Şriftin ölçüsü :

Saytın rəngi :

1 noyabr – Azərbaycan Respublikası Kənd Təsərrüfatı İşçiləri günü münasibəti ilə tədbir keçirilmişdir

31 oktyabr 2017 | 16:00

1 noyabr – Azərbaycan Respublikası Kənd Təsərrüfatı
İşçiləri günü münasibəti ilə tədbir keçirilmişdir

 

      31 oktyabr  2017-ci il tarixində Salyan rayon İcra hakimiyyətində “1 noyabr – Azərbaycan Respublikası Kənd Təsərrüfatı İşçiləri günü” münasibətilə tədbir keçirilmişdir.         
     Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri qoymuşlar. Tədbir rayon İcra hakimiyyətinin konfrans zalında davam etdirilmişdir Tədbirdə kənd təsərrüfatı işçiləri, ictimaiyyətin nümayəndələri və ziyalılar iştirak etmişdir. Tədbirdə çıxış edən rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov son illər kənd təsərrüfatı sahəsində əldə edilmiş uğurlardan, qeyri neft sektorunun, o cümlədən kənd təsərrüfatının inkişaf etdirilməsi, yeni istehsal sahələrinin yaradılması istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır.
     Tədbirin yekununda  fərqlənmiş bir qrup kənd təsərrüfatı işçisinə mükafatlar verilmişdir.

Keçidlər