Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda “1 Noyabr – Kənd təsərrüfatı işçilərinin peşə bayramı günü” münasibətilə tədbir keçirilmişdir.

01 noyabr 2016 | 16:00

      1 Noyabr 2016-cı il tarixində rayon İcra hakimiyyətində “1 Noyabr – Kənd təsərrüfatı işçilərinin peşə bayramı günü” münasibətilə tədbir keçirilmişdir. Tədbir iştirakçıları öncə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər. Tədbir rayon İcra hakimiyyətində davam etdirilmişdir. Yığıncaqda rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış etmiş, kənd təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik etmişdir. Tədbirdə çıxış edənlər son ollər kənd təsərrüfatı sahəsində görülmüş işlərə və qazanılmış uğurlara görə ölkəmizin Prezidenti cənab İlham Əliyevə  öz dərin minnətdarlıqlarını bildirmişlər.Sonda rayonun bir qrup qabaqcıl kənd təsərrüfatı işçisi rayon İcra hakimiyyətinin başçısı tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Keçidlər