igid idi. “Mən hər zaman onunla fəxr etmişəm. Bu gün də onun şəhidliyi, o zirvəyə yüksəlməsi ilə qürur duyuram”, - deyə o qeyd edib. Şəhidin qızı Yasəmən Əhmədova atası haqqında danışarkən deyib: “Bizim vətənpərvər vətəndaş olmağımız üçün əlindən gələn hər şeyi edirdi. Düzdür, nə qədər kövrəlsək də onunla fəxr edirik, qürur duyuruq. Prezidentimiz, ordumuz, atam kimi qeyrətli hərbçilərimiz sayəsində indi torpaqlarımız azaddır. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Qarabağ Azərbaycandır!”. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Vidadi Əhmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, Vidadi Əhmədov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

________________________________________________________________________________

                                     Soyad: Rızazadə

                                      Ad: Murad

                                      Ata adı: Ağamməməd

                                      Doğum tarixi: 12.07.2002

                                      Şəhid olub: 04.10.2020

                                       Rütbə: Əsgər

                                       Təltifləri

                                          

 

«Vətən uğrunda» medalı«Suqovuşanın azad olunmasına görə» medalı«Ağdamın azad olunmasına görə» medalı
Rzazadə Murad Ağamməməd oğlu 21 sentyabr 1993 -cü il taixində Salyan rayonu Marışlı kəndində anadan olub. 
04.10.2020-ci ildə Tərtər rayonu Suqovuşan kəndi istiqamətində hərəkərt edən zaman düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rzazadə Murad Ağamməməd oğlu Ölümündən sonra Ağdam və Suqovuşanın azad olunmasına görə, Vətən uğrunda medalları ilə təltif edilmişdir.

________________________________________________________________________________

                                     Soyad: Kərimov

                                     Ad: Ayaz

                                     Ata adı: Azər

                                     Doğum tarixi: 12.03.2002

                                     Şəhid olub: 14.10.2020

                                     Rütbə: əsgər

                                     Təltifləri

                                        

«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Suqovuşanın azad olunmasına görə» medalı«Vətən müharibəsi iştirakçısı» medalı

Ayaz Azər oğlu Kərimov 2002-ci il fevralın 12-də Salyan rayonunun Çadırlı kəndində doğulub. Orta təhsilini Kolanı kənd tam orta məktəbində başa vurub. 2020-ci ilin aprelində həqiqi hərbi xidmətə çağırılıb. 27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində xidmət etdiyi “N” sayı hərbi hissədən döyüş bölgəsinə yollanıb. İlk döyüş yolu Ağdərə istiqamətindən başlayıb. Ayaz Kərimov cəsur topçu kimi düşmənin başına od yağdırıb. O, silahdaşları ilə birlikdə düşmənin xeyli canlı qüvvəsini və zirehli texnikasını məhv edib. Oktyabrın 14-ə Talış kəndi uğrunda gedən hərbi əməliyyat Ayaz Kərimovun son döyüşü olub. Atası Azər Kərimovun oğlu ilə son telefon danışığı Ayazın şəhidlik zirvəsinə ucalmasından bir neçə gün əvvəl baş tutub. “Şəhid olmasından 4 gün əvvəl telefonla danışdıq. Dedi ki, ata, bu, son danışığımızdır. Cavab verdim ki, evdən çıxıb gəlirəm yanına. Dedi gəlmə, məni görməyəcəksən”. A.Kərimovun sözlərinə görə, Ayaz yaralansa da, cəbhə xəttindən geri çəkilməyib. Düşmənin minaatan mərmisi yaralı döyüşçümüzün həyatına son qoyub.

“Əsgərliyə gedəndə demişdi ki, mən qayıtmayacağam. Hətta keçən il doğum günü tortunu kəsəndə dedi, ata, bu mənim son ad günüm olacaq. Elə bil ürəyinə dammışdı onun”, - Azər Kərimov deyir.


Oktyabrın 15-də Ayazın üçrəngli bayrağa bükülmüş nəşi Çadırlı kəndinə gətirilərək torpağa tapşırılıb. A.Kərimov ölümündən sonra “Vətən uğrunda”, "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

________________________________________________________________________________


                                    Soyad: Nəcəfov

                                    Ad: İlkin

                                    Ata adı: Misir

                                   Doğum tarixi: 17.11.1989

                                   Rütbə: Kapitan

                                   Təltifləri

                                       

 

 

«Vətən uğrunda» medalı «Cəsur döyüşçü» medalı «Döyüşdə fərqlənməyə görə» medalı «Füzulinin azad olunmasına görə» medalı

30 ilə yaxın həsrətdən sonra hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini darmadağın edərək uzun illərdən bəri düşmən tapdağında olan tarixi dədə-baba torpaqlarımızı işğaldan azad etdi. 44 gün davam edən Vətən Müharibəsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. memorial.az xəbər verir ki, onlardan biri də Nəcəfov İlkin Misir oğludur. Şəhid 1989-cu il, noyabrın 17-də Salyan rayonu Şikarlı kəndində anadan olub. O, 2007-ci ildə orta məktəbi bitirib Heydər Əliyev adina Ali hərbi məktəbə daxil olub. Ilkin 2011-2012-ci illərdə leytenant kimi zabitləri təkmilləşdirmə kursunu uğurla bitirib və Tərtər rayonunda yerləşən N-saylı hərbi hissədə xidmət göstərib. İlkin Nəcəfov Aprel döyüşlərində də iştirak edib. O, həmin döyüşlər zamanı Ağdamın Süsənli kəndi ətrafında gedən hərbi əməliyyatda iştirak edib. Elə həmin il 26 iyun Silahlı qüvvələrin yaranmasının ildönümü münasibəti ilə döyüş və ictimai-siyasi hazırlıqda, nizam-intizamda əldə etdiyi yüksək nəaliyyətlərə görə Fəxri fərmanla təltif olunub. Şəhid 2018-cil il 26 iyun Azərbaycan ordusunun 100 illiyi ”Yubiley Medalı” və Azərbaycan Respublikasına Qüsursuz xidmətinə görə 3-cü dərəcəli medalla təltif olunub. 2019-cu ildə ona “kapitan” rütbəsi verilib. 2020-ci il sentyabr ayının 27-i xidmət etdiyi hərbi hissədən cəbhəyə yollanıb və Füzuli istiqamətində gedən düyüşlərdə qəhrəmancasına iştirak edib. İlkinin ailəsi onun cəbhədə olmasından xəbərsiz olub. Anası ilə telefonla danışan zaman təlim keçdiyini bildirib. Döyüşlər zamanı düşmənin bir çox hərbi qulluqçusunu, o cümlədən, hərbi texnikasını məhv edib. O, ən son əmisi oğlu ilə telefonla danışıb və bildirib ki, narahat olmasınlar, hər şey yaxşı olacaq. Oktyabrın 16-də Hadrut istiqamətində gedən döyüşlərdə yaralanmış əsgərini döyüş meydanından çıxararkən qərəmancasına şəhid olub. Şəhidin bir oğul övladı var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müfaviq sərəncamları ilə İlkin Nəcəfov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub.

________________________________________________________________________________

                                    Soyad: Daşdəmirov

                                    Ad: Elmar

                                    Ata adı: Seymur

                                   Doğum tarixi: 23.11.2001

                                  Şəhid olub: 18.10.2020

                                  Rütbə: əsgər

                                  Təltifləri

                                    

 


«Vətən uğrunda» medalı «Cəsur döyüşçü» medalı «Suqovuşanın azad olunmasına görə» medalı
Şəhid Daşdəmirov Elmar Seymur oğlu Salyan rayonunda dünyaya göz açıb. 
2020-ci ilin ilk ayında hərbi xidmətə çağırılıb. Oktyabr ayının 18-də Goranboy rayonu Tapqaraqoyunlu kəndi, Kəhrilər xarabalığı istiqamətində düşmən tərəfindən odlu silahla və diğər silah növlərindən atılan mərminin partlayışı nəticəsində həlak olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Daşdəmirov Elmar ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" , "Vətən uğrunda" və ”Cəsur döyüşçü” medallarıyla təltif edilib. Salyan rayonunda Vətən müharibəsi şəhidi Elmar Daşdəmirovun xatirəsi əbədiləşdirilib və onun adı verilmiş bulaq istifadəyə verilib.

________________________________________________________________________________

                                     Soyad: Hüseynov

                                     Ad: Bəhruz

                                     Ata adı: Yavər

                                    Doğum tarixi: 17.01.1994

                                    Şəhid olub: 19.10.2020

                                    Rütbə: Əsgər

                                    Təltifləri

                                     


«Vətən uğrunda» medalı «Xocavəndin azad olunmasına görə» medalı
Bəhruz Yavər oğlu Hüseynov: 17 yanvar 1994-cü ildə Salyan rayonunun Yolüstü kəndində anadan olub. 2011-ci ildə Yolüstü kənd orta məktəbini bitirib və Azərbaycan Texniki Universitetinə qəbul olunub. 
2015-ci ildə universiteti bitirdikdən sonra Bəhruz hərbi xidmətə başlayıb.O, hərbi xidmətdə tank taborunda tuşlayıcı operator olub. 2016-cı ildə Aprel döyüşləri zamanı Tərtər rayonu istiqamətində gedən döyüşlərdə şücaət göstərib. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixindən başlayan Vətən müharibəsində tankçı olaraq ön cəbhə bölgəsinə göndərilib. Füzuli, Cəbrayıl və Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib. Oktyabrın 19-da Xocavənd rayonu Düdükçü kəndi üzərindəki yüksəkliklərin azad edilməsi uğrunda gedən döyüşlərdə düşmənin atdığı minaatan mərmisi nəticəsində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Bəhruz Hüseynov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

________________________________________________________________________________

                                    Soyad: İmanov

                                    Ad: Səməndər

                                    Ata adı: İsaxan

                                    Doğum tarixi: 23.03.1998

                                    Şəhid olub: 21.10.2020

                                    Rütbə: Əsgər

                                    Təltifləri

                                     

«Vətən uğrunda» medalı

Şəhidlik ən ali, müqəddəs və şərəfli zirvədir. Çünki şəhidlər Vətənin, xalqın yolunda şüurlu şəkildə öz canlarından keçən insanlardır. Bu cür insanlar qəlblərində Vətənə, xalqa sevgi olduğu üçün şəhidlik mərtəbəsinə ucalırlar. Vətənimizin hər qarış torpağı üçün canından keçən qeyrətli oğullarımız, qızlarımız kimi. Belə igid qəhrəmanlarımızdan biri də Vətən müharibəsində qəhrəmancasına şəhid olan Səməndər İmanovdur. Səməndər İsaxan oğlu İmanov 1998-ci il martın 20-də Salyanın Kürsəngi kəndində dünyaya göz açıb. Valideynləri deyirlər ki, Səməndər məktəb yaşlarından vətənpərvərliyi ilə fərqlənirdi. Atası İsaxan kişi Birinci Qarabağ müharibəsinin iştirakçısı olub. Həmişə Qarabağa həsr olunan şeirləri əzbərləyən, müxtəlif tədbirlərdə böyük coşqu ilə söyləyən Səməndər Vətəni ailəsi qədər çox sevirdi. Gəncə Dövlət Universitetinin ekologiya mühəndisliyi fakültəsini bitirib hərbi xidmətə yollanmışdı. Top komandiri olmaq istəyirdi. Sənədlərini də hərbi məktəbə vermişdi. Vətən müharibəsi başlayanda Səməndər döyüş meydanına atılaraq düşmənə qarşı mərdliklə vuruşub, onlara layiqli cəzanı verib. Şəhidin atası İsaxan İmanov : “Oğlum Şuşayadək döyüşüb. Şuşa ətrafında ağır şiddətli döyüşlərdə iştirak edib. Gecə düşmən kəşfiyyatı hücuma keçərkən onların qarşısını alıb və bu döyüşdə yaralanaraq şəhid olub. Səməndər cəsur döyüşçü idi. Əsgər yoldaşları deyirlər ki, onları dəfələrlə düşmən mühasirəsindən çıxarıb. Qorxmaz və igid olub. Şəhid oğlumla qürur duyuram”. Səməndər Vətənlə bərabər öz komandirini, döyüş yoldaşlarını qoruyan qəhrəman idi. O, Füzuli, Cəbrayıl və Şuşa istiqamətlərində gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərib. Şəhidin anası Validə İmanova : “Uşaq yaşından zəhmətkeş idi. Əsgərliyə getmişdi, kitabları orada oxuyurdu. Magistraturaya girmək istəyirdi. Vətən müharibəsində əldə olunan Qələbədə balamın da payının olması ilə fəxr edirəm”. Səməndər özü şəhid olsa da, əzəli Vətən torpaqlarını öz canı, qanı bahasına düşməndən geri alan minlərlə qəhrəmandan birinə çevrilir. Qardaşı Nəsir İmanov oğluna Səməndərin adını qoyub. Deyir ki, oğlunun da qardaşı kimi vətənpərvər olmasını arzulayır. “Səməndər Vətən müharibəsi başlayanda çəkinmədən döyüşlərə atıldı. Deyirdi ki, “sənin oğlun olacaq. Müharibədən qayıdıb oğluna özüm ad qoyacağam”. Elə oldu ki, özü gələ bilmədi, şəhid oldu. Mən isə onun adını yaşatmaq üçün oğlumun adını Səməndər qoydum. Qoy, qardaşım həmişə yaşasın. Şəhidlər ölməzdir, heç vaxt unudulmur. Biz müharibədə Zəfər qazandıq. İndi Zəfərimiz də var, Səməndərimiz də”, - deyə Nəsir İmanov bildirib.

Bayrağı bayraq edən üstündəki qandır, torpaq əgər uğrunda ölən varsa Vətəndir. Səməndər bu misraları çox sevirmiş. İndi Səməndər kimi oğulların sayəsində bayrağımız əzəmətlə dalğalanır, Vətənimiz artıq azaddır.

________________________________________________________________________________

                                    Soyad: Talıbzadə

                                    Ad: Ceyhun

                                    Ata adı: Aqil

                                   Doğum tarixi: 01.12.1994

                                   Şəhid olub: 18.10.2020

                                   Rütbə: Çavuş

                                   Təltifləri

                                       


«Vətən uğrunda» medalı «İgidliyə görə» medalı «Cəbrayılın azad olunmasına görə» medalı «Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Talıbzadə Ceyhun Aqil oğlu 1994-cü il dekabrın 1-də Salyan rayonu Şorsulu kəndində anadan olub. 
Ordumuzun əsgəri Vətən müharibəsində Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Ceyhun Talıbzadə 18 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Talıbzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Talıbzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Talıbzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Talıbzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Talıbzadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.

________________________________________________________________________________

                                    Soyad: Gülüşov

                                    Ad: Tərlan

                                    Ata adı: Salman

                                    Doğum tarixi: 16.10.1994

                                   Şəhid olub: 22.10.2020

                                   Rütbə: Baş leytenant

                                   Təltifləri

                                     

«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı

Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Tərlan Gülüşovdur. Baş Leytenant Tərlan Salman oğlu Gülüşov 16 oktyabr, 1994-cü ildə Salyan rayonunun Xalac kəndində anadan olub. 2011-2015-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Tərlan Gülüşov 2015-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirdi. Azərbaycan Ordusunun baş leytenantı olan Tərlan Gülüşov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tərlan Gülüşov oktyabrın 22-də Füzuli döyüşləri zamanı şəhid olub. Salyan rayonunun Xələc kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Gülüşov ölümündən sonra"Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Tərlan Gülüşov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

________________________________________________________________________________

                                    Soyad: Kərimov

                                    Ad: Ağamoğlan

                                    Ata adı: Yusif

                                   Doğum tarixi: 18.04.2002

                                   Şəhid olub: 22.10.2020

                                   Rütbə: əsgər

                                   Təltifləri

                                     

«Vətən uğrunda» medalı«Qubadlının azad olunmasına görə» medalı

44 günlük Vətən Müharibəsinin şəhidliyə ucalan qəhrəman igidlərimizdən biri də Ağamoğlan Kərimovdur. Ağamoğlan 18 aprel 2002-ci ildə Salyan rayonu Qaraqaşlı kəndində anadan olub. Müharibə zamanı heyət nəfəri kimi hərbi xidmətini yerinə yetirib. Qubadlı rayonu istiqamətində döyüş yolu keçib. 22 oktyabr 2020-ci ildə Qubadlı rayonu istiqamətində gedən döyüşlərdə düşmən diversiya qrupunun məhv edərkən şəhid olmuşdur.

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Qubadlının azad olunmasına" görə medalları ilə təltif edilib.

________________________________________________________________________________

                                    Soyad: Mehdiyev

                                     Ad: Samir

                                     Ata adı: Valeh

                                     Doğum tarixi: 11.12.1990

                                     Şəhid olub: 23.10.2020

                                     Rütbə: Kapitan

                                     Təltifləri

                                          


«Vətən uğrunda» medalı «Füzulinin azad olunmasına görə» medal ı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalı «Qüsursuz xidmətə görə» medalı (III dərəcə) «Azərbaycan Ordusunun 100 illiyi» yubiley medalı
Samir Valeh oğlu Mehdiyev 1990-cı il dekabrın 11-də Şirvan şəhərində Valeh və Səlimnaz Mehdiyevlərin ailəsində anadan olub. 1997-2008-ci illərdə Salyan rayonunda T. Şirinov adına Xələc кənd tam orta məкtəbində təhsil alıb. 2008-2012-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi. 
Samir Mehdiyev 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə savaşıb. Azərbaycan Ordusunun kapitanı olan Samir Mehdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Samir Mehdiyev oktyabrın 23-də Füzuli döyüşləri zamanı şəhid olub. Salyan rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Samir Mehdiyev ölümündən sonra "Vətən uğrunda" , "Füzulinin azad olunmasına görə" , "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley, III dərəcəli "Qüsursuz xidmətə görə" və "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları ilə təltif edilib.

Keçidlər