Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda qanvermə aksiyası keçirilib

05 may 2020 | 16:00

     05 may 2020-ci il tarixində Salyan rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü, Salyan Rayon İcra Hakimiyyətinin və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirilmişdir. Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejiminin tətbiq olunduğu müddətdə talassemiya və hemofiliya xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün keçirilən qanvermə aksiyasında rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyəti başçısı aparatının kollektivi, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, gənclər və rayon ictimaiyyətinin digər nümayəndələri iştirak etmişdir.

Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının həkim-hemotoloqları mərkəzi rayon xəstəxanasının tibb heyəti ilə birgə könüllü donorları müayinə etdikdən sonra onlardan qan götürüblər. Gün ərzində davam edən humanitar aksiya çərçivəsində onlarla könüllü donorlardan qan götürülüb. Toplanan qan nümunələri laboratoriyada müayinə olunduqdan sonra Qan Bankına təhvil veriləcəkdir.

Keçidlər