Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda mini futbol üzrə rayon çempionatının açılış mərasimi keçirilmişdir.

02 may 2019 | 16:00

Salyan rayonunda mini futbol üzrə rayon çempionatının
açılış mərasimi keçirilmişdir.

02 may 2019-cu il tarixində Salyan Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edimiş idarə, müəssisə və təşkilatlar arasında mini futbol idman növü üzrə rayon çempionatının açılış mərasimi keçirilmişdir.
     Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Açılış mərasimində rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların və ictimaiyyətin nümayəndələri iştirak etmişdir. Çempionatda ilk olaraq rayon Polis şöbəsinin və “N” saylı Hərbi hissənin komandaları qarşılaşmış və 2:2 hesabı ilə nəticələnmişdir. Çempionat 10 may 2019-cu il tarixində başa çatacaqdır.

Keçidlər