Şriftin ölçüsü :

Saytın rəngi :

01 avqust 2017-ci il tarixində Salyan rayon İcra hakimiyyətində Respublikanın müxtəlif ali təhsil ocaqlarında təhsil alan bir qrup tələbə və rayon gəncləri ilə rayon İcra hakimiyyəti başçısının görüşü keçirilmişdir.

01 avqust 2017 | 16:00

Görüşdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, Respublikanın müxtəlif ali təhsil ocaqlarında təhsil alan bir qrup tələbə və rayon gəncləri, bu il tələbə adını qazanmış məzunlar iştirak etmişdir. Görüşdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək dövlətin gənclər siyasətindən, gənclərə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söz açmış, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin  bu gün möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilməsindən ətraflı danışmışdır. Maraqlı diskussiya şəraitində keçən görüşdə rayon rəhbəri gənclərin arzu və  təkliflərini dinləmiş, gənclərə biliklərə dərindən yiyələnməyi, dövlətçiliyə, Vətənə sadiq vətəndaş olmağı tövsiyə etmişdir.
Sonda çıxış edən gənclər göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə öz dərin  minnətdarlıqlarını bildirmişlər.

Keçidlər