Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda dezinfeksiya işləri gündəlik olaraq davam etdirilir.

25 mart 2020 | 16:00

Salyan rayon İcra Hakimiyyəti yanında yaradılan qərərgahın iş planına uyğun olaraq xəstəliyə yoluxma hallarına yol verilməməsi və qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi üçün rayon ərazisində dezinfeksiya işləri mütəmadi olaraq davam etdirilir. Əməkdaşlar bu dəfə dezinfeksiya  tədbirlərini rayonun Qarabağlı kəndi ərazisində xüsusi dezinfeksiyavericilər tərəfindən həyata keçirmişlər. Koronavirus (COVİD -19) əleyhinə profilaktiki tədbirlər çərçivəsində həyata keçirilən dezinfeksiya işləri rayonun mərkəzində və ətraf kəndlərində bundan sonra da davam etdiriləcəkdir. 

 

Keçidlər