Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda mini futbol üzrə rayon çempionatının açılış mərasimi keçirilmişdir

02 may 2018 | 16:00

Salyan rayonunda mini futbol üzrə rayon çempionatının
açılış mərasimi keçirilmişdir


      02 may 2018-ci il tarixində Salyan Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edimiş idarə,müəssisə və təşkilatlar arasında mini futbol idman növü üzrə rayon çempionatının açılış mərasimi keçirilmişdir.
     Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Açılış mərasimində rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların və ictimaiyyətin nümayəndələri iştirak etmişdir.Çempionatda ilk olaraq FHN Muğan Regional Mərkəzinin və Salyan Olimpia İdman Kompleksinin komandaları qarşılaşmış, 5:0 hesabı ilə FHN Muğan Regional Mərkəzinin komandası qalib gəlmişdir.
        Çempionat 10 may 2018-ci il tarixində başa çatacaqdır.

 

Keçidlər