Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda “5 Oktyabr –Beynəlxalq müəllimlər günü” münasibətilə tədbir keçirilmişdir.

05 oktyabr 2017 | 16:00

Salyan rayonunda “5 Oktyabr –Beynəlxalq müəllimlər günü”
münasibətilə tədbir keçirilmişdir.

     05 oktyabr 2017-ci iltarixindəSalyan şəhər 2 saylı tam orta məktəbdə “5 Oktyabr –Beynəlxalq müəllimlər günü” münasibətilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət etmiş, abidə önünə gül-çiçək dəstələri düzmüşlər. Tədbirdə Milli Məclisin deputatı Əliağa Hüseynov, rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov,  hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil işçiləri iştirak etmişdir. 
     Rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov əlamətdar gün münasibətilə müəllimləri təbrik edərək, onlara şərəfli peşə fəaliyyətlərində uğurlar arzulamışdır. Tədbirdə çıxış edənlər Azərbaycan təhsilinə göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər. Sonda təhsil sahəsindəki səmərəli pedaqoji fəaliyyətlərinə görə rayonun bir qrup qabaqcıl təhsil işçisinə qiymətli hədiyyələr təqdim olunmuşdur.
     Tədbirdən sonra rayon İcra hakimiyyətinin başçısı təqaüddə olan bir qrup müəllimlərlə görüşərək onların məişət qayğıları ilə maraqlanmışdır.

 

 

 

 

Keçidlər