Şriftin ölçüsü :

Saytın rəngi :

Qarabağ

   Qarabağ Azərbaycandır


     Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olmuş, milyonlarla insanın taleyində əks olunmuşdur. 1988-ci ildə təhrikçilik yolu ilə başlanmış bu münaqişə hələ də özünün düşmənçilik xarakterini saxlayır, çünki erməni tərəfi bunu    antaqonist münaqişə hesab edir və “ya hər şey, ya heç nə” prinsipi üzrə hərəkət edir. Münaqişənin açıq, presedent fazasından əvvəl adi gözlə görünməyən, geniş ictimaiyyətə məlum olmayan hadisələr baş vermişdir. Münaqişənin bu gizli, latent fazası Sovet İttifaqında erməni ictimaiyyətinin müəyyən hissəsinin və xaricdəki erməni diasporunun çoxillik fəaliyyəti sayəsində geniş miqyas almışdır. Erməni tərəfi münaqişəli vəziyyəti illər boyu gərginləşdirir, öz niyyətinin etnokratik xarakter daşımasını dərk edirdi. Etnokratizm ermənilərin öz məqsədlərinə başqa xalqların hesabına nail olmasını nəzərdə tuturdu. O, ilhaqçılıq, Azərbaycan SSR-in 1923-cü ildə yaradılmış Dağlıq Qarabağ Muxtar Vilayətini Ermənistan SSR-ə birləşdirmək məqsədi güdürdü. Uzun illər boyu sıravi insanların şüurunun ilhaqçılıq (“miatsum”) ideyası ilə zəhərlənməsi 1987-ci ilin payızında Yerevanda keçirilən mitinqlərdə üzə çıxdı. Həmin mitinqlər zamanı DQMV-nin Ermənistan SSR-ə verilməsi barədə açıq tələblər səsləndi. Beləliklə, münaqişə insident mərhələsinə keçməyə başladı. Daxili dinamikaya malik olan bu proses məntiqi şəkildə qan tökülməsinə, ərazi ekspansiyası ideyasını dəstəkləməyən böyük insan kütlələrinin faciəsinə doğru aparan hadisələrin get-gedə daha tez-tez baş verməsi ilə səciyyələnirdi.
     1987-ci ilin noyabr ayında akademik Aqanbeqyan “Humanite” qəzetinə  verdiyi qalmaqallı müsahibədə erməni etnokratlarının fəaliyyətini dəstəklədi. Bu müsahibə bir növ rəmzi məna daşıyır və onu göstərirdi ki, erməni mənşəli sovet elitasının bir hissəsi Sovet İttifaqında xalqların birgəyaşayışına dair rəsmi normalara açıq-aşkar məhəl qoymur. Etnokrat Z.Balayanın 1985-ci ildə Ermənistanda erməni və rus dillərində çap edilmiş “Ocaq” kitabı yalnız ictimaiyyət tərəfindən pislənilmiş əlamətdar bir epizod idisə, Aqanbeqyanın bəyanatı bu cür hərəkətlərin və bəyanatların açıq-aşkar sistemli hal almasına keçiddən xəbər verirdi.
     1987-ci ilin noyabr ayında münaqişə kütləvilik səviyyəsinə çatır: Ermənistan SSR-in Qafan rayonunda azərbaycanlıların qovulması kampaniyası başlanır. 1920-ci ildən sonra ilk dəfə idi ki, Cənubi Qafqazda yeganə “təqsiri” başqa etnik mənşəli olmasından ibarət olan insanlar fəlakətlər girdabına düşürdü. 1988-ci il yanvarın axırlarında Qafan rayonunda bircə nəfər də azərbaycanlı qalmamışdı. 1988-ci ilin noyabr-dekabr aylarında Ermənistanın başqa rayonlarında yaşayan azərbaycanlıların da aqibəti belə oldu. Beləliklə, 1988-1990-cı illərdə vektoru dəqiq bəlli olan – azərbaycanlılar Azərbaycana, ermənilər Ermənistana getməlidir - tələblə çox böyük insan kütlələrinin yerdəyişməsi  başlanır. O vaxta qədər həyat tərzlərinin və mədəniyyətlərin aşağı səviyyədə qarşılıqlı təsiri barədə danışmağa imkan verən etnik adda-buddalıq sürətlə aradan qalxır.
     1988-ci il fevralın 13-də DQMV-nin mərkəzində Qarabağ məsələsi barədə ilk nümayiş təşkil edildi. 1988-ci il fevralın 16-dan martın 2-dək DQMV-də mitinqlər təşkil olunur. Buna cavab olaraq, fevralın 19-da Bakıda nümayiş keçirilir. Azərbaycan və erməni cəmiyyətlərində geniş yayılmaqda olan mübarizə ideyası “cəbhəçi tipli” şəxslərin fəallaşması üçün əlverişli şərait yaradır. Siyasi cəhətdən təcrübəsiz kütlələlərin və mitinq başçılarının bu birliyi XX əsrin 80-90-cı illərinin qovuşağında siyasətin peripetiyalarını müəyyənləşdirir. Məhz 1988-ci ilin əvvəllərində etiraz əhval-ruhiyyəsinin kəskin güclənməsi müşahidə olunur, çünki erməni etnokratları sosial narazılığı milli narazılıqla əvəz etməyə və kütləvi şüuru xəyalpərəstlik və dözümsüzlük istiqamətinə yönəltməyə müvəffəq olurlar.
     Etnokratların və kriminalların dayağı olan DQMV Xalq Deputatları Soveti 1988-ci il fevralın 20-də vilayətin Ermənistana birləşdirilməsi təklifinin lehinə səs verdi. Martın 22-də müttəfiq respublikanın – Azərbaycanın bir dövlət kimi bütövlüyünü dağıtmağa yönəlmiş xüsusi ictimai struktur – “DQMV-nin Ermənistan SSR-lə birləşdirilməsi uğrunda Komitə” yaradılır. Martın 5-də bu qurum “Krunk” adı ilə qeydiyyata alınmışdı. Münaqişənin ilhaqçı təbiəti Yerevanda “Qarabağ” Komitəsinin təsis edilməsində də öz əksini tapmışdır. 1988-ci il fevralın 21-də Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi “Dağlıq Qarabağ hadisələri haqqında” qərar çıxarır. Bu sənəddə Vilayət Sovetinin qərarı “millətçi elementlər tərəfindən təhrik edilmiş” aksiya adlandırılır. 1988-ci il martın 24-də Moskva “1985-1995-ci illərdə Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi tədbirləri haqqında” qərar qəbul edir. Rəmzi xarakter daşıyan bu qərarda DQMV-nin Azərbaycan SSR-in ayrılmaz tərkib hissəsi olması vurğulanırdı.
     1988-ci il iyunun 14-də Ermənistan Ali Soveti DQMV-nin Ermənistan SSR-in tərkibinə “daxil edilməsinə razılıq” verir. 1988-ci il iyunun 17-də Azərbaycan SSR Ali Soveti buna cavab olaraq əks qərar qəbul edir: DQMV respublikanın tərkibində qalır. 1988-ci il iyulun 18-də SSRİ Ali Sovetinin Rəyasət Heyəti hər hansı başqa qərarın pozucu olmasını dərk etdiyindən,  Azərbaycan SSR-in və Ermənistan SSR-in milli-ərazi bölgüsünün dəyişdirilməsinin mümkün olmaması barədə məntiqli qərar qəbul edir. SSRİ Ali Soveti SSRİ Konstitusiyasında (maddə 78) təsbit olunmuş müddəadan çıxış edirdi. Konstitusiyaya görə, “müttəfiq respublikanın ərazisi onun razılığı olmadan dəyişdirilə bilməz”.
     İstər münaqişənin bu müharibə ərəfəsi mərhələsində, istərsə də sonrakı dövrdə Azərbaycan tərəfi mənəvi baxımdan haqlı idi. O, status-kvonu - Azərbaycan və erməni millətlərinin hərtərəfli inkişafına əsla mane olmayan inzibati ərazi bölgüsünü müdafiə edirdi. Qeyd etmək yerinə düşər ki, DQMV-nin sosial inkişafının əsas göstəriciləri həm Azərbaycan SSR-in, həm də Ermənistan SSR-in orta respublika səviyyəsindən yüksək idi.
     Azərbaycanın siyasi elitası dövlətçiliyin qorunması mövqelərindən çıxış edirdi, lakin onun  şəxsiyyət potensialı vəziyyətin dramatikliyinə uyğun deyildi. Heydər Əliyevin - çoxmillətli cəmiyyətə rəhbərlik təcrübəsinə malik olan  bu dövlət xadiminin respublikada olmaması münaqişənin inkişafına və onun aralıq yekunlarına bilavasitə təsir göstərirdi.
     SSRİ-nin ümumi dövlət orqanı zəiflədikcə, DQMV-də azərbaycanlı və erməni icmalarının barışdırılmasına yönəlmiş bütün tədbirlər heçə enirdi. Bu baxımdan, Xüsusi İdarəetmə Komitəsinin (XİK, 12 yanvar – 28 noyabr 1989-cu il) fəaliyyəti uğursuzluqla nəticələndi. SSRİ ilə ABŞ arasındakı  “soyuq müharibə” bu vəziyyəti daha da mürəkkəbləşdirirdi. 1989-cu il iyulun 19-da ABŞ Senatı “Sovet Ermənistanı xalqının arzusuna uyğun olaraq,  Dağlıq Qarabağa dair mübahisənin sülh yolu ilə tənzimlənməsinə ABŞ-ın köməyi haqqında” qətnamə qəbul etdi. 1989-cu il noyabrın 19-da ABŞ Senatı “Sovet İttifaqı ilə ikitərəfli diskussiyaların gedişində Dağlıq Qarabağ ətrafında münaqişənin ədalətli, həqiqətən bu vilayətin xalqının baxışlarını əks etdirən tənzimlənməsinə kömək etmək” arzusunda olduğunu bəyan edir. SSRİ-də yeni yaranmaqda olan hüquq müdafiə hərəkatı, xüsusən “Memorial” təşkilatı erməni separatçılarını birmənalı şəkildə müdafiə edir və haqlı olaraq belə hesab edir ki, bu, adi himayədarlıqdan daha əhəmiyyətlidir.
     1989-cu il dekabrın 1-də Ermənistan SSR Ali Soveti “Ermənistan SSR-in və Dağlıq Qarabağın yenidən birləşməsi haqqında” görünməmiş bir qərar qəbul edir. 1990-cı il yanvarın 9-da Ermənistan Ali Sovetinin sessiyası DQMV-nin sosial-iqtisadi inkişaf planını respublikanın 1990-cı il üçün planına daxil edir. 1990-cı il mayın 20-də DQMV-də Ermənistan SSR Ali Sovetinin DQMV-dən olan deputatlarının seçkisi keçirildi. Bütün bu hadisələr Ermənistanın ilhaqçılıq mövqeyi tutmasına artıq şübhə yeri qoymurdu. Sonralar bu mövqe yalnız ört-basdır edilmişdi. 1990-cı ilin may ayında Ermənistanda keçirilən parlament seçkilərində Erməni Ümummilli hərəkatı qalib gəldi. Separatçıların hakimiyyətə gəlməsi yalnız bir məqsəd güdə bilərdi – “yenidən birləşmə” və “millətin öz müqəddəratını təyin etmək hüququ” şüarları altında təcavüzkar müharibə. Mahiyyət etibarilə Ermənistanda problemlərin zor işlətməklə həll edilməsi üsullarını təbliğ edən militokrat etnokratiya hakimiyyətə gəlmişdi.
     “Ermənistan SSR-in və Dağlıq Qarabağın yenidən birləşməsi haqqında” 1989-cu il 1 dekabr tarixli qərar Azərbaycanla Ermənistan arasında soyuq müharibənin genişlənməsinə və buna müvafiq surətdə təcavüzkarlara kütləvi nifrətin güclənməsinə səbəb olmaqla xalqlararasında münasibətlərdə çox ağır nəticələrə gətirib çıxardı. Əslində, bu, münaqişə zonasının keyfiyyətcə genişlənməsi, onun yayılması demək idi. 1990-cı ildə Bakıda baş vermiş məlum yanvar hadisələrindən sonra Kremlin və şəxsən prezident Qorbaçovun nüfuzu heçə enməyə başladı.
     Yanvarın 21-də Heydər Əliyevin Moskvada verdiyi ifşaedici bəyanat  Azərbaycan dövlətçiliyinin böhranının aradan qaldırılmasına yönəlmiş intellektual mənalar konsentratını cəmiyyətə açıb göstərdi. Bakıda baş vermiş yanvar hadisələri Azərbaycan elitasının yeni siyasi dünyagörüşü mövqeyinə keçidi ilə əlamətdar oldu – kəskinləşməkdə olan münaqişə beləcə yeni proqram məqsədlərinin formalaşmasını sürətləndirdi. 1990-cı ilin yanvarında Azərbaycan SSR-in əvvəlki rəhbərliyinin iflasa uğraması böyük bir imperiya məkanında sinfi beynəlmiləlçilik ideyaları üzərində qurulmuş siyasətin qeyri-adekvat olmasının rəmzi idi. Yeni ideoloji paradiqma Azərbaycanın millət-dövlət vəziyyətinə keçməsini təmin etməli idi. Lakin Azərbaycanın yeni rəhbərləri yeni siyasətə keçid məsələsində gecikir, hadisələrin gedişinin sürətləndirilməsində səhvlərə yol verirdilər. Lakin  siyasi uzaqgörənliyi, zaman və məkan hissinin yaxşı inkişaf etməsi ilə fərqlənən, hadisələrin gedişini fəal təhlil etməyi bacaran, hər bir hadisənin arxasında dövlətin sərt subyektiv iradəsinin dayanmalı olduğunu başa düşən Heydər Əliyev bu dövrdə məcburi istefada idi.
     20 Yanvar faciəsindən sonra erməni hərbi birləşmələrinin cəbhə xəttində fəallığı bir qədər də artdı. Bir-birinin ardınca işğal olunan kəndlər, rayonlar Qarabağın qarış-qarış itirildiyinə dəlalət edirdi. 1991-ci ilin fevral ayında Azərbaycan Ali Sovetinin sessiyasında Heydər Əliyev hamını bu adi gerçəkliyi etiraf etməyə çağırırdı: "Hesab edirəm ki, "Dağlıq Qarabağda vəziyyətin normallaşdırılması" - məsələnin dar çərçivədə qoyulması deməkdir. "Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması" - məsələ belə qoyulmalıdır. Biz bunun üçün çarə, çıxış yolu tapmalıyıq". Bu, təkcə parlamentdə aparılan müzakirələrin istiqamətinə etiraz əlaməti deyildi. Heydər Əliyev cəmiyyəti mövcud reallıqlardan xəbərdar etməyə çalışırdı. Həmin reallıq isə bundan ibarət idi ki, Azərbaycan hakimiyyətinin siyasi laqeydliyi ucbatından Qarabağ itirilib və bu reallığı anlamaq, bütün perspektiv fəaliyyəti onun dəyişdirilməsinə hesablamaq lazımdır. Heydər Əliyev həmin sessiyada deyirdi: "Biz gərək təhlil edək: nə cür oldu ki, Dağlıq Qarabağı əldən verdik!" Kifayət qədər maraqlı və haqlı sual idi. Amma şübhəsiz ki, A. Mütəllibovun rəhbərlik etdiyi siyasi komanda bu sualın cavabının araşdırılmasında maraqlı ola bilməzdi.
     Cəbhə bölgəsində hərbi əməliyyatların geniş miqyas almağa başladığı budövrdə ermənilər Naxçıvanı ələ keçirmək üçün müxtəlif planlar hazırlamağa başladılar. Lakin bu planların həyata keçirilməsi mümkün olmadı. 1990-cı ilin yayında Heydər Əliyev Naxçıvana gəldi. Muxtar respublikada vəziyyət həddindən artıq gərgin idi. İqtisadi blokadanın ağır şərtləri altında yaşamağa məhkum edilmiş naxçıvanlılar bu qayıdışın talelərində böyük dönüş nöqtəsi olduğuna inanırdılar. Çoxqısavaxt ərzində və məhdudimkanlar çərçivəsində Heydər ƏliyevNaxçıvandaciddidəyişiklikləretməyəmüvəffəqoldu. NaxçıvanMSSRAliSovetinə deputat seçildikdən dərhal sonra məhz onun təşəbbüsü ilə muxta rrespublikanın adındakı SSR sözü götürüldü. Azərbaycan Cümhuriyyətinin üçrəngl bayrağı dövlətrəmzikimiqəbuledildi. 1991-ciilsentyabrayının 3-də isə NaxçıvanAliMəclisiHeydər Əlirzaoğlu ƏliyevinAliMəclisinsədriseçilməsihaqqındaqərarqəbuletdi. Muxtar respublikanın yeni rəhbəri iqtisadi problemlərin həllinə diqqət yetirməklə yanaşı, həm də Ermənistanla sərhəddə gedən qanlı döyüşləri səngitmək missiyasını yerinə yetirdi. Heydər Əliyevin gəlişi ermənilərin Naxçıvan istiqamətində hərbi əməliyyatlara başlamaq planını təxirə salmağa vadar etdi.
     1992-ci ildən etibarən erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərində keçirdiyi hərbi əməliyyatların coğrafiyası daha da genişləndi və respublikanın rayonları bir-birinin ardınca işğal edilməyə başlandı. 1992-ciildə Xocalıda həyata keçirilən dəhşətli soyqırımı aktı erməni vəhşiliyinin miqyasını aydın təsəvvür etməyə imkan verir. Rusiyanın 366-cı motoatıcı alayının dəstəyi ilə reallaşdırılan bu terror əməliyyatında 613 nəfər azərbaycanlı qətlə yetirildi. Xocalı faciəsi zamanı öldürülənlərdən 63 nəfəri azyaşlı uşaq, 106 nəfəri qadın olmuşdur. 487 nəfər şikəs tedilmiş, 1275 nəfər əsir götürülmüşdür ki, onların da böyük bir hissəsi qocalar, qadınlar və uşaqla rolmuşdur, 8 ailə bütövlükdə məhv edilmişdi. Xocalı ermənilərin azərbaycanlılara qarşı apardığı çoxəsrlik düşmənçilik münasibətinin ən bariz nümunələrindən biri kimi tarixə həkk olundu. Lakin etiraf etmək lazımdır ki, bu faciənin baş verməsində o vaxtkı hakimiyyətin də üzərinə böyük mənəvi və siyasi məsuliyyət düşür.
     1992-ci ilin mayında Şuşa erməni qəsbkarları tərəfindən işğal edildi. Şuşanın işğalı ilə faktiki olaraq bütün Yuxarı Qarabağ ermənilərin nəzarəti altına keçdi.Erməni işğalçılarının keçirdiyi hərbi əməliyyatların miqyası bu şəhərin işğalından sonra daha da genişləndi və cəmi bir neçə gün sonra, may ayının 17-18-də Ermənistanla Azərbaycanın Dağlıq Qarabağ bölgəsi arasında yerləşən Laçın düşmən əlinə keçdi. Laçın Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsi ilə Ermənistan arasında kommunikasiya dəhlizi rolunu oynamağa başladı.
     1992-ci ilin yayında Azərbaycan cəbhə bölgəsində, xüsusilə də Gülüstan və Ağdərə istiqamətlərində uğurlu hərbi əməliyyatlar keçirməyə müvəffəq olsa da, bu proses sona qədər davam etmədi. Ölkə daxilində hakimiyyət çəkişmələri və iqtidarın səriştəsizliyi yeni məğlubiyyətlər üçün stimul yaratmış oldu.1993-cü ilin aprelində Dağlıq Qarabağın ərazisindən kənarda yerləşən Kəlbəcər işğal edildi.Kəlbəcərin işğalından sonra Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ilk qətnaməsini qəbul etdi.Lakin bu qətnamədə nəzərdə tutulan tədbirlər yerinə yetirilmədi.
     1993-cü ilin yayında Azərbaycan vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldı.Bütün bunlara son qoymaq və ölkədə ictimai-siyasi sabitlik yaratmaq, cəmiyyətin ümumi təhlükəsizliyini təmin etmək üçün xalqın böyük əksəriyyətinin təkidli tələblərindən sonra Heydər Əlirza oğlu Əliyev Bakıya dəvət olundu. Ölkəni gözləyən real vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılmasına nail olan Heydər Əliyev ictimai-siyasi sabitlik yaradılmasını da təmin etdi. Məhz onun müdrik fəaliyyəti nəticəsində Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu.Elə buna görə də 1993-cü ilin 15 iyunu müstəqil Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş günü kimi daxil oldu.
     1993-cü ilin oktyabrında ermənilər Azərbaycanın Zəngilan rayonunu işğal etdilər və bu, Ermənistan ordusunun cəbhə bölgəsində sonuncu işğalçılıq əməliyyatı oldu.Çünki Heydər Əliyevin hakimiyyətə gəlişi vəziyyəti kökündən dəyişmişdi və cəmi bir neçə aydan sonra ölkədə güclü hakimiyyətin mövcudluğu nəzərə çarpmağa başladı.Heydər Əliyevin Zəngilanın işğalından sonra ölkə vətəndaşlarına məşhur müraciəti isə Azərbaycanın ordu quruculuğu tarixinin başlanğıcı oldu.Bu müraciət on minlərlə insanın cəbhəyə könüllü hərbi xidmətə yollanması ilə nəticələndi.Çox qısa vaxt ərzində ordu vahid komandanlığa tabe etdirildi, hərbi sahədə mühüm islahatlar aparıldı və bütün bunlar ictimai-siyasi sabitliyin yaradılması prosesi ilə paralel şəkildə həyata keçirilirdi.Ölkədə davamlı ictimai-siyasi sabitliyin yaradılması istiqamətində mühüm addımlar atıldı.İqtisadiyyatda tənəzzülə son qoyuldu və bütün bunlarla paralel olaraq Heydər Əliyevin 1993-cü ilin noyabrında ordunun vəziyyəti haqqında məşhur müraciəti hərb sisteminin formalaşdırılması prosesinin start nöqtəsi kimi tarixə düşdü.Çox keçmədi ki, Azərbaycan Silahlı Qüvvələri Horadiz istiqamətində erməni ordusunun mövqelərinə əhəmiyyətli zərbə endirdi.Nəticədə işğal olunmuş 20-dən çox kənd azad edildi.Horadiz əməliyyatı Azərbaycan ordusunun Qarabağ müharibəsi dövründə qazandığı ən böyük qələbə idi və bu, artıq Ermənistanda ciddi təşviş doğurmuşdu. Azərbaycanda hərbi quruculuğun çox sürətlə getməsi qarşı tərəfin işğalçılıq planlarını davam etdirmək arzusundan çəkindirdi və 1994-cü ilin may ayında Ermənistanın dövlət başçısı atəşkəs haqqında sazişin imzalanmasına razılıq verməli oldu. Qeyd edək ki, bundan əvvəl də atəşin dayandırılması haqqında təkliflər gündəliyə çıxmışdı, amma ermənilər heç vəchlə buna getmək istəmirdilər.Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra qüvvələr nisbətində baş vermiş dəyişikliklər tamamilə fərqli situasiya yaratdı və bu dəfə atəşkəsi Ermənistan özü istəməli oldu.May ayının Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində atəş dayandırıldı.
     1994-cü ildə regionun iqtisadi perspektivini müəyyənləşdirən "Əsrin müqaviləsi" imzalandı və 2002-ci ildə bir çoxlarının əfsanə adlandırdığı Bakı-Tbilisi-Ceyhanın təməl daşı qoyuldu.Ermənistan dünyanın ən qüdrətli dövlətlərinin iştirak etdiyi bu layihədən kənarda qaldı.
     1996-cı il dekabrın 2-3-də ATƏT-in Lissabon sammitində Ermənistanın mane olmaq cəhdlərinə baxmayaraq, münaqişənin həlli prinsipləri müzakirəyə çıxarıldı və bu prinsiplər ATƏT-in fəaliyyətdə olan sədrinin yekun sənədə əlavə edilən bəyanatında öz əksini tapdı. ATƏT-in bütün iştirakçı dövlətlərinin qoşulduğu həmin prinsiplər aşağıdakılardır: 1. Azərbaycan Respublikası və Ermənistan Respublikasının ərazi bütövlüyü; 2. Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə sazişi ilə müəyyən olunmuş Azərbaycan daxilində ən yüksək özünüidarəetməni ehtiva edən hüquqi statusu; 3. Dağlıq Qarabağ və onun bütün əhalisinin təhlükəsizliyinə, o cümlədən nizamlamanın müddəalarını bütün tərəflərin yerinə yetirəcəyi ilə bağlı qarşılıqlı öhdəliklərə dair zəmanət.
     1997-ci ilin yayında hərtərəfli saziş layihəsi tərəflərə təqdim edildi.Azərbaycanın konstruktiv mövqeyinə baxmayaraq, Ermənistan təklifi rədd etdi.1997-ci ilin payızında həmsədrlərin bölgəyə səfəri zamanı tərəflərə “mərhələli həll” planı təqdim olundu. Bu plana əsasən ilk olaraq texniki məqamlar – Ermənistan qoşunlarının işğal edilmiş rayonlardan geri çəkilməsi, məcburi köçkünlərin öz torpaqlarına qayıtması, kommunikasiya vasitələrinin bərpası, ATƏT-in sülhyaratma missiyasının bölgəyə yerləşdirilməsi həll edilməli, sonra isə Dağlıq Qarabağın statusu məsələsinə baxılmalı idi. Lakin Ermənistan yenidən danışıqlar prosesində konstruktiv irəliləyişdən imtina etdi.
     1998-ci ilin noyabrında həmsədrlərin “ümumi dövlət” konsepsiyasına əsaslanan yeni təklifi isə Dağlıq Qarabağa Azərbaycanın daxilində dövlət və ərazi vahidi statusu verməklə dövlətin suverenliyi və ərazi bütövlüyü prinsipi ilə ziddiyyət təşkil edirdi.Azərbaycan bu təklifi qəbul etmir. Bundan sonrakı illərdə keçirilmiş görüş və danışıqlarda da Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərindən, habelə mövcud qərarlardan boyun qaçırması nəticə etibarilə danışıqların gedişində irəliləyişin əldə olunmasına imkan verməyib.
     2007-ci ilin noyabr ayında Minsk qrupu münaqişənin sülh yolu ilə həlli prinsiplərini hazırlayır. Madrid adlanan proses çərçivəsində təklifləri ehtiva edən Madrid sənədinin birinci versiyası tərəflərə təqdim olunur. 2009-cu ilin sonunda isə Madrid sənədinin yenilənmiş layihəsi hazırlanır və tərəflərə təqdim edilir.Lakin Ermənistanın destruktiv mövqeyi səbəbindən gözlənilən irəliləyiş əldə olunmur.
     Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistan prezidenti Serj Sarkisyan arasında 2008-ci il noyabrın 2-də Moskvada keçirilən görüşün sonunda Rusiya, Azərbaycan və Ermənistan prezidentləri tərəfindən Moskva Bəyannaməsi imzalanır. Bəyannamədə münaqişənin siyasi vasitələrlə beynəlxalq hüququn normaları və prinsipləri əsasında və bu çərçivədə qəbul edilmiş sənədlərə və qərarlara əsasən həll edilməsi və bunun da öz növbəsində regionda hərtərəfli əməkdaşlığa şərait yaradacağı göstərilirdi.Bəyannamənin bu hissəsi münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri və Helsinki Yekun Aktının müddəaları əsasında nizamlanmasını nəzərdə tutur.Bu da bir daha münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsinin labüdlüyünü təsdiq edir.Sonrakı görüşlərdə dövlət başçıları münaqişənin sülh yolu ilə həll edilməsi üçün danışıqların davam etdirilməsi haqqında razılığa gəlib və problemin humanitar aspektlərinə xüsusi diqqət ayırıblar.Lakin danışıqlar prosesində intensivliyin artdığını və prosesin öz maraqlarına uyğun cərəyan etmədiyini görən Ermənistan hərbi təxribatlar yolu ilə danışıqları pozmağa çalışıb.
     2016-cı ilin əvvəlində münaqişənin həlli ilə əlaqədar konkret planlar müzakirə olunduğu vaxtda Ermənistan yenə hərbi təxribata əl ataraq, aprelin 2-də qoşunların təmas xətti boyunca əhalinin sıx məskunlaşdığı əraziləri, o cümlədən məktəblər, xəstəxanalar və ibadət yerlərini ağır silahlardan atəşə tutur. Ermənistanın hücumları nəticəsində dinc Azərbaycan əhalisi arasında uşaqlar da daxil olmaqla 6 nəfər həlak olur, 33 nəfər isə ağır yaralanır.Öz növbəsində, Azərbaycan Silahlı Qüvvələri düşmənə layiqli cavab verərək, əks-həmlə nəticəsində strateji əhəmiyyətli mövqeləri işğaldan azad edir. Aprel hadisələri bir tərəfdən Azərbaycan Ordusunun gücünü göstərdisə, digər tərəfdən də status-kvonun saxlanmasının və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunun münaqişə zonasında gərginliyin əsas səbəbi olduğunu və münaqişənin siyasi həllinə başlıca maneə kimi qaldığını beynəlxalq ictimaiyyətə növbəti dəfə nümayiş etdirdi.
     Ermənistan siyasi və hərbi təxribatlarını 2017-ci ildə də davam etdirmişdir.İlk olaraq fevralın 20-də Azərbaycanın işğal altında olan ərazilərində qeyri-qanuni “referendum” keçirilir.Lakin bu, beynəlxalq ictimaiyyət tərəfindən rədd edilir və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə bir daha dəstək ifadə olunur.İyun və iyul aylarında Azərbaycanın ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin həlli istiqamətində səylərini artırdığı, beynəlxalq ictimaiyyətin substantiv danışıqlara ciddi çağırışları fonunda Ermənistan qoşunların təmas xətti boyunca vəziyyəti gərginləşdirməyə çalışır.Ermənistan hərbi hissələri növbəti dəfə təcavüzkar əməllərini davam etdirərək ağır artilleriya qurğularından Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu mövqelərini və mülki əhalinin yaşadığı əraziləri intensiv atəşə tutur. Nəticədə iyulun 4-də Füzuli rayonunun Alxanlı kəndində mülki şəxslər - 1966-cı il təvəllüdlü Sahibə Allahverdiyeva və onun nəvəsi 2016-cı il təvəllüdlü Zəhra Quliyeva qətlə yetirilir, 1965-ci il təvəllüdlü Səlminaz Quliyeva isə ağır yaralanır.
     2020-ci il 12-16 iyul tarixində Azərbaycan və Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan hərbi birləşmələri artilleriya qurğularından istifadə edərək atəşkəs rejimini kobud şəkildə pozaraq təxribata əl atmışdır. Bu qəfil və xain hücum nəticəsində Azərbaycan Ordusunun hərbçiləri, mülki əhali həlak olmuş və yaralanmışdır.Əks həmlələr və cavab atəşi nəticəsində hücum dəf edilsə də, növbəti günlərdə Ermənistanın hərbi-siyasi rəhbərliyi avantürist və təcavüzkar siyasətindən əl çəkməmiş, ölkəmizin hərbi və mülki obyektlərinə zərbələrin endirilməsi ilə bağlı göstərişlər vermişdir.Azərbaycan Silahlı Qüvvələrinin qətiyyətli zərbələri nəticəsində düşmənin döyüş imkanları sarsıdılmış, böyük sayda hərbi texnikası və canlı qüvvəsi məhv edilmışdir.
     25 sentyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında videoformatda çıxışındaErmənistanıntəxribatları nəticəsində azərbaycanlı hərbçilərin və 76 yaşlı mülki vətəndaşın həlak olması, habelə mülki infrastruktura vurulan ciddi ziyan qeyd olunmuşdur. O cümlədən,Azərbaycan Respublikasının Prezidenti iyulun 17-dən etibarən sentyabr ayına qədər hərbi yük təyyarələri ilə Ermənistana min tondan artıq hərbi avadanlığın daşındığını bildirmişdir. Sözügedən tədbirdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyən çıxışlar etmişdir.
     Sentyabr ayının 27-də səhər saatlarındaErmənistan Silahlı Qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq genişmiqyaslı təxribat törətmiş, cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini intensiv atəşə tutmuşdur.Həmin günAzərbaycan Silahlı Qüvvələri erməni təxribatlarının qarşısını almaq üçün əks-həmlə əməliyyatlarına başlamışdır.
     Bu döyüşlərdə Azərbaycan xeyli az itki ilə böyük irəliləyişlərə imza atdı. Başlanğıcda bir sıra kəndləri və strateji körpüləri işğaldan azad etdikdən sonra Azərbaycan Silahlı Qüvvələri oktyabrın 22-də Qarabağın İranla cənub sərhədini tamamilə azad etdi.
     44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndini, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.
     Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya FederasiyasınınPrezidenti tərəfindən imzalanan üçtərəfli bəyanata əsasən, noyabrın 10-u Bakı vaxtı ilə saat 01:00-dan etibarənDağlıq Qarabağ münaqişəsi zonasında atəşin və hərbi əməliyyatların tam dayandırılması, 1 dekabradək Ermənistan silahlı qüvvələrininDağlıq Qarabağın ətrafındaErmənistanın nəzarətindəki Azərbaycan ərazilərindən çıxarılması və Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edildi. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur etdi.
     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli fərmanına əsasən Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq “Zəfər Günü”nün  hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.


 

Keçidlər