Şriftin ölçüsü :

Saytın rəngi :

Görkəmli oftalmoloq akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

27 aprel 2018 | 16:00

Görkəmli oftalmoloq akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

27 aprel 2018-ci il tarixində Salyan rayon Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
     Rayon İcra hakimiyyətinin başçısı cənab Sevindik Hətəmov tədbiri giriş sözü ilə açaraq akademik Zərifə xanım Əliyevanın öz parlaq fəaliyyəti ilə Azərbaycan tibb elminə əbədi həkk olunmuş şərəfli və mənalı bir ömür yaşadığını, onun elmin çətin yollarında inamla irəliləyərək oftalmologiyanın ən uca pillələrinə yüksəldiyini, çox məsuliyyətli, eyni zamanda ibrətamiz, nümunəvi bir həyat yolu keçdiyini vurğulamışdır.  Tədbirdə çıxış edənlər akademik Zərifə Əliyevanın zəngin ömür yolundan, pedaqoji fəaliyyətindən, tibb elminə verdiyi töhfələrdən danışmışlar.
     Tədbirdə Zərifə Əliyevanın həyat və fəaliyyətini əks edirən video-çarx nümayiş olunmuşdur.

Keçidlər