Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayon İcra Hakimiyətinin başçısı rayonun Seyidsadıqlı kəndində əhali ilə görüş keçirmişdir

03 sentyabr 2019 | 16:00

Salyan rayon İcra Hakimiyətinin başçısı rayonun Seyidsadıqlı  kəndində əhali ilə görüş keçirmişdir


3 sentyabr 2019-cu il tarixində Salyan rayon İcra Hakimiyətinin başçısı Sevindik Hətəmov rayonun Seyidsadıqlı kəndində əhali ilə görüş keçirmişdir. Görüşdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov Azərbaycan Respublikası Prezidentinin imzaladığı Fərman və Sərəncamlardan, vətəndaşların sosial rifahının yaxşılaşdırlması istiqamətində aparılan islahatlardan, rayon ərazisində həyata keçirilən əsaslı Infrastruktur layihələrdən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən ətraflı danışmışdır.
Görüşdə sakinlərin müraciət, təklif və rəyləri dinlənilmiş, izahatlar verilmiş, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurum və təşkilat rəhbərlərinə yerindəcə tapşırıqlar verilmiş və onların həlli nəzarətə götürülmüşdür.

Keçidlər