Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Salyan rayon təşkilatının inzibati binasında Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü il dönümünə həsr edilmiş tədbir keçirilmişdir.

21 noyabr 2016 | 16:00

    21 noyabr 2016-cı il tarixdə YAP Salyan rayon təşkilatının inzibati binasında Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü il dönümünə həsr edilmiş tədbir keçirilmişdir.
    Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin  abidəsi önünə gül-çiçək dəstələri qoyaraq, xatirəsini ehtiramla yad ediblər.Tədbirdə, ərazi partiya təşkilatlarının sədrləri, şura üzvləri, partiya fəalları, idarə heyətinin üzvləri iştirak etmişlər.
   Rayon İcra Hakimiyyətinin başçısı S.Hətəmov tədbirdə çıxış edərək YAP-ın Azərbaycanın aparıcı siyasi qüvvəsi oluğunu qeyd edərək onun yaradılmasını tarixi zərurətdən doğmuş böyük tarixi hadisə kimi dəyərləndirmiş, güclü siyasi partiya kimi özünü təsdiqləməsini dövlətimizin başçısının yüksək liderlik keyfiyyətləri, böyük səriştəsi və zəngin təcrübəsi ilə şərtləndiyini bildirmişdir.
   Tədbirdə YAP sıralarına yeni qəbul olunmuş bir qrup gəncə partiyanın üzvlük vəsiqələri təqdim olunmuşdur.

Keçidlər