Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda xalq şairi Xəlil Rza Ulutürkün anım günü ilə əlaqədar tədbir keçirilmişdir

22 iyun 2016 | 16:00
Rayonda“Ata-oğul” xatirə kompleksinin qarşısında xalq şairi Xəlil Rza Ulutürkün anım günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdən öncə rayon İcra hakimiyyətinin başçısı, idarə, müəssisə və təşkilatlar, ziyalılar və ictimaiyyət nümayəndələri istiqlal şairi Xəlil Rza Ulutürkün və onun oğlu – Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş Milli Qəhrəman Təbriz Xəlilbəylinin abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək şairin həyat və fəaliyyəti haqqında danışmış, onun müstəqilliyi, azadlığı tərənnüm edən əbədiyaşar şerlərinin bu gün də oxucular tərəfindən rəğbətlə qarşılandığını və gənclərimizin hərbi-vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını qeyd etmişdir.
Keçidlər