Qələbə qəzeti haqqında
«Qələbə» qəzeti haqqında məlumat
Salyan rayon İcra Hakimiyyətinin və qəzetin jurnalist kollektivinin təsisçiləri olduğu «Qələbə» qəzetinin ilk nömrəsi 1924-cü il fevralın 21-də çapdan çıxmışdır. Qəzet A-3 formatında Azərbaycan və rus dillərində – «Qırmızı Muğan» (Krasnıy Muqan) adı ilə Salyan qəza partiya komitəsinin orqanı kimi nəşrə başlamışdır.
Ötən 97 il müddətində qəzetin 8.595 nömrəsi çapdan çıxmışdır. İlk nömrəsi Salyan şəhərindəki Ə.Hüseynzadə adına tarix-diyarşünaslıq muzeyində saxlanılan qəzetin ilk redaktoru Salyan qəza partiya komitəsinin katibi Andrey Novoxatski olub.
Qəzet 1930-cu ildən 1962-ci ilə qədər «Sosializm yolu», 1962-1965-ci illərdə «Məhsul», 1965-1992-ci illərdə «Qələbə», 1992-1993-cü illərdə «Günaydın», 1994-cü ilin yanvarından isə yenə də «Qələbə» adı ilə çıxmaqla rayonun iqtisadi-sosial, mədəni həyatının salnaməsini yaratmaqdadır.
97 il müddətində qəzetə 11 redaktor rəhbərlik edib. Novoxatskidən sonra qəzetin sükanı arxasında dayanan Tağı Məmmədov, Şirinbala Süleymanov, Əfsərağa Məmmədov, Sahib Səfərov, Səfər Səfərov, Mahmud Ağalarov, Məhəmməd Xəlilbəyli, Akif Quliyev, Fərqanə Cəbrayılova öz vəzifələrinin lazımi səviyyədə yerinə yetirilməsində səylərini əsirgəməmişlər. Onların bir çoxu dövlət təltiflərinə layiq görülmüş, fəxri adlar almışlar. 2005-ci ildən qəzetin baş redaktoru jurnalist, “Tərəqqi” medallı, “Ali Media” mükafatı laureatı Rüstəm Sadıqoğlu Məlikovdur.
«Qələbə» qəzetinin səhifələrində Xalq şairi X.R.Ulutürk, Əliağa Kürçaylı, Ağacavad Əlizadə, Aşıq Pənah Pənahov, Oqtay Rza, artıq respublikamızda tanınmış jurnalistlərdən Vaqif Əliyev, Əlövsət Bəşirov, Ziyafət Babayev, Səxavət Qarayev, Əliqismət Lalayev, Rəhim Hüseynzadə, Qulam Sadiq, Seyran Cavadov, Fərman Əliyev, Fəxrəddin Fərzəliyev, Fazil Qəhrəmanov, Təyyar Nəsirli, Leyla Axundova, Əzizağa Məmmədli ilk qələm məhsullarını məhz «Qələbə» qəzetində çap etdirmişlər.
Qəzetin fəaliyyətinin son 50 ili məhz Heydər Əliyev kimi nəhəng şəxsiyyətin adıilə, onun qurub-yaratdığı Azərbaycanın müstəqilliyi dövründə dünya dövlətləri arasında fəaliyyətinin işıqlandırılması ilə, doğma respublikamızın bir parçası olan Salyanın mədəni-ictimai və siyasi həyatının salnaməsinin yaradılması ilə bağlıdır.
«Qələbə» qəzetinin həyatında yadda qalan hadisələr, tarixi günlə rçoxdur. Sözsüz ki, onların ən şərəflisi ulu öndər Heydər Əliyevin Salyan rayonuna səfərlərinin gedişini işıqlandırmaq, bu mühüm tarixi hadisələrin salnaməsini yaratmaq olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev 1969, 1972, 1977, 1981 və 1998-ci illərdə Salyanda olmuş, bu illərdə rayonun sosial-iqtisadi inkişafına dair bir çox mühüm sənədlər, qərarlar, sərəncamlar imzalamışdır. Salyanlıar böyük fərəh və qürur hissi ilə xatırlayırlar ki, 1969-cu ilin iyul plenumunda Azərbaycan KP MK-nın I katibi seçilən Heydər Əliyevin dövlət başçısı kimi ilk dəfə səfər etdiyi rayon Salyan olmuşdur. Həmin tarixi günlər həm salyanlıların, həm qəzetin, həm də əməkdaşların həyatında silinməz izlər buraxmışdır. «Qələbə» qəzetinin əməkdaşları o tarixi günlərdə dahi rəhbərlə birlikdə olmuş, qəzetin fotojurnalisti Ağasəf Həsənov bu səfərlərin çox qiymətli fotoxronikasını yaratmışdır. Bu gün Salyandakı Heydər Əliyev Mərkəzində Ulu Öndərin Salyan rayonuna səfərlərini əks etdirən «Qələbə» qəzetinin nömrəli çox qiymətli tarixi sənəd kimi qorunur və mühafizə olunur.
Ulu Öndərin layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkəmizin, o cümlədən Regionların sosial iqtisadi inkişafı üçün həyata keçirdiyi cahanşümul layihələr xalq tərəfindən geniş dəstək tapmışdır. Regionların sosial-iqtisadi inkişafına dair qəbul edilmiş Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi öz bəhrələrini Salyan rayonunda da göstərməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2003-cü ildə dövlət başçısı seçildikdən sonra Salyan şəhəri və onun kəndləri görünməmiş sürətlə inkişaf etmiş, yeni iş yerləri yaradılmış, xalqın sosial rifahı yüksəlmişdir. Bütün bunlar rayon qəzetinin səhifələrində yüksək peşəkarlıqla işıqlandırılmışdır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev dövlət başçısı kimi dəfələrlə Salyan rayonunda olmuşdur. 10 avqust 2006-cı il, 7 sentyabr 2008-ci il, 29 aprel 2010-cu il, 1 noyabr 2010-cu il, 15 aprel 2011-ci il, 13 mart 2012-ci il, 4 sentyabr 2013-cü il, 3 sentyabr 2016-cı il, 24 sentyabr 2017-ci il salyanlıların yaddaşında tarixi günlər kimi qalmışdır. Həmin tarixi səfərlər «Qələbə» qəzetinin səhifələrində çağdaş tariximizin salnaməsinə çevrilmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Salyanın sosial-iqtisadi inkişafı ilə bağlı sərəncamlar imzalamışdır. Bu tarixi sənədlər «Qələbə» qəzetinin səhifələrində geniş şərh olunmuşdur. Xüsusən dövlət başçımızın X.R.Ulutürkün 80, Əlibəy Hüseynzadənin 150, Salyanın 2800, Arif Məlikovun 80, Aşıq Pənah Pənahovun 90, Həsən Məmmədovun 80 illik yubileyləri iləəlaqədar imzaladığı sərəncamlar «Qələbə» qəzetinin səhifələrində öz əksini tapmışdır. Qəzet 2003-cü, 2008-ci, 2013-cü və 2018-ci illərdə keçirilən prezident seçkilərində xalqın ölkə başçısı cənab İlham Əliyevə olan dərin məhəbbətini və rəğbətini, seçkilərin şəffaf və demokratikliyini peşəkarlıqla əks etdirmişdir.
Qəzet 2007-ci ildə Azərbaycan Mətbuat Şurasının üzvlüyünə qəbul edilmiş və Şuranın qurultaylarınd atəmsil olunmuşdur. 2019-cu ildə isə “Qələbə”nin 95 illik yubileyi keçirilmişdir. Son illərdə «Qələbə» qəzetinin də maddi-texniki bazası genişlənmişdir. Redaksiya kompüter və digər avadanlıqlarla təchiz edilmişdir.
2010-cu ildə qəzet Kütləvi İnformasiya Vasitəsitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən texniki dəstək almışdır. 2006-cı ildən qəzet Bakı şəhərində ofset üsulu ilə çap olunur. İndi «Qələbə» qəzeti A-2 formatında 4 sayı biləşdirilərək ayda 2 dəfə, bəzəndə 3 dəfəoxucularla görüşür, əlamətdar günlərə, tarixi hadisələrə aid xüsusi buraxılışlar çap edir.
Dünyanı cənginə alan COVİD-19 pandemiyasına qarşı respublikamızda mübarizə aparmaq məqsədi ilə ötən ilin mart ayında Prezident İlham Əliyevin bununla bağlı imzaladığı fərman daim diqqət mərkəzində olmuşdur. Əhali arasında bu virusa yoluxmanın qarşısını almaq üçün “Qələbə” qəzetinin hər səhifəsində maarifləndirici yazılar dərc edilmiş və bu gün də.maarifləndirici və təbliğat işləri davam etdirilir.
«Ana Kür» müstəqil ictimai, ekoloji maarifləndirici qəzet.
21 fevral 2009-cu ildən nəşr olunur. 2010-cu ildən Kütləvi İnformasiya Vasitəlrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən texniki dəstək almışdır.
Təsisçisi və baş redaktoru Məlikov Rüstəm Sadıq oğludur. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə «Tərəqqi» medalına və Azərbaycan Mətbuat Şurası tərəfindən «Ali Media» mükafatına layiq görülmüşdür. «Ana Kür» qəzetinin icraçı direktoru BDU-nun jurnalistika fakültəsinin məzunu, Azərbaycan Jurnalistlər Birliyinin üzvüLeylaNəsirovadır.
«Ana Kür» regionda nəşr edilən ilk ekoloji maarifləndirici qəzetdir və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin ekoloji sahədə prioritet hesab etdiyi istiqamətlərdə həyata keçirilən işlərin təbliği ilə məşğuldur. Bu nəşr təkcə Salyanda deyil, bölgədə ətraf mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması, ekoloji qanunvericiliyin təbliği istiqamətində səmərəli iş aparır. İctimaiyyəti narahat edən hər hansı problem və vətəndaş təşəbbüsü qəzetin müraciət etdiyi mövzulardandır. Məhz buna görə də qəzet səhifələrində regionda yaşamış və bu bölgənin fəxri olan insanlar barədə silsilə materiallar, həmçinin Salyanın iftixarı sayılan tarixi şəxsiyyətlər, müasir alim, ziyalı insanları, incəsənət xadimləri barədə vaxtaşırı yazılar çap edir. Qəzet 500 tirajla, ayda 2 nömrə olmaqla çap edilir. Abunə və sərbəst yolla yayılır. Salyan rayonunun dövlət və bələdiyyə orqanlarına, Azərbaycan Prezidenti Administrasiyasına və Mətbuat Şurasına göndərilir.
Qəzetin redaksiya heyəti rayonun və bölgənin tanınmış ziyalılarından, peşəkar jurnalistlərdən formalaşmışdır və kollektiv ictimai əsaslarla çalışır.