Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunun ümumtəhsil məktəblərinin şagirdləri Quba-Qusar-Xaçmaz marşrutu üzrə 4 günlük ekskursiyaya yola düşmüşlər

23 mart 2019 | 16:00

Salyan rayonunun ümumtəhsil məktəblərinin şagirdləri Quba-Qusar-Xaçmaz marşrutu üzrə 4 günlük ekskursiyaya yola düşmüşlər

       23 mart 2019-cu il il tarixində Salyan rayonunun ümumtəhsil məktəblərinin 40 nəfər şagirdi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Ölkəmiz tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Quba-Qusar-Xaçmaz marşrutu üzrə 4 günlük ekskursiyaya yola düşmüşlər. Tur-aksiyanın iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtramla yad etmişlər. Rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, valideyn və müəllimlərin iştirak etdikləri yolasalma mərasimində rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək, ölkəmizdə yeniyetmə və gənclərin hərtərəfli inkişafı üçün yaradılmış şəraitdən, onlara göstərilən yüksək dövlət qayğısından bəhs etmiş, belə layihələrin yeniyetmə və gənclərin  dünyagörüşlərinin zənginləşməsində mühüm rol oynadığını vurğulamış, onlara bu aksiyada uğurlu yol və xoş istirahətlər arzulamışdır. Tur-aksiya iştirakçıları Heydər Əliyev Mərkəzində olmuş, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərə baxmış, sonra onlar üçün ayrılmış xüsusi avtobusla respublikamızın şimal bölgəsinə yola düşmüşlər.

 

Keçidlər