Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda ümümtəhsil məktəblərinin 9-cu sinif şagirdləri üçün yekun qiymətləndirmə imtahanı keçiriləcəkdir

08 iyun 2020 | 16:00

Dövlət İmtahan Mərkəzi tərəfindən  Salyan rayonunda ümümtəhsil məktəblərinin 9-cu sinif şagirdləri üçün yekun qiymətləndirmə imtahanı keçiriləcəkdir

     Dövlət İmtahan Mərkəzi tərəfindən  Salyan rayonunda ümümtəhsil məktəblərinin 9-cu sinif şagirdləri üçün yekun qiymətləndirmə imtahanı keçiriləcəkdir. Buraxılış imtahanlarının keçirilməsi nəzərdə tutulan məktəblərdə dezinfeksiya və təmizlik işləri aparılır. İmtahanlar 1 saylı humanitar və 7 saylı texniki fənlər təmayüllü məktəb-liseylərdə, İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada, 2 və 9 saylı şəhər, Kürsəngi və Qarabağlı-1 kənd tam orta məktəblərində keçiriləcəkdir.  Şagirdlərin imtahana buraxılış zamanı toplaşacağı  yerlərdə  2 metrlik ara məsafəsinin nişanları çəkilib. İmtahanlarda iştirak edəcək şagirdlərin tibbi maskalardan istifadəsi və qaydalara riayət etməsi mütləqdir.

 

 

Keçidlər