Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunun 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilmişdir.

15 may 2019 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezidentin nitqindən irəli gələn vəzifələrlə əlaqədar Salyan rayonunun 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilmişdir.


       15 may 2019-cu il tarixində Salyan rayon İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezidentin nitqindən irəli gələn vəzifələrlə əlaqədar Salyan rayonunun 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr barədə hesabat yığıncağı keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov 2019-cu ilin üç ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı geniş məruzə ilə çıxış etmişdir. Yığıncağda məruzə ətrafında çıxışlar olmuş, cənab Prezident İlham Əliyevin Salyana davamlı diqqəti və qayğısı sayəsində genişmiqyaslı quruculuq–abadlıq işlərinin icra edildiyini diqqətə çatdırılmış, bu ilin üç ayında rayonun sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş uğurları qeyd edilmişdir.

   Hesabat yığıncağının sonunda qərar qəbul edilmişdir.

Keçidlər