Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə bayram konserti keçirilmişdir

10 may 2019 | 16:00

Salyan rayonunda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə bayram konserti keçirilmişdir
    

10 may 2019-cu il tarixində Salyan rayonunda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə bayram konserti keçirilmişdir.
      Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların kollektivləri və rayon ictimaiyyəti iştirak etmişdir. Ümummilli Liderin əziz xatirəsi Salyan rayonunda həmişə ehtiramla yad olunur. Salyanın hərtərəfli inkişafında iqtisadi-mədəni mərkəzinə çevrilməsində dahi rəhbərin  əvəzsiz xidmətlərini heç vaxtı unutmayan salyanlılar bu gün Ulu Öndərin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqəti və qayğısı ilə rayonun sosial-iqtisadi və mədəni həyatında qazanılan parlaq nailiyyətlərlə fəxr edib qürur hissi keçirirlər. Respublikamızın və rayonumuzun tanınmış mədəniyyət və incəsənət ustaları tədbirdə geniş konsert proqramı ilə çıxış etmişlər. Bayram konserti möhtəşəm atəşfəşanliqla sona çatmışdır.

Keçidlər