Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda faşizm üzərində qələbənin 75 illiyi münasibətilə 1941-1945- ci illər Böyük Vətən müharibəsi veteranları evlərində ziyarət edilmişdir

09 may 2020 | 16:00

       09 may 2020-ci il tarixində Salyan Rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının rəhbərləri faşizm üzərində qələbənin 75 illiyi münasibətilə 1941-1945 - ci illər Böyük Vətən müharibəsi veteranları olan Salyan şəhər sakini Rzayev Məhərrəm Murtuz oğlunun və Yeni Uluxanlı kənd sakini Bayramov Bayraməli Cəfər oğlunun evlərində olmuş, onlarla ətraflı və səmimi söhbət aparmış, problemləri ilə maraqlanmış və bayram münasibətilə onları təbrik etmişlər.

      Məlumat üçün bildiririk ki, ümumilikdə Salyan rayonundan 5726 nəfər 1941–1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş, onlardan 1516 nəfəri həlak olmuş, 3700 nəfəri itkin düşmüş, 510 nəfəri isə geri dönmüşdür. Bir nəfər - Məhərrəm Əkbər oğlu Dadaşov Sovet İttifaqı Qəhərəmanı adına layiq görülmüşdür.

Keçidlər