Şriftin ölçüsü :

Saytın rəngi :

Tarixi

Tarixi:

      «Salyan»- sözünün etimologiyası haqqında müxtəlif mülahizələr vardır. Elmi tədqiqatlara əsasən demək olar ki, türk dilli tayfaların içərisində «sal» tayfası olmuşdur. Onlar bir zamanlar Volqaboyu sahillərdə yaşamış, həmin ərazidəki düzənliklərdən biri «Sal» düzənliyi adlanır. Bundan əlavə Şərqi Avropa düzənliklərindən axan Don çayının qollarından biri «Sal» çayı adlanır. Salyan yaşayış məntəqəsi keçmişdə bu ərazidə məskən salmış «Sal» tayfasının adını daşıyır. Bir fakta əsasən Bizans tarixçisi Menandr 558-ci il hadisələrindən bəhs edərək «Sal» adlı hun tayfasının “Avar” adlı türk tayfa birləşməsi ilə Cənubi Rusiya çöllərində müharibələr apardığını yazır. Güman ki, salların müəyyən hissəsi avarlarla Azərbaycana gəlib məskunlaşmışdır. Bunu XIV əsr tarixçisi Həmdullah Qəzvinin Kür çayının mənsəbində bir şəhərinin «Abar» şəhəri adlandığını qeyd edilir. Salyan hələ XIII əsrdə diqqəti cəlb edəcək dərəcədə böyük yaşayış məntəqəsi olmuşdur. Nə vaxtdan salındığı dəqiq məlum deyil. Lakin bir məntəqə kimi XV əsrin ortalarına aid edilir. Şirvanşahların Muğan, Təbriz, İran şəhərləri ilə ticarət əlaqələri Salyandan keçmişdir. XVII-XVIII əsrlərdə İran, Şimali Qafqaz, Türküstan və Rusiya ilə ticarət yolları uzun müddət Salyandan keçmişdir. Salyandan bu şəhərlərə satmaq üçün balıq, kürü, tənbəki, ağ və zolaqlı bez aparılırdı. XVIII əsrdə Salyanda Zərbxana olmuş və burada gümüş, mis pullar kəsilmişdir. 1795-ci ildə Ağa Məhəmməd Şah Qacarın 12 minlik qoşunu Şamaxıya hücum edərkən müqavimət göstərdiyi üçün Salyanı talan edib dağıtmışdır. 1868-ci ilin fevralında Bakı quberniyası daxilində Cavad qəzası yaradılanda Salyan bu qəzanın inzibatı idarəçilik və mədəni mərkəzi oldu. XX əsrin əvvəllərində burada illik istehsal gücü 3-4 min tona çatan 3 xırda pambıqtəmizləmə müəssisəsi, kiçik istilik-elektrik stansiyası, 4 ibtidai məktəb və kitabxana yaradılmışdır. Belə ki, 1863-cü il kameral siyahıya alınmadan aydın olur ki, şəhərdə 1292 ev, 10634 nəfər sakin olmuşdur. Bu vaxt şəhərdə bez istehsal edən 20 kiçik toxucu müəssisə, 200 dükan, 5 ticarət bankı, 3 karvansara, gəmi körpüsü, poçt stansiyası, karantin gömrükxana, 11 mədrəsə fəaliyyət göstərmişdir. Bütün Cənubi Rusiyada və Qafqazda ilk dəfə olaraq 1894-cü ildə Salyanda meteoroloji stansiya yaradılmışdır. Salyan həm də İpək yolu üstündə yerləşən bir ticarət mərkəzi olmuşdur. Hələ e. ə. II əsrdən etibarən Çin və Hindistandan gələn tacirlər indiki Türkmənbaşından (keçmiş Krasnavodsk) dəniz yolu ilə üzərək Kürün Xəzərə töküldüyü yerdən (indiki Bankə qəsəbəsi) Kürə keçib, üzərək bütün Azərbaycan ərazisindən, yəni həm də Salyandan keçərək Gürcüstandakı Rioni çayını keçib, buradan isə Qara dənizin sahilindəki Poti limanına çatmaqla Qara dənizə, oradan da Aral dənizinə keçirlərmiş. Salyan uzun müddət Muğanın və cənub – şərqi Muğanın maarif, mədəniyyət mərkəzi olmuşdur. 1881-ci ildə şəhərin ümumi torpaq sahəsi – 800 desyatin olmuşdur. Salyan XIX əsrdə Cavad qəzasının, bütünlüklə Muğan-Salyan zonasının inzibati idarəçilik və mədəni mərkəzi olmuşdur. 1916-cı ildən şəhər hesab olunan Salyan 1916-cı ildən 1930-cu ilə kimi Qəza Mərkəzi olmuşdur. Salyan rayonu isə 1930-cu ildə yaradılıb.

Salyan Sovet hakimiyyəti illərində

    1920-ci ilin aprel ayının 21-də Bakı Sovetinin rəhbərlərindən biri M. Əzizbəyov 240 nəfərlik dəstə ilə Salyana gəlir və dinc yolla burada Sovet hakimiyyəti qurulur. Salyanın sovet hakimiyyəti dövründə iqtisadiyyatı inkişaf etmişdir. Bu inkişaf ümummilli lider lider Heydər Əliyevin 1969-cu ildə Sovet Azərbaycanında rəhbərliyə gəlişindən sonra rayonda bir çox sənaye və sosial obyektlər tikilib istifadəyə verilmişdir. Plastik Kütlə Emalı, Elektrik Qaynaq Avadanlığı və Çörək zavodları, Taxıl Məhsulları Kombinatı həmin dövrdə tikilmiş obyektlərdir. Tarix-diyarşünaslıq muzeyi, mərkəzi kitabxana, peşə məktəbi, mərkəzi xəstəxana, kənd təsərrüfatı texnikumu, poçtamt, şəhər mehmanxanası və stadion, bir sıra səhiyyə müəssisələri sosial obyektlər kimi bu gün də vətəndaşların istifadəsindədir. Rayonda bir çox yaşayış massivləri salınıb.

       Salyan müstəqillik dövründə

       Respublikamız müstəqillik əldə etdikdən sonra,xüsusilə 1993-cü ildən etibarən Salyanın sosial-iqtisadi həyatı getdikcə inkişaf etməyə başlayıb. Son illərdə Salyanda sosial obyektlər tikilib istifadəyə verilmiş,vətəndaşların iş yerləri ilə təmin edilməsi istiqamətində mühüm addımlar atılmışdır. Müasir Salyan planlı, 53 küçəsi olan abad şəhərdir.

      Salyan hələ Ulu öndərimizin hakimiyyəti illərindən bu günə kimi daima diqqət mərkəzində olan  rayonlardan biri olmuşdur. Heydər Əliyev 34 illik hakimiyyəti dövründə Salyan rayonuna 5 dəfə rəsmi şəkildə səfər etmişdir (1969,1972,1977,1981,1998). 1969-cu ilin avqust ayında rayonun Qaraçala qəsəbəsindəki 1 nömrəli pambıqçılıq sovxozunda olmuş və rayon partiya komitəsində partiya təsərrüfat fəalları ilə görüşmüşdür.1972-ci ildə rayonun Q.Səmədov adına kolxozunda, Plastik Kütlə Emalı zavodunda olmuşdur. 1977-ci ilin iyul ayında rayonun “Yeni Muğan”,  “Oktyabr”,  “Bəşirabad” kolxozlarında və Təsərrüfatlararası mal-qara kökəltmə birliyində olmuş, partiya-təsərrüfat fəalları ilə görüşülmüşdür. Bəşirabad kolxozunda olarkən Heydər Əliyev Ağacan Əliyevin briqadasında əkin sahələrinin becərilməsindən razı qalaraq demişdir:

      -Yüksək məhsul yetişdirdiyiniz  üçün  çox sağolun. Əgər  axıracan belə işləsəniz, sovkaya və ziyanvericilərə qarşı mübarizəni davam etdirsəniz, hər hektardan nəinki 40 sentenere hətta 45-50 sentenere söz yoxdur.

      Müstəqilliyimizin bərpasından sonra, xüsusilədə 1993-cü ildən bütün rayonlarda olduğu kimi Salyandada butun sahələrdə inkişaf  nəzərə çarpmışdır.1998-ci il oktyabrın 1-də seçki qabağı təbliğat kampaniyasını məhz Salyan rayonundan başlayan Heydər Əliyev rayon camaatının ona olan dərin inamının  və məhəbbətinin bir daha şahidi olmuşdur. Salyan , Hacıqabul, Şirvan, Neftçala şəhərinin seçiciləri ilə də Salyan rayonunda görüşmüdür.

     Ulu Ondərimizin layiqli davamçısı Cənab prezidentimiz İlham Əliyev isə rayonumuza 8 dəfə rəsmi şəkildə səfər etmişdir  (2006-2008-2010-2011-2012-2013-2016) 2006-cı ildə səfəri zamanı İlham Əliyev Heydər Əliyev muzeyinin və Heydər Əliyev parkında Ulu öndərin abidəsinin açılışında iştirak etmiş, eyni zamanda Salyan Olimpiya Kompleksinin tikintisi ilə tanış olmuş, “Salyan” yarımstansiyasının təməlqoyma mərasimində iştirak etmiş, əsaslı  təmirdən sonra internat məktəbinə, Rayon Mərkəzi Xəstəxanasına, Salyan Süd zavodunda aparılan yenidənqurma işlərinə baxış keçirmişdir.

    2008-ci il 7 sentyabrda isə Qardili kənd tam orta məktəbinin və Salyan Olimpiya kompleksinin açılışında , Rayon mərkəzi xəstəxanasının əsaslı təmirindən sonra istifadəyə verilməsində iştirak etmişdir.

    2010-cu il 19 apreldə Ələt-Astara magistral avtomobil yolunun 22 km hissəsini, “NNEM  Kəndli – Fermer Təsərrüfatı” MMC-nin anbar kompleksinin, “Salyan” yarımstansiyasının açılışında iştirak etmişdir.

   2010-cu il 1 noyabrda təkrar gəlişi zamanı Kür çayının səviyyəsinin qalxması nəticəsində evləri ziyan cəkan vətəndaşlar üçün salınmış şəhərciyin açılışını etmişdir.

   15 aprel 2011-ci ildə Salyanda aparılan abadlıq işləri ilə taniş olan İlham Əliyev Salyanın bu günü və gələcəyi üçün mühüm önəmli açıqlamalar vermişdir. Cənab prezident şəhər sakinləri ilə izdihamlı görüşündə demişdir:

   “Sizi ürəkdən salamalayıram. Salyan şəhərinin gözəl inkişaf planı hazırlanır. Salyan Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilməlidir.

   Burada gözəl xiyabanlar, binalar tikiləcək, təmir işləri aparılacaq, bütün infrastrkutur yenidən qurulacaqdır. Qazlaşdırma, içməli su, kanalizasiya layihələr, sosial infrastruktur-bütün  bu işlər planlarda vardır. Eyni zamanda yaşamaq, işləmək üçün bütün şərait yaradılmalıdır. İlk növbədə qazlaşdırma aparılmalıdır. Çünki elektrik enerjisi ilə təminat normaldır. Ondan sonra içməli su, kanalizasiya, sosial infrastruktur layihələri icra edilməlidir.

   Bilirsiniz ki, Salyan xüsusi əhəmiyyətə malik olan bir rayondur. Bakıya yaxın olan bir rayondur. Həm Ulu öndərin, həm də mənim seçki kampaniyalarımız Salyandan başlanmışdır- 1998-ci ildə və 2003-cü ildə. Mən seçki kampaniyasını ilk dəfə olaraq Salyan rayonundan başlamışdım. Sizin xeyir-duanızla bu vəzifəyə gəlmişəm və çalışıram ki,doğma xalqıma xidmət edim.”

   Əsasən aqrar rayon kimi tanınan Salyan rayonunda həmdə “Salyan OYL” LTD şirkəti fəaliyyət göstərir, şirkət  neft yataqlarının aşkara çıxarılıb istifadəyə verilməsində lazımi işlər görülür.

   13 mart 2012-ci ildə Salyan rayon İcra hakimiyyəti və Heydər Əliyev Mərkəzinin bina kompleksinin tikintisi ilə taniş olmuş, Uşaqların texniki yaradıcılıq mərkəzinin açılışında, “Kür” mehmanxanasının və “Cümə” Məscidinin əsaslı təmirdən sonra istifadəyə verilməsində iştirak etmişdir.

   2013-cü il 4 sentyabrda Heydər Əliyev mərkəzinin açılışında iştirak etmiş, Salyan rayon İcra hakimiyyətində və Bayraq meydanında aparılan tikinti işləri ilə tanış olmuşdur.

  03 sentyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Salyan rayonuna səfəri çərçivəsində ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş, Salyan şəhərinə Şirvan-Muğan Magistral Su Kəmərindən çəkilmiş yeni içməli su xəttinin, Tarix-Diyarşünaslıq Muzeyinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni inzibati binasının, Salyan-Babazənən körpüsünün, Ələt-Astara-İran ilə dövlət sərhədi avyomobil yolunun 31-54 kilometrlik hissəsinin açılışı tədbirlərində iştirak etmiş, Salyan şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşmüş, rayonun Kürsəngi kəndindəki pambıq sahələrinə baxmış və sahədə pambıqçılarla səmimi söhbət aparmışdır.

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 sentyabr 2017-cı il tarixində Salyan rayonuna səfəri çərçivəsində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, yeni istifadəyə verilən “Qaraqaşlı” yarımstansiyasının, 2 saylı tam orta məktəbin yeni binasının, Bayraq Muzeyinin, Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun açılışlarında iştirak etmiş, Xıdırlı kəndində Dəniz suyunun duzsuzlaşdırılması kompleksinin fəaliyyəti ilə tanış olmuş və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşərək onlarla xatirə şəkli çəkdirmişdir.

      Qədim tarixin izləri

      Bəndovan

     Azərbaycanın qədim xəritəsinə nəzər saldıqda orada onlarca şəhər adına rast gəlmək olar. Amma zamanın amansız gərdişləri nəticəsində hazırda onların bir çoxunun yalnız adları müxtəlif mənbələrdə qalır. Bəzilərinin isə hətta xarabalıqları bugünümüzə gəlib çatıb. Qədim məxəzlərə görə, Xəzər dənizi sahilində, indiki Salyan rayonunun ərazisin də Bəndovan adlı bir şəhər mövcud imiş. Bəndovan şəhərinin qalıqları hazırki Şirvan Milli Parkı ərazisindəki Bəndovan burnunda və Xəzər dənizinin bu yerlərdəki sahillərində aşkarlanıb. 1970-ci ildə ərazinin sahil hissəsi və su altında aparılmış arxeoloji tədqiqatlar zamanı müxtəlif tipli tikili qalıqları, dulusçuluq kürəsinin qalıqları, orijinal şirsiz və şirli qablar, əmək alətləri, şüşə bəzək əşyalaarı, sikkələr və s. tapılıb. Dənizdən tapılmış qabların üzərində heyvan və quş şəkilləri var. Mis, gümüş pullar Şirvanşahlar dövrünə aiddir. Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya İnstitutunun rəyinə görə, ərazidən tapılan saxsı qab parçaları müxtəlif dövrlərə X-XVII əsrlərə, mis sikkələr isə XIV əsrin axırlarına aid olub Şirvanşahlar dövlətinə məxsusdur. Arxeoloji materiallar Bəndovanın XIX-XIII əsrlərdə yaşayış məskəni olduğunu söyləməyə imkan verir. A.Bakıxanov da hələ 1840-cı ildə Bəndovan ərazisində Sualtı şəhər qalıqlarının olduğunu qeyd edib.
    Ehtimal edilir ki, XIV əsrin əvvəllərində Xəzər dənizinin suyunun qalxması nəticəsində sahildəki bir sıra şəhərlər kimi Bəndovan da sulara qərq olub.

      Mahmudabad şəhəri və Qirxçıraq

      Vaxtilə Xəzər dənizi yaxınlığında yerləşmiş, sonradan yoxa çıxmış şəhərlərdən biri də Mahmudabaddır. Qədim mənbələrdə adına tez-tez rast gəlinən bu şəhərin xarabalıqlarının axtarışına hələ keçən əsrdə başlanıb. Nəhayət 1980-cı illərdə arxeoloji axtarışlar nəticəsində müəyyən olunub ki , bu qədim şəhərin xarabalıqlarının bir hissəsi Salyan rayonu ərazisində, Bakı-Salyan şossesinin 117-ci kilometrindəki Qırxçıraq adlı qədim yaşayış məskənindədir. Şəhər Hülakü hökümdarlarından olan Sultan Mahmud Qazan xan tərəfindən salınıbmış. Tədqiqatlar zamanı Qırxçıraqdan yüzdən artıq gümüş və mis pul tapılıb. Onların üzərindəMahmudabad və Kuştasfi şəhərlərinin adlarına təsadüf olunur. Mahmudabad həmin dövrlərdə iri ticarət və inzibati mərkəz imiş. Tapıntılar onu da sübut edir ki, XIV-XVI əsrlərdə Mahmudabadda zərbxana da var imiş. Burada müxtəlif hökmdarların adından gümüş və mis sikkələr kəsilirmiş.
Çay kənarında və qədim karvan yolu üstündə olması Qırxçırağın əhalisinin təsərrüfat və ticarət həyatına təsir göstərib.Yaşayış yerinin geniş ərazisində qalan seyrək süni təpəciklərdəki qalın kül təbəqələri Qırxçırağın yanğından məhv olduğunu göstərir. Teymurləngin və Şah İsmayıl Xətainin də bir zamanlar bu şəhərdə olmaları ilə bağlı deyilənlər sadalanan fikrləri təsdiq edir.

       Kürsənginin dulusçuluq ənənələri

       Salyan rayonunun Kürsəngi kəndi ərazisində tapılan arxeoloji tapıntılar tarixi kecmişi təsdiqləməklə yanaşı, həm də bu yerlərdə dulusçuluq sənətinin qədim köklərinin olmasına əyani sübutdur. Bu qədim yaşayış sahəsinin yaxınlığında yerləşən və el arasında “qırmızı kərpiclik” deyilən, yaşayış yerinin xarabalıqları indiyədək qalır. Aparılan araşdırmalar zamani ərazidə torpağın üst qatında dəmirçi emalatxanasının qalıqlarının, müxtəlif saxsı parçalarının, qırmızı kərpicdən tikilmiş evlərin qalıqlarının və bəzək əşyalarının üzə cıxması bu ərazinin qədimliyinin göstəriciliərindəndir. Bu isə həm də bizlərə əhalinin qədimdə sənətkarlığın hansı növü ilə daha çox məşğul olduğu barədə qiymətli məlumat verir.
Bütün bunlardan əlavə, səhih faktlarla məlumdur ki, müxtəlif zamanlarda Salyandan Ərdəbilə, Təbrizə , Dərbəndə və başqa şəhərlərə balıq, kürü, Babazənən dağı yaxınlığından çıxarılan neft və duz ixrac olunurdu.
İqtisadi inkişafı ilə əlaqədar bölgənin maarif və mədəni mərkəzklərindən olan Salyanda həm də yerli sakinlər arasında xalq sənətinin- xalçaçılıq, papaqçılıq, daş üzərində oyma, zərgərlik, ağac üzərində oyma, dəmirçilik kimi növləri də geniş yayıldığı məlumdur.

       Arxeoloji abidələr

       Salyan rayonu ərazisində günümüzə qədər gəlib çıxan ölkə əhəmiyyətli 7 arxeoloji, 11 yerli əhəmiyyətli abidələr mövcuddur. Bu maddi mədəniyyət nümunələri tarixi kecmişimizə güzgü salmaqla ərazinin necə qədim olmasını və ulularımızın hansı şəraitdə yaşamasından xəbər verən qiymətli tapıntılardır.

       Ölkə əhəmiyyətli arxeoloji abidələri

       Birinci Babazanlı yaşayış yeri (e.ə.birinci minillik), Marışlı yaşayış yeri (XI-XV əsrlər), Marışlı nekropolu (e.ə II minillik) , Kürsəngi küp qəbirləri nekropolu (e.ə II –e. III əsrlər), Mahmudabad yaşayış yeri, Mahmudabad küp qəbirləri nekropolu (I-II əsrlər), Noxudlu yaşayış yeri (e.ə II minillik).

       Yerli əhəmiyyətli arxeoloji abidələr

       Salyan yaşayış yeri (orta əsrlər) , II Babazanlı yaşayış yeri (orta əsrlər), Qırxçıraq yaşayış yeri (orta əsrlər), Yuxarı Xalac yaşayış yeri (orta əsrlər), Bəndovan yaşayış yeri (orta əsrlər), Xurşud yaşayış yeri (orta əsrlər), Xurşud nekropolu (orta əsrlər), Arbatan yaşayış yeri (orta əsrlər), Şorsulu nekropolu (orta əsrlər), Bəydili yaşayış yeri (orta əsrlər), Qarabağlı yaşayış yeri (orta əsrlər).

       Ermənilərin törətdiyi mart qırğınları

       Salyanın sinəsinə çəkilən dağ

       1918-ci ilin martında Bakıda dinc əhaliyə olmazın divan tutan erməni daşnakları ardınca çırkin əməllərinin Bakı ətrafı ərazilərdə davam etdirdilər. Dəniz yolu ilə Kür çayının mənsəbinə gəlib çıxan erməni-bolşevik quldur dəstələri o vaxtkı Salyan qəzasında, indiki Salyan və Neftçala rayonlarının ərazisində insan ağlına sığmayan cinayətlər törətdilər. Hər tərəfli silahlanan erməni vəhşiləri çay boyunca irəliləyərək qarşılarına çıxan yaşayış məntəqələrinin dinc sakinlərinə ağır işgəncələr verərək qətlə yetiriblər. Körpə və ahıl yaşlı insanları süngüyə keçirərək alovda yandırıblar. Bir qisim insanlarınsa bellərinə qaynar samovarları bağlayaraq əzabla ölməsinə şahidlik ediblər. Qadınların döşlərini kəsən Şaumyanın başcılıq etdiyi bu qan içən ermənilər azərbaycanlıların bir dəfəlik kökünü kəsmək məqsədilə hamilə qadınların qarınlarını yırtıb hələ dünyaya gəlməyən üşaqları belə vəhşiliklə öldürüblər. İndiki Salyan şəhərinə qədər irəliləyə bilən ermənilər evləri də yandırıb, keçdikləri yerlərdə soyğunçuluq törədiblər. Qorxuya düşən sakinlər qaçıb “Mırovdağ” adlanan ərazidə gizlənsələr də ermənilər dağa sığınan insanların yerini aşkarlayıb burada da onlara divan tutublar. O qanlı tarixin nişanələri (kütləv öldürülmüş insanların sümükləri) bu gündə həmən ərazidə qalmaqdadır. Ermənilərin bu ərazidə həyata keçirdiyi qətliamlar tarixi sənədlərdə də əksini tapıb. “Belə ki “ Azərbaycan ” qəzetinin 3 noyabr 29 saylı nömrəsində Mərkəzi Kaspi Diktaturasının üzvü Leymleyn Kaspi Donanmasının baş komandanı Xaçikova təqdim etdiyi rus dilindən tərcümədə “Ərzi-hal ” adlı məxfi sənəd çap edilir. O zaman şəhər polis dairəsində saxlanılan sənədi qəzetin əməkdaşı Məhəmməd Sadiq polis müfəttişi Bahəddin bəydən əldə edibmiş. Məxfi sənəddə əsasən törətdikləri qırğınlar və Salyan qəzasında məğlub olmalarının səbəbləri təfsilatı ilə acıqlanıbmış. Sənəddə qeyd olunub ki, Kür çayının aşağı hissələrini nəzarətdə saxlamaq məqsədilə təpədən dırnağadək silahlanan daşnaqlar 1918 ci ilin iyun ayında hərbi sursatla dolu 6 hərbi gəmilərlə (“Krasnavodsk”, “Yelets”, “İraq”, “Bakintes”, “Salyanets” və “Demosfen”) su yolu vasitəsi ilə Salyan qəzasına soxulurlar. Sənəd də göstərilir ki, gəmilərdə 900 silahlı əsgər olub, bunlar ruslardan təşkil olunmuş dənizçilər, makinalı tüfəngçilər (pulemyotçular) və silahlı erməni əsgərləri idi. İri silahlara gəlincə isə cinayətkar dəstə də 4 ədəd iri çaplı top, 14 ədəd makinalı tüfəngləri var imiş. Təkcə bir faktla daşnaqların Salyan qəzasında törətdiyi qırğınların miqyasını acıq aydın göstərmək olar. Belə ki özləri ilə gətirdikləri 800 top mərmisinin 700 ədədi bu ərazilərə atıb dağıntı və qətllər törədiblər. ” Hazırda unikal və tarixi əhəmiyyətli qəzet nümunəsi Neftçala rayon Tarix Diyarşünaslıq Muzeyində qorunur. Digər məlumatlara görə daşnaklara Kür çayında üzən 2 hərb gəmisi və bir nəqliyyat gəmisi də yardım edib.

       Ermənilər üzərində qələbə

       O zaman bu qaniçən vəhşilərin qarşısını Ağa Mirbağır ağanın, Ağa Mirəşrəf ağanın başcılıq etdiyi yerli əhalidən təşkil olunan kiçik dəstələr, həmçinin Qaçaq Usubun və Nuru Paşanın komandanlığı ilə azərbaycanlıların köməyinə gələn Qafqaz İslam Ordusunun türk əsgərləri ala biliblər. 15 gün davam edən qızğın döyüşlərdən sonra Şaumyanın silahlı dəstəsi zərərsizləşdirilib. Ağır və şanlı döyüşdə yerli əhaliylə yanaşı türk əsgər və zabitlərindən bir neçəsi şəhid oldular. Neftçala rayonunun Bankə və Salyan şəhər qəbiristanlıqlarında dəfn olunmuş bu türk şəhidlərinin məzarları indidə əhalinin inanc yeridir. Qeyd edək ki, türkləri Salyan qəzasına salyanlı sahibkar İmamverdi şəxsi gəmisi ilə gətiribmiş. Qələbənin qazanılmasında digər salyanlıların; Molla Əbülhəsən, Molla Məhəmməd, Molla Ramazan, Molla Hüseyn, Kərbəlayı Rəşid, Qəhrəman, Pilağa Hacı Səməd oğlu, Miraslan , Qaranquş Əsəd, Qəssab Qubad, Ələkbər, Kərbəlayı Cahangir, Dadaş, Qaragöz Məhəmməd Hüseyn, Qubad, Faytonçu Əsgər, Uruf, Ağakişi Nağıyev, Əli bəy, Mirzəli, Qulam və s, xüsusən Azərbaycan hərb tarixində müstəsna iz qoyan Sultan Hüseynzadə, könüllülərin türk ordusuna cəlb olunmasında böyük fədakarlıqlar göstərmiş Sərxan Şirvanlı və döyüşlərdə türklərə bələdçilik edən Ağapaşa böyük şücaət göstəriblər.

Milli Qəhrəmanlar

S/S

Soyadı, adı, atasının adı

Ünvan

Təvəllüdü

Dəfn olunduğu tarix

Hərbi vəzifəsi

1

Babayev Nazim Abbas

 

YeniUluxanlıkəndi

07.02.1975

17.03.1995

Əsgər

 

Vətən Müharibəsi Qəhrəmanları

 

S/S

Soyadı, adı, atasının adı

Ünvan

Təvəllüdü

Dəfn olunduğu tarix

Hərbi vəzifəsi

1

Cəbrayılov Sübhan Rahim

Marışlı kəndi

23.10.1983

23.10.2020

Baş Gizir

 

 

20 Yavar şəhidləri

 

 

S/S

Soyadı, adı, atasının adı

Ünvan

Təvəllüdü

Dəfn olunduğu tarix

Vəzifəsi

1

İmanov Elçin Beydulla

Salyan şəhəri 28 May küçəsi ev 50

12.08.1967

20.01.1990

ATU-nin

 4-cü kurs tələbəsi

 

Salyan rayonu üzrə II Qarabağ müharibəsi döyüşlərində həlak olan şəhidlərin siyahısı

S/S

Soyadı, adı, atasının adı

Ünvan

Təvəllüdü

Dəfn olunduğu tarix

Hərbi vəzifəsi

Salyan şəhər ərazi dairəsi üzrə

1

Tağıyev Əli Rahil

Salyan şəhəri,

Nizami k.9

29.08.2001

03.10.2020

Əsgər

2

Mövsümov Səyyad Mübariz

Salyan şəhəri, A.Həsənov k. 63/2

05.11.2000

28.09.2020

MAHHXHQ

3

Novruzov Allahverdi Bəhram

Salyan şəhəri,

 Ə.Quliyev k. 7/28

17.05.1994

29.09.2020

Əsgər

4

Rzayev Əlirza Mehman

Salyan şəhəri, H.Məmmədov k.10

29.09.2000

30.09.2020

Əsgər

5

Salahov Sabir Hikmət

Salyan şəhəri, M.Quluzadə k.59

15.08.1999

06.10.2020

     MAHHXHQ

6

Quliyev Kamran Dadaş

Salyan şəhəri, B.Talıblı k.39

11.05.1992

06.10.2020

     MAHHXHQ

7

Balıyev Hüseynağa Salman

Salyan şəhəri,

20 Yanvar k. b.14,m.9

21.12.1987

10.10.2020

Mayor

8

Əhmədov Vidadi Murad

Salyan şəhəri, A.Hüseynov k.111

12.07.1979

12.10.2020

Mayor

9

İbrahimov Sultan Mikayıl

Salyan şəhəri Ə.Hüseynzadə k. 83

24.04.1996

24.10.2020

Gizir

10

Rüstəmov Arif Seymur

Salyan şəhəri S.Vurğun k.119

11.10.2001

27.10.2020

Əsgər

11

Axundov Əfqan Hüseyn

Salyan şəhəri Ə.Quliyev k.

ev.5, m.20

16.02.2000

29.10.2020

Əsgər

12

Zeynalov Müseyyib Saleh

Salyan şəhəri M.Quluzadə küç.110

27.01.1978

06.11.2020

Mayor

13

Qədirbəyli İnqilab Tofiq

Salyan şəhəri, Ə.Quliyev küçəsi  ev.14, m.21

10.03.1995

11.11.2020

Əsgər

14

Səfərov Coşqun Əhməd

Salyan şəhəri Ə.Quliyev küçəsi ev.14,m.6

02.05.1997

25.11.2020

Əsgər

15

Camalzadə Famil Hicran

Salyan şəhəri Y.Cəbrayılov küç.40

06.06..1995

07.12.2020

Əsgər

Şorsulu kənd ərazi dairəsi

1

Talıbzadə Ceyhun Aqil

Şorsulu kəndi

30.11.1994

22.10.2020

Əsgər

2

Abbasov Əvəz Mais

Şorsulu kəndi

02.01.2001

13.12.2020

   MAHHXHQ

Sarvan kənd ərazi dairəsi

1

İbrahimov Zamanət Gülhəsən

Sarvan kəndi

11.05.1989

28.09.2020

Gizir

2

Babayev Alməmməd Qərib

Sarvan kəndi

23.11.2000

29.09.2020

MAHHXHQ

3

İsmayılov Aslan Əvəz

Sarvan kəndi

01.06.1993

09.10.2020

Baş leytenant

4

İsmayılov Raqil Rafiq

Dayıkənd kəndi

16.08.1994

07.11.2020

Əsgər

5

Əzizov Sübhan Məmməd

Seyidlər kəndi

17.01.1999

07.11.2020

Əsgər

6

Əzizov Tacəddin Şahəddin

Sarvan kəndi

07.08.1994

14.11.2020

Əsgər

7

İsmayılov Cavad Asif

Sarvan kəndi

22.10.2001

18.12.2020

Əsgər

Qızılağac kənd ərazi dairəsi

1

Şıxəliyev Nurədddin Əfrəddin

Qızılağac kəndi

29.12.1997

07.11.2020

Əsgər

2

Nağıyev Nicat İbrahim

Qızılağac  kəndi

09.06.2001

07.12.2020

Əsgər

Marışlı kənd ərazi dairəsi üzrə

1

Rzazadə Murad Ağamməd

Marışlı kəndi

12.07.2002

15.10.2020

Əsgər

2

Cəbrayılov Sübhan Rahim

Marışlı kəndi

23.10.1983

23.10.2020

Baş Gizir

3

Qasımov Nurlan Vadər

Marışlı kəndi

25.06.1998

30.11.2020

Əsgər

Kürqaraqaşlı kənd ərazi dairəsi üzrə

1

Məmmədov Elmir Arzu

Xocalı kəndi

03.06.1999

27.09.2020

Əsgər

2

Kərimov Ağamoğlan Yusif

Xocalı kəndi

18.04.2002

22.10.2020

Əsgər

3

Əliyev Rəşad Əmiralı

Ərəbqardaşbəyli kəndi

17.04.1991

25.10.2020

Kapitan

4

Vəlizadə Anar Afət

Cəngan kəndi

03.07.1994

12.11.2020

MAHHXHQ

Çuxanlı kənd ərazi dairəsi üzrə

1

Şirinov Kamil Əliş

Çuxanlı kəndi

09.04.1991

29.09.2020

Kapitan

2

Əsədov Emil Balaqardaş

Çuxanlı kəndi

11.01.1998

09.11.2020

Leytenant

3

Ələkbərov Əlisahib Selman

Piratman Gəncəli kəndi

15.01.1994

18.11.2020

Baş leytenant

Xələc kənd ərazi dairəsi üzrə

1

Dadaşov Əjdər Pənah

Abad kəndi

12.11.1996

29.09.2020

MAHHXHQ,

2

Qaraxanov Səfa Yenişar

Xələc kəndi

22.02.1994

01.10.2020

    MAHHXHQ

3

Cavadov Ramin Emin

Xələc kəndi

19.04.2000

02.10.2020

    MAHHXHQ

4

Gülüşov Tərlan Salman

Abad kəndi

16.10.1994

22.10.2020

Baş leytenant

5

Mehdiyev Samir Valeh

Xələc kəndi

11.12.1990

23.10.2020

Kapitan

6

Cəfərov Vüsal Şəfi

Abad kəndi

16.01.1996

11.11.2020

MAHHXHQ

Qarabağlı kənd ərazi dairəsi üzrə

1

Daşdəmirov Elmar Seymur

Qarabağlı kəndi

23.11.2001

19.10.2020

Əsgər

2

Qasımov Elməddin Aqil

Salyan rayonu Təzəkənd kəndi

09.08.1999

30.10.2020

Əsgər

3

Mustafayev Samir Elşən

Qarabağlı kəndi

15.03.1995

07.11.2020

Əsgər

4

Şirəliyev Kənan Telman

Təzəkənd kəndi

03.02.2001

18.11.2020

Əsgər

5

Xanəliyev Albaba Elşən

Təzəkənd kəndi

22.01.2002

20.11.2020

Əsgər

Qaraçala qəsəbə dairəsi üzrə

1

Həsənov Kənan Elşad

Qaraçala qəsəbəsi

16.09.1997

11.10.2020

Əsgər

2

Bəndəliyev Ələkbər Qulu

Çadırlı kəndi

23.04.2001

12.10.2020

Əsgər

3

Kərimov Ayaz Azər

Çadırlı kəndi

12.02.2002

15.10.2020

Əsgər

4

Cəfərli Xəyal Xəlil

Qaraçala qəsəbəsi

15.07.1992

24.10.2020

Gizir

5

İmanov Bayrı Mirzə

Qaraçala qəsəbəsi

05.02.1996

11.11.2020

Əsgər

6

Zamanov Taleh Valeh

Qaraçala qəsəbəsi

07.04.2002

27.11.2020

Əsgər

7

İbrahimov Təbriz İsmayıl

Çadırlı kəndi

08.10.1992

18.05.2021

MAHHXHQ

Yolüstü kənd ərazi dairəsi üzrə

1

Hüseynov Bəhruz Yavər

Yolüstü kəndi

17.01.1994

20.10.2020

Əsgər

Varlı kənd ərazi dairəsi üzrə

1

Nəzərov Emin Zahir

II Varlı kəndi

20.02.1992

09.12.2020

   MAHHXHQ

Kürsəngi kənd ərazi dairəsi üzrə

1

Həmidov Əmrah Firavan

Kürsəngi kəndi

12.01.1997

05.10.2020

Kiçik Gizir

2

İmanov Səməndər İsaxan

Kürsəngi kəndi

20.03.1998

21.10.2020

Əsgər

Yenikənd kənd ərazi dairəsi üzrə

1

Nəcəfov İlkin Misir

Şəkərli kəndi

17.11.1989

18.10.2020

Kapitan

Həsənli kənd ərazi dairəsi üzrə

1

Bəşirov Rəhman Eyvaz

Həsənli kəndi

20.03.2002

27.11.2020

Əsgər

 

­­­­­­­­­­­­­­­­­­­ Salyan rayonu üzrə I Qarabağ müharibəsi döyüşlərində həlak olan və itkin düşən şəhidlərin siyahısı

 

S/s

Soyadı, adı, atasının adı

Ünvanı

Anadan olduğu

tarix

(gün,ay,il)

Şəhid olduğu tarix

(gün,ay,il)

Rütbəsi

 

­­­­­­­­­­­­Salyan şəhər ərazi dairəsi üzrə

1

Əhmədov Cəbrayıl Kamal

S.Vurğun 4

13.10.1962

29.06.1992

Leytenant,

2

Mədətov Bəxtiyar Kamal

20 Yanvar 11

01.01.1972

21.10.1992

Əsgər,

 

3

İsayev Vüqar Qalib

X.R.Ulutürk

17.09.1968

11.02.1993

Əsgər,

 

4

Xudaverdiyev Rəhman Qabil

S.Vurğun 115/12

17.07.1972

11.02.1993

Əsgər,

 

5

Təsəlliyev Aqil Böyükağa

T,Xəlilbəyli 139

02.02.1973

23.02.1993

Əsgər,

 

6

Əsgərov Mübariz Hilal

T.Xəlilbəyli 5/1

26.07.1972

13.07.1993

Əsgər,

7

Zamanov Əfqan Ağadadaş

Y.Zərgərli 167

05.07.1965

13.07.1993

Əsgər,

 

8

Yegənov Ceyhun Böyükkişi

20 Yanvar 1

07.01.1974

15.08.1993

Əsgər,

 

9

Həsənov Azər Cəmil

Babazanlı

09.02.1964

10.12.1993

Əsgər,

 

10

Novruzov Ziyafət Siyasət

M.Dadaşov 35

02.02.1975

22.01.1994

Əsgər,

 

11

Ağalarov Cəlal Mirkamal

Y.Zərgərli 195

20.03.1974

06.03.1994

Əsgər,

 

12

Hüseynov Elsevər Sabir

E.Hüseynov 24

17.06.1965

25.04.1994

B/leytenant,

 

13

Gözəlov Cəmil Saleh

20 Yanvar 23

10.06.1970

16.06.1994

Əsgər,

 

14

Yusifov Şahin Həsən

Q.İsmayılov 10

23.08.1967

28.01.1992

Əsgər,

15

Quliyev Fizuli Həsən

T.Davudzadə 6

16.03.1969

 --.02.1992

Əsgər,

16

Ağamalıyev Zaur Ağabəy

Ə.Kürçaylı-47

18.10.1973

01.04.1993

Əsgər,

 

17

Rəhimov Orxan Rəfail

H.Əliyev-26

06.10.1968

19.01.1994

Əsgər,

 

18

         Abbasov Rahib Rafiq

Ə.Zeynalov-23

18.04.1974

05.02.1993

Əsgər,

 

19

Səfərov Azər Sahib

Ə.Hüseynzadə-90

02.07.1972

27.07.1992

            Əsgər,            

20

Davudzadə Taleh Aslan

T.Davudzadə-16

08.08.1971

02.02.1994

Əsgər,

 

21

Məmmədov Əfqan Məmmədhəsən

A.Həsənov-20

20.10.1973

02.11.93

Əsgər,

 

22

Qurbanov Həbib Tahir

A.Həsənov-80

10.03.1975

11.02.1994

Əsgər,

 

23

Ağayev Vaqif Şəmsəli

A.Ağabəyov-4/23

22.02.1965

10.08.1993

Əsgər,

24

Nəsirov Fikrət Fədail

20 Yanvar-7/4

13.01.1961

13.07.1993

Əsgər,

25

Babayev Böyükkişi Həsənağa

E.İmanov-47

24.07.1956

14.08.1992

Əsgər,

 

26

Ibrahimov Natiq Bəhlul

20 Yanvar-277

23.04.1973

15.04.1992

Əsgər,

 

27

Məmmədov Xalıq Həbib

Y.Qasımov-4

19.04.1953

12.11.1993

Əsgər,

 

28

Qəfərov Yavər Müseyib

20 Yanvar-11/8

02.11.1958

17.06.1993

Əsgər,

 

29

Yarıyev Qənbər Temiş

C.Cabbarlı-28

06.12.1966

28.01.1992

Əsgər,

 

30

Axundov Fəxrəddin Mənəf

F.Axundov-12

06.08.1963

13.03.1993

Əsgər,

31

Əliyev Müşfiq Rizvan

20 Yanvar-272

17.03.1974

26.05.1993

Əsgər,

 

32

Abıyev Fizuli Ramiz

M..Rəsulzadə-45

05.10.1968

08.05.1992

Əsgər,

 

33

Qədirov Vahab Aslan

A.Ağazadə-34

11.11.1975

21.04.1994

Əsgər,

 

34

Mustafayev Telman Elman

T.Abdulrəhimov-5

28.12.1991

28.10.2010

 

35

Babayev Sadıq Ərəstun

Y.Zərgərli-46

11.10.1974

22.07.1993

Əsgər,

 

36

İsmayılov Murad Xudayar

C.Cabbarlı -13

15.02.1974

15.09.1992

Əsgər,

37

Ağayev Cəmaləddin Hilal

20 Yanvar-118

06.05.1950

25.04.1994

K/leytenant,

 

38

Babayev Elşən Əliheydər

A.Ağabəyov-4a/9

23.06.1972

02.01.1996

Əsgər,

39

Əsədov İlqar Cəmaləddin

Ə.Qasımzadə-22

11.05.1975

28.03.1994

Əsgər,

 

40

Xankişiyev Yasər Mirzə

Y.Xankişiyev-20

03.02.1975

14.01.1994

Əsgər,

41

Hüseynov Daməd Əvəzağa

Ə.Quliyev-2/53

19.09.1971

13.06.1993

Əsgər,

 

42

Qəhrəmanov Cahangir Baloğlan

Y.Zərgərli-65

05.11.1961

11.02.1993

Əsgər,

43

Ramazanov Mehman İbrahim

20 Yanvar-27

08.06.1969

13.07.1993

Əsgər,

 

44

Hüseynov Vüqar Ağabala

A.Ağabəyov-6/6

04.09.1973

19.03.1994

Əsgər,

 

45

Əliyev Mirzə Aftandil

İ.Quliyev-5/2

18.07.1973

10.03.1994

Əsgər,

46

Əsgərov Əsəd Əfsərağa

20 Yanvar-24

10.09.1961

13.07.1993

Əsgər,

47

Mustafayev Fariz Böyükkişi

Babazanan

14.02.1974

15.09.1992

Əsgər,

 

­­­­­­­­­­­­Çuxanlı ərazi dairəsi üzrə

1

Əliyev Əlimərdan

Ədalət

P.Gəncəli

21.11.1969

09.02.1993

Əsgər,

 

2

İbişov Seymur

Mirzağa

Çuxanlı

16.10.1974

11.05.1994

Sıravi,

 

3

Həmidov Ziyad

Rahil

Çuxanlı

18.04.1974

20.01.1992

Əsgər,

 

4

Qafarov Xilqət

Xoşbala

P.Gəncəli

01.08.1971

09.02.1993

Əsgər,

5

Ələkbərov Azər

Əlizadə

P.Gəncəli

27.07.1973

16.06.1993

Əsgər,

 

6

Məlikov Səfər

Əhədağa

P.Gəncəli

17.07.1961

04.01.1994

Sıravi,

 

7

Əliyev Seymur

Habil

P.Gəncəli

01.07.1975

19.05.1994

Əsgər,

 

­­­­­­­­­­­­Şorsulu ərazi dairəsi üzrə

1

Kərimov Aqil

Yadigar oğlu

Boranıkənd

15.12.1973

27.11.1992

Əsgər,

 

2

İsgəndərov Şərafət

Fədayi

Şorsulu

01.07.1961

11.01.1994

Sıravi,

 

3

Həsənov Abbas

Aydın

Şorsulu

30.07.1959

14.01.1994

            Əsgər,

 

4

Adışirinov İlham

Yaqub

Boranıkənd

03.12.1969

13.01.93

Əsgər,

 

5

Zeynalov Qabil

Gülağa

Boranıkənd

02.04.1968

15.02.1994

Əsgər,

 

6

İsmayilov Vüqar

Sərəncam

Boranıkənd

08.03.1973

26.01.1993

Əsgər,

 

7

Nağıyev Aləddin

Təşkilat

Şorsulu

01.11.1960

12.11.1994

Əsgər,

 

8

Qasımov Əli

Baloğlan

Boranıkənd

17.04.1967

09.02.1994

Əsgər,

 

9

Ağayev Mirzə

Ağahüseyn

Şorsulu

19.04.1975

28.01.1994

Əsgər,

 

10

Babayev Elçin

Siyasət

Şorsulu

06.09.1972

31.03.1993

Sıravi,

 

­­­­­­­­­­­­Sarvan  ərazi dairəsi üzrə

1

Səmədov Elnur Sakit

Sarvan

01.09.1973

08.10.1992

Sıravi,

 

2

İsmayılov Zahir Müseyib

Sarvan

01.05.1971

27.04.1994

Əsgər,

 

3

Əliyev Salman İsməmməd 

Sarvan

12.01.1969

24.12.1992

Əsgər,

 

4

Qaraşov Nail Cahangir

Sarvan

31.03.1973

11.02.1994

Əsgər,

 

5

Həsənov İsfəndiyar

Möhübbət 

Sarvan

23.01.1965

05.08.1992

Leytenant,

 

6

Nəzərov Elbrus Hafiz

Sarvan

19.05.1975

12.02.1994

Sıravi,

 

7

Rəsulov Zöhrab Yavər

Sarvan

07.12.1975

30.04.1994

Sıravi,

 

8

Abuşov Həsrəddin Abuş

Sarvan

17.01.1962

07.01.1994

Əsgər,

 

9

Nağıyev Arif Dadaş

Dayıkənd

01.01.1958

20.02.1994

K/leytenant,

 

10

Mehdiyev Zümrüd Fərzi

Sarvan

28.12.1960

07.01.1994

Sıravi,

 

11

Həsənov Elçin Ağası

Sarvan

20.09.1974

03.06.1993

Əsgər,

 

12

Səfərov Rufulla Əlisəfa

Sarvan

27.12.1973

15.10.1993

Sıravi,

 

­­­­­­­­­­­­Marışlı  ərazi dairəsi üzrə

1

Qəfərov Ramiz Nazim

Marışlı

01.05.1953

08.01.1994

B/leytenant,

 

2

Bağırov Qulam Alış

Marışlı

16.09.1969

16.04.1994

Əsgər,

3

Ağayev Zaur Əziz 

Marışlı

27.08.1979

25.11.1998

Əsgər,

 

4

Bağırov Ağalar Davud

Seyidsadıqlı

01.16.1973

21.08.1993

Əsgər,

 

5

Tağıyev Elşən Qubad 

Seyidsadıqlı

01.03.1971

05.01.1994

Əsgər,

           

6

Bağırov Nizami Səxavət

Seyidsadıqlı

07.05.1973

26.07.1993

Sravi,

 

7

Tağıyev Vaqif Səlim

Seyidsadıqlı

06.03.1958

09.02.1994

Sıravi,

 

8

Tağıyev Vahid Ağaqulu

Seyidsadıqlı

07.05.1967

03.02.1994

Sıravi,

 

9

Məmmədov Səftər

Əlihüseyn 

Seyidsadıqlı

04.08.1995

01.08.2014

Əsgər,

­­­­­­­­­­­­Qızılağac  ərazi dairəsi üzrə

1

Hüseynov Zahid Nadir

Quyçu

11.07.1973

04.07.1992

Sıravi,

 

2

Dadaşov Əkbər Alış

Qızılağac

13.07.1972

11.10.1992

Əsgər,

 

3

Fərəcov Ramiz Sabir 

Alçalı

29.06.1972

17.08.1992

Əsgər,

 

4

Nağıyev Elnur Şahbaz 

Qızılağac

15.02.1974

29.08.1995

Əsgər,

 

­­­­­­­­­­­­Arbatan ərazi dairəsi üzrə

1

Gözəlov Elçin Sərdar

Arbatan

06.04.1975

01.12.97

Sıravi,

 

2

Babayev Elsevər

Əfsərağa

Arbatan

02.09.1975

09.02.1994

Sıravi,

 

3

Hüseynov Yusif

Süleyman

Arbatan

01.05.1970

18.01.1993

Sıravi,

 

4

Əliyev Əli  Məmməd

Arbatan

21.06.1973

20.02.1993

Sıravi,

 

5

İsayev Raiq Elton

Arbatan

11.12.1982

14.01.2006

Gizir,

 

6

İsgəndərov İlham

Ağababa

Arbatan

15.10.1976

30.09.2002

b/leytenant

 

7

Babayev Abdulla Pilağa

Arbatan

14.08.1975

25.03.1994

Sıravi,

 

8

Əliyev Azər Əzizağa

 

Aşağı Kürkənd

03.07.1973

25.06.1992

Sıravi,

 

9

Mustafayev Fikrət Əliağa

Arbatan

07.02.1975

13.01.1994

Əsgər,

 

10

İsmaılov Loğman Akif

Xurşud

16.02.1973

16.01.1994

Sıravi,

 

11

Salmanov Mahir Sabir

Xurşud

06.03.1970

06.01.1994

Sıravi,

 

12

Əkbərov Ramin Nadir

Aşağı Kürkəndi

01.03.77

31.08.1998

Sıravi,

 

13

Qədirov Musa Əziz

Arbatan

17.08.1964

08.05.94

Sıravi,

 

­­­­­­­­­­­­Kürqaraqaşlı ərazi dairəsi üzrə

1

Zeynalov Maqsud

Əliqulu 

Kürqaraqaşlı

13.10.1959

30.05.1995

Əsgər,

 

2

Quliyev Rəfail

Qəhrəman 

Ərəbqardaşbəyli

03.06.1972

07.10.1992

Əsgər,

 

3

Nağıyev Yasər

Böyükkişi 

Kürqaraqaşlı

04.05.1974

18.09.1992

Əsgər,

 

4

Məlikov Əfqan

İldır  

Kürqaraqaşlı

02.04.1970

17.05.1993

Əsgər,

 

5

Əhmədov Azad

Ədalət

Cəngan

02.08.1974

06.01.1994

Əsgər,

 

­­­­­­­­­­­­Aşağı Noxudlu ərazi dairəsi üzrə

1

Əmənov İlham

Ağahüseyn

­­­­­­­­­­­­­­­­­­­Aşağı Noxudlu

11.10.1975

22.05.1994

Əsgər,

 

2

Orucov Zahid

Ağapaşa

­­­­­­­­­­­­­­­­­­­Aşağı Noxudlu

20.06.1969

19.01.1993

Əsgər,

 

3

Balayev Fuad

Adil

­­­­­­­­­­­­­­­­­­­Aşağı Noxudlu

14.03.1974

16.12.1992

Əsgər,

 

­­­­­­­­­­­­Parça Xələc ərazi dairəsi üzrə

1

Hüseynov Zahid

Rabil

Seyidan

13.11.1973

30.01.1994

Əsgər,

 

2

Səmədov Seymur

Atabala

Parça Xələc

10.10.1972

10.10.1992

Əsgər,

 

3

Qəhrəmanov İlham

İmran

Parça Xələc

09.05.1973

20.01.1994

Əsgər,

 

4

Mirzəyev  Araz

Hacağa

Parça Xələc

12.10.1971

12.02.1993

Əsgər,

 

­­­­­­­­­­­­Yenikənd ərazi dairəsi üzrə

1

Əsgərov Gülağa Bayrış

Yenikənd

15.01.1970

22.01.1993

Əsgər,

 

2

Canıyev Səxavət

 Xanış

Yenikənd

20.01.1964

--.01.1993

Leytenant,

 

3

Əliyev Rafiq Mirzəbala

Yenikənd

23.03.1966

25.07.1994

Əsgər,

 

4

Həsənov Tofiq Səfər

Yenikənd

15.01.1957

08.01.1994

Leytenant,

 

5

Cavadov Əliheydər

Ələşrəf

Yenikənd

02.08.1962

14.02.1994

Əsgər,

6

Hüseynov Dilqəm

Dostalı

Yenikənd

02.04.1963

16.01.1994

Əsgər

 

7

Heydərov Elçin

Alməmməd

Şəkərli

21.06.1969

05.03.1994

Əsgər,

 

8

Tağıyev Taleh

Musa

Şəkərli

10.05.1985

20.08.2014

Kapitan,

 

­­­­­­­­­­­­Həsənli ərazi dairəsi üzrə

1

Mahmudov Natiq

Müseyb

Həsənli

30.04.1974

07.09.1996

Əsgər,

 

2

Talıbov Niyaməddin

Nüsrət

Qardili

10.06.1975

09.05.1994

Əsgər,

 

3

Surxayev Zaur İbrahim

Həsənli

16.04.1976

31.11.1996

Əsgər,

4

Cəfərov Salman

Tarverdi

Qardili

07.03.1965

15.06.1993

Əsgər,

 

5

Əliyev Cəsur

Saleh

Həsənli

08.11.1972

14.08.1992

Sıravi,

 

6

Əsgərov Əjdər Məcnun

Həsənli

27.01.1974

15.07.92

Əsgər,

 

7

Şiriyev Qoşqar

Şəmsəddin

Həsənli

07.11.1978

02.01.2000

Əsgər,

 

8

Səfərov Ceyhun Bahadır

Qardili

11.05.1978

05.03.2008

Kapitan,

9

Əliyev Bəxtiyar Sabir

Həsənli

27.10.1968

27.04.1994

Əsgər,

 

­­­­­­­­­­­­Xələc ərazi dairəsi üzrə

1

Əmrəliyev Əli Zülfəli

Xələc

22.08.1973

28.01.1994

Əsgər,

 

2

Ibrahimov İlqar İbrahim

Abadkənd

12.07.1975

11.01.1994

Əsgər,

 

3

Şirinov Təhməz Seyfəli

Xələc

29.10.1957

21.10.1992

Əsgər,

 

4

Cəbiyev Osman

Qardaşəli oğlu

Abadkənd

26.06.1970

13.06.1993

Əsgər,

 

5

Əliyev Xeyrəddin

Ələddin

Xələc

01.03.1975

21.04.1994

Əsgər,

 

6

Kərimov Vüqar Kamran

Xələc

06.07.1975

24.03.1994

Əsgər,

 

7

Qaraxanov Nəsimi

Siyasət

Xələc

05.06.1967

06.03.1994

Zabit,

 

8

Əliyev Hicran Ələddin

Xələc

27.03.1973

11.02.1994

Əsgər,

 

9

Mehdiyev Rəşid Rövşən

Xələc

26.07.1990

05.04.2016

b/leytenant

 

­­­­­­­­­­­­Kərimbəyli ərazi dairəsi üzrə

1

Tağıyev Elçin

Tofiq

Kərimbəyli

02.04.1975

26.06.1993

Əsgər,

 

2

Süleymanov

Neymət Əli

Kərimbəyli

15.04.1975

16.01.1994

Əsgər,

 

3

İbayev Elşən

Abdulla

Kərimbəyli

19.01.1972

25.01.1994

Əsgər,

 

4

Mustafayev Eynulla

Əziz oğlu

Kərimbəyli

18.12.1958

06.01.1994

Əsgər,

 

­­­­­­­­­­­­Varlı ərazi dairəsi üzrə

1

Salahov İntiqam İsrafil

Peyk

09.05.1975

11.04.1994

Əsgər,

2

İsmayılov Maarif

Atakişi

Şirvan şəhəri

24.02.1964

20.04.1993

Baş leytenant,

­­­­­­­­­­­­Kürsəngi ərazi dairəsi üzrə

1

Mayılov Qarabala

Ağabala

Kürsəngi

16.07.1973

16.06.1993

Əsgər,

 

2

Atamoğlanov Əbülfət

Sabir

Kürsəngi

06.08.1964

31.08.1993

            Əsgər,

 

­­­­­­­­­­­­Xıdırlı ərazi dairəsi üzrə

1

Kərimov Fuad

Allahverən

Xıdırlı

22.05.1974

23.02.1993

             Əsgər,

 

2

Muradov Aqşin Atamalı

Xıdırlı

13.10.1968

14.12.1993

Əsgər,

 

3

Mayılov Bəhram Mayıl

Xıdırlı

20.01.1964

27.01.1994

Əsgər,

 

4

Gözəlov Kamal Yaylağəli

Xıdırlı

01.02.1959

09.01.1994

Əsgər,

 

5

Muradov Qürbət

Mehbala

Xıdırlı

17.02.1958

11.01.1994

Əsgər,

 

­­­­­­­­­­­­Yolüstü ərazi dairəsi üzrə

1

İsmayılov Maqsud

Hətəm

Yolüstü

02.09.1964

24.06.1992

Əsgər,

 

2

Əsgərov Yusif Cavad

Yolüstü

25.04.1975

12.01.1994

Əsgər,

 

3

Süleymanov Elşən

Ziyəddin

Yolüstü

02.06.1973

07.02.1993

Əsgər,

 

4

Qənbərov Feyruz

Hidayət

Yeni Uluxanlı

14.10.1962

16.01.1994

Əsgər,

 

5

Nəcəfov Əliağa Kamo

Yeni Uluxanlı

11.07.1955

14.04.1994

Əsgər,

 

6

Qurbanov Siyavuş

Sabir

Yeni Uluxanlı

22.07.1966

29.07.1993

Əsgər,

 

7

İbrahimov Ramiz Əvəz

Düzənlik

01.09.1965

23.06.1993

Əsgər,

 

­­­­­­­­­­­­Qaraçala ərazi dairəsi üzrə

1

Xəlilov Elçin Nuhbala

Bəşirbəyli

12.06.1967

23.07.1993

Əsgər,

 

2

Abdullayev Abbas Xandədə

Bəşirbəyli

13.12.1973

27.11.1992

Əsgər,

 

3

Ağayev Fizuli Əkbər

Pambıqkənd

30.10.1963

07.01.1994

Əsgər,

 

4

Abdullayev İlham Bayram

Pambıqkənd

28.03.1975

08.04.1995

Əsgər,

 

5

Quliyev Qənbər Teymur

Qaraçala

15.03.1975

15.01.1994

Əsgər,

 

6

Hüseynov Vaqif Sadıq

Pambıqkənd

22.05.1975

24.01.1994

Əsgər,

 

7

Eyvazov Qubad Mehti

Qaraçala

20.06.1972

21.04.1994

Əsgər,

 

8

İbadov Azad Həci

Pambıqkənd

09.02.1968

14.06.1992

Əsgər,

 

9

Mikayılov Fərəməz Şəmi

Qaraçala

23.08.1963

22.01.1994

Əsgər,

 

10

Məmmədov Cəlal Sədi

Qaraçala

08.04.1974

05.07.1993

Əsgər,

 

11

Talıbov Teyyub Güloğlan

Qaraçala

25.11.1977

12.06.1997

Əsgər,

 

12

Əhmədov Coşqun Valeh

Qaraçala

06.04.1982

10.08.2001

Əsgər,

 

13

Həmzəyev Kərəm Barı

Çadırlı

01.01.1964

28.12.1993

Əsgər,

 

14

Qasımov Müşviq Əlif

Bəşirbəyli

20.06.1970

20.06.1994

Əsgər,

 

15

Rüstəmov Adil

Mirzəhəsən

Pambıqkənd

18.11.1969

09.02.1994

Əsgər,

 

16

Yaqubov Zülfüqar Əli

Pambıqkənd

01.08.1974

09.02.1994

Əsgər,

 

17

Rzayev Elman Fərrux

Çadırlı

29.12.1973

03.01.1993

Əsgər,

 

­­­­­­­­­­­­Qarabağlı ərazi dairəsi üzrə

1

Allahverənov Rövşən Məmməd

Qarabağlı

13.06.1972

07.05.1994

Sıravi,

 

2

Ağayev İslam Tapdıq

Təzəkənd

11.08.1966

08.05.1994

Əsgər,

 

3

Mirzəyev Arif İnşallah

Qarabağlı

08.03.1975

11.02.1994

Əsgər,

 

4

Soltanov Xosrov Qabil

Qarabağlı

02.02.1970

01.02.1994

Əsgər,

 

5

Həsənov Vidadi

Fərəhman

Qarabağlı

20.12.1975

18.05.1994

Əsgər,

 

6

Piriyev Oktay Məzahim

Təzəkənd

17.08.1968

18.04.1994

Əsgər,

 

7

İsayev İlham Ağaverdi

Qarabağlı

09.03.1970

16.06.1993

Sıravi,

 

8

Muradov Faiq Valeh

Qarabağlı

22.01.1982

10.10.2000

Əsgər,

 

9

Baxşıyev Xəlilağa

Mehyəddin

Kolanı

03.01.1965

16.01.1994

Əsgər,

 

10

Ağayev Bəxtiyar Vaqif

Qarabağlı

04.07.1972

05.01.1993

Əsgər,

11

Hacıyev Təhsin Fikran

Qarabağlı

27.04.1973

31.08.1993

Əsgər,

 

12

Rəhimov Rəhim

Abdulkərim

Qarabağlı

23.02.1970

24.07.1993

Sıravi,

 

13

Səfərov Qulam Ədalət

Qarabağlı

08.07.1973

09.02.1994

Əsgər,

 

14

Xəlilov Nəsimi

Məmmədağa

Qarabağlı

09.09.1973

28.06.1992

Sıravi,

 

15

Həsənov Cəmil Hüseyn

Qarabağlı

23.12.1967

19.09.1992

Əsgər,

 

16

Şahbazov Zaur Əsgər

Təzəkənd

10.08.1975

01.02.1994

Əsgər,

 

17

Qubadov Vüqar Hicran

Təzəkənd

08.02.1973

19.09.1992

Əsgər,

18

Kərimov Elçin Nadir

Təzəkənd

21.11.1971

14.02.1994

Əsgər,

 

19

Şahbazov Həsən

Telman

Təzəkənd

02.01.1975

26.08.1993

Əsgər,

 

20

Nuriyev Taleh Gülxan

Kolanı

24.11.1985

02.05.2005

Əsgər,

21

Bayramov İmran

Allahverən

Təzəkənd

05.02.1962

22.01.1994

Əsgər,

 

22

Qurbanov Zaur

Balayar

Təzəkənd

27.06.1972

26.01.1994

Əsgər,

 

     Mühüm hadisələrin tarixi

       •  Salyana 1916-cı ildə şəhər statusu verilib.
       •  Salyan rayonu 08 avqust 1930-cu ildə yaradılıb.
      • Ulu Öndər Heydər Əliyev ilk dəfə rəhbər kimi Salyana 1969-cu ilin avqust ayında gəlib. O zaman rayonun Qaraçala qəsəbəsindəki 1№-li pambıqçılıq sovxozunda olub zəhmətkeşlərlə görüşüb.
      • 1972-ci ildə 2 ci dəfə Salyana təşrif buyuran milli lider Heydər Əliyev Q. Səmədov adına kolxozda, Plastik kütlə emalı zavodunda olub.
    • Dahi şəxsiyyət 1977-ci ilin iyul ayında “Yeni Muğan”, “Oktyabr”, “Bəşirabad” kolxozlarında və Təsərrüfatlararası mal-qara Kökəltmə birliyində olub.
     • Zəhmətkeşlərlə hər zaman yaxın olan 2 dəfə Sosialist Əmək Qəhrəmanı Heydər Əliyev 1981-ci ilin iyul ayında “Oktyabr”, M.F. Axundov, Frunze kolxozlarında, yeni nasos stansiyasının tikintisində və Rayon Tarix Diyarşünaslıq Muzeyində olub.
       • Azərbaycanın xilaskarı Heydər Əliyev 1998-ci ilin oktyabr ayının 1-də isə Azərbaycan Respublikası Prezidenti vəzifəsinə seçkiləri ərəfəsində Salyan, Neftçala, Hacıqabul rayonlarının və Şirvan şəhərinin seçiciləri ilə Salyan şəhərində görüşüb.
      • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2003-cü ilin sentyabr ayında Azərbaycan Respublikası Prezidentinin seçkiləri ərəfəsində Salyan rayonunun seçiciləri ilə görüşüb.
      • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2006-cı il avqust ayının 10-da Salyan rayonunda səfərdə olub. Səfər zamanı Ulu öndər Heydər Əliyevin abidəsinin və muzeyinin açılış mərasimində, gücü 220 meqovat olan Salyan yarımstansiyasının təməl qoyma mərasimində iştirak edib. Olimpiya Kompleksinin tikintisində, Rayon Mərkəzi Xəstəxanasında, Süd zavodunda gedən işlərlə də tanış olub.
     • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2008-ci il sentyabr ayının 7-də Salyan rayonuna səfəri zamanı Qardili kənd orta məktəbinin, Salyan Olimpiya kompleksinin açılış  mərasimlərində iştirak edib. Əsaslı təmirdən sonra istifadəyə verilən rayon Mərkəzi Xəstəxanasının açılış mərasimində qatılıb.
     • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2010-cu il aprel ayının 29-da Salyan rayonuna səfəri baş tutub. Bu zamanı cənab Prezident Ələt-Astara avtomobil yolunun 22 km-lik hissəsinin və 10700 tonluq Soyuducu Anbar Kompleksinin, eləcədə gücü 220 meqovat olan Salyan yarımstansiyasının açılış mərasimində iştirak edib. 2010-cu il 1 noyabrda təkrar gəlişi zamanı Kür çayının səviyyəsinin qalxması nəticəsində evləri ziyan çəkən vətəndaşlar üçün salınmış şəhərciyin açılışını etmişdir.
     • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2011-ci ilin aprel ayının 15 də Salyan rayonunda sakinlərlə görüşüb. Sakinlərin qayğıları ilə maraqlanan cənab Prezident rayonda gedən abadlıq quruculuq işləri ilə maraqlanıb, tövsiyə və tapşırıqlarını verib.
     • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 13 mart 2012-ci il tarixində Salyan rayonuna səfəri çərçivəsində əsaslı təmir və yenidənqurmadan sonra “Kür” mehmanxanasının istifadəyə verilməsi, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş Uşaqların Texniki Yaradıcılıq Mərkəzinin açılışı mərasimlərində iştirak etmiş, şəhərin mərkəzində 1865-ci ildə inşa edilmiş Cümə məscidinin əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə ilə tanış olmuş və Kürsəngi-Yolüstü avtomobil yolunun açılışı zamanı rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirmişdir.
     • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2013-cü il sentyabrın 4-də salyan rayonuna səfəri zamanı Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmiş,Salyan rayon İcra hakimiyyətinin inzibati binasının və Bayraq meydanında aparılan tikinti işləri ilə tanış olmuşdur.
     • Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 03 sentyabr 2016-cı il tarixində Salyan rayonuna səfəri çərçivəsində ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş, Salyan şəhərinə Şirvan-Muğan Magistral Su Kəmərindən çəkilmiş yeni içməli su xəttinin, Tarix-Diyarşünaslıq Muzeyinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının yeni inzibati binasının, Salyan-Babazənən körpüsünün, Ələt-Astara-İran ilə dövlət sərhədi avtomobil yolunun 31-54 kilometrlik hissəsinin açılışı tədbirlərində iştirak etmiş, Salyan şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşmüş, rayonun Kürsəngi kəndindəki pambıq sahələrinə baxmış və sahədə pambıqçılarla səmimi söhbət aparmışdır.
     * Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 sentyabr 2017-cı il tarixində Salyan rayonuna səfəri çərçivəsində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, yeni istifadəyə verilən “Qaraqaşlı” yarımstansiyasının, 2 saylı tam orta məktəbin yeni binasının, Bayraq Muzeyinin, Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun açılışlarında iştirak etmiş, Xıdırlı kəndində Dəniz suyunun duzsuzlaşdırılması kompleksinin fəaliyyəti ilə tanış olmuş və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşərək onlarla xatirə şəkli çəkdirmişdir.

 

Keçidlər