Şriftin ölçüsü :

Saytın rəngi :

Ərazi

 

Rayonun ərazisi:

           Azərbaycan Respublikasının ərazisi 86,6 min kv.km-dir.
              Salyan rayonunun ərazisi 1,60 min kv.km olmaqla ümumirespublika ərazisinin 1,8 faizini təşkil edir.
Əhalinin sayı və tərkibi haqqında məlumatlar siyahıyaalınma illəriü çün 09 fevral 1897-ci ildə, 17 dekabr 1926-cı ildə, 17 yanvar 1939 və 1949-cu illərdə, 15 yanvar 1959 və 1970-ci illərdə, 12 yanvar 1989-cu ildə, 27 yanvar 1999-cu ildə, 13 aprel 2009-cu ildə, sonuncu siyahıyaalma isə 10 oktyabr 2019-cu ildə keçirilmişdir.
           1868-ci ildə Salyan Bakı Quberniyasının Cavad qəzasının mərkəzi olmuş, 1916-cı ildən şəhər status almış, 1929-1930-cu illərdə Muğan (Salyan) dairəsinin mərkəzi, 1930-cu ildən isə Salyan şəhəri, Salyan rayonunun mərkəzi olmuşdur. Rayonun ərazisi 1,60 min kvadratkilometr, əhalisi  isə140,8 min nəfərdir. Rayonda 20 inzibati ərazi nümayəndəliyi, 20 bələdiyyə fəaliyyət göstərir.
            Rayonda 729 nəfər məcburi köçkün, 297 nəfər isə qaçqın məskunlaşmışdır.
Rayonun iqtisadiyyatını sənaye sahələri, neft və qaz istehsalı, kəndt təsərrüfatı, tikinti və ticarət təşkil edir.
            Ərazi və əhali. Arani qtisadi Salyan rayonu əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. Region əsasən subtropik iqlimə meyllidir. Bu da vaxtıilə əhalinin məskunlaşmasında mühüm rol oynamışdır. Ona görə ki, Aran iqtisadi Salyan rayonunun sahəsi dəniz səviyyəsindən aşağıda yerləşən düzənlikdən ibarətdir. Arani qtisadi Salyan rayonu əhəmiyyətli magistral nəqliyyat yolları üzərində yerləşir.
            Salyan rayonunda aparılan islahatlar, iqtisadiyyatda əldə olunan uğurların inkişaf etdirilməsində, Respublika səviyyəsində öz  yerini tutmuşdur.
                2021-ci ilin yanvarın 1-i vəziyyətinə Salyan rayonunun əhalisi  140,8 min nəfər olmuşdur və  cari ilin 12 ayı ərzində  0,6 faiz artmışdır.
Yaş tərkibinə görə rayon əhalisinin ümumi sayında 0-4 yaşlarında olan əhalinin xüsusi çəkisi 8,4faiz, 5-9 yaşlarında olanlar 9,4 faiz, 10-14 yaşlarında olanlar  6,8 faiz, 15-19 yaşlarında olanlar 6,2 faiz, 20-24 yaşlarında olanlar 7,3 faiz, 25-29 yaşlarında olanlar 9,2 faiz, 30-34 yaşlarında olanlar 9,0 faiz, 35-39 yaşlarında olanlar 7,6 faiz, 40-44 yaşlarında olanlar 6,1faiz, 45-49 yaşlarında olanlar 5,6 faiz, 50-54 yaşlarında olanlar 6,2 faiz, 55-59 yaşlarında olanlar 6,4 faiz, 60-64 yaşda olanlar  5,2 faiz, 65-69 yaşda olanlar 2,9 faiz, 70-74 yaşda olanlar 1,4 faiz, 75-79 yaşlarında olanlar  0,7 faiz, 80-84 yaşlarında olanlar 0,9 faiz, 85 və daha yuxarı yaşda olanlar isə 0,7faiz  təşkil edir.
          2020-ci ilin yanvar-dekabr aylarında əhalinin təbii artım göstəricisi  əhalinin hər  min nəfərinə 5,8 nəfər və ya əvvəlki ilin müvafiq dövründəkindən 39,6faiz  az olmuşdur.
          Hesabat dövründə 1966 nəfər körpə dünyaya gəlmiş, ondan 1071nəfəri oğlan və 895 nəfəri qız olmuş və əvvəlki ilin müvafiq dövrünə nisbətən doğulanların sayı 193 nəfər və ya 8,9faiz azalmışdır. Əhalinin hər min nəfəri hesabı ilə doğulanların sayı isə15,5-dən 14,0-a qədər azalmışdır.
Hesabat dövründə rayonda 1155 nəfər ölən qeydə alınmış və ötən ilin eyni dövrü ilə müqayisədə ölənlərin sayı əhalinin hər 1000 nəfəri hesabı ilə 5,9-dan 8,2-yə qədər artmışdır.
         2020-ci il  ərzində rayonda 579 nikah və 176 boşanma  qeydə alınmış, əvvəlki illin eyni dövrü ilə müqayisədə 418 nikah, 9 boşanma azalmış və əhalinin hər 1000 nəfər hesabı ilə nigahların sayı 7,2-dən 4,1-ə qədər azalmış,  boşanmaların  sayı  isə sabit qalmışdır.

 

Keçidlər