Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayon Heydər Əliyev Mərkəzində “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş bayram tədbiri keçirilmişdir.

01 iyun 2017 | 16:00

01 iyun 2017-ci il tarixində  Salyan rayon Heydər Əliyev Mərkəzində “1 İyun–Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş bayram tədbiri keçirilmişdir.
Tədbir iştirakçıları uşaqların əl işlərindən hazırlanmış sərgiyə baxış keçirmişlər. Tədbir uşaqların ifasında hazırlanmış konsert proqramı ilə davam etmiş və iyun ayının 1-də ad günü olan uşaqlara rayon İcra hakimiyyətinin başçısı tərəfindən hədiyyələr verilmişdir.
Tədbirdə rayon İcra hakimiyyətinin başçısı S.Hətəmov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ziyalılar, ictimaiyyətin nümayəndələri, məktəbəqədər və məktəbyaşlı uşaqlar iştirak etmişdir.

Keçidlər