Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayonunda Ümummilli Liderin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilmişdir

10 may 2017 | 16:00

10 may 2017-ci il tarixində Salyan rayon Heydər Əliyev adına Parkda Ümummilli Liderin anadan olmasının 94-cü ildönümü münasibətilə tədbir keçirilmişdir.
Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri,  idarə, müəssisə, təşkilatların və rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndərin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtramla yad etmişlər.Tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin çoxşaxəli həyat və fəaliyyətini əks etdirən foto-stendlərə, eksponantlara, məktəblilərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirmişlər.
Tədbir rayonda ağacəkmə kompaniyası ilə davam etdirilmişdir. Ekoloji tarazlığın qorunması məqsədi ilə keçirilən aksiya zamanı rayonun Kürətrafı ərazilərində, Ələt-Astara magistral avtomobil yolunun kənarında, qəsəbə və kəndlərdə, ümumilikdə 4900 ədəd olmaqla Eldar şamı, çinar, söyüd, nar, zeytun və digər ağaclar əkilmişdir.

Keçidlər