Şriftin ölçüsü :

Saytın rəngi :

İcra hakimiyyətinin başçısı

Hətəmov Sevindik Hacağa oğlu

 

Hətəmov Sevindik Hacağa oğlu 1963-cü il aprelin 7-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1980-cı illdə Güləbird kənd orta məktəbini bitirib. 1980-1981-ci illərdə Laçın rayonu Güləbird kənd orta məktəbində çilingər-montyor işləyib. 1981-1986-cı illərdə Azərbaycan Politexnik İnstitutunun Mühəndis- mexanik fakültəsində təhsil almışdır. 1987-ci ildə Laçın rayon Texniki Təhcizat Bazasında mühəndis, 1987-1989-cu illərdə Laçın rayon Texniki Təhcizat Bazasında böyük mühəndis, 1989-1990-cı illərdə Laçın rayon Maddi-Texniki Təhcizat və Mexanikləşdirmə İstehsalat Birliyində mühəndis, 1990-1997-ci illərdə Laçın rayon Təsərrüfathesablı Tikinti Quraşdırma Sahəsində rəis, 1997-1999-cu illərdə "Güzdək" daş karxanasında direktor, 1999-2005-ci illərdə "Güzdək-Günay" firmasında direktor vəzifəsində işləyib. 2005-2010-cu illərdə Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Bir müddət Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri olub. 2012-ci ilin mart, aprel aylarında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi, 2012-2016-cı illərdə isə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır .

Azərbaycan Respublikası Prezidentinin 4 mart 2016-cı il tarixli Sərəncamı ilə Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.

 

Keçidlər