Şriftin ölçüsü :

Saytın rəngi :

Salyanda RİH yanında fəaliyyət göstərən İctimai Şuranın təşəbbüsü ilə iməcilik keçirilmişdir.

Salyanda RİH yanında fəaliyyət göstərən İctimai Şuranın təşəbbüsü ilə

iməcilik keçirilmişdir.

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə keçirilən iməciliklərə Salyan Rayon İcra Hakimiyyəti yanında  fəaliyyət göstərən ictimai şura üzvləri də qoşulmuşdur. Şura üzvlərinin iştirakı ilə Kür çayının Salyan şəhər mərkəzindən keçən ərazisində şuranın təşəbbüsü ilə bir sıra ekoloji tədbirlər keçirilib.  İməcilikdə çayın sahilində salınmış yaşıllıqlara iştirakçılar tərəfindən qulluq göstərilmiş, ağacların dibləri yumşaldılmış, budama işləri aparılmışdır. Ərazidə yeni  Xan çinarı ağacları əkilmiş və suvarılmışdır.

Ekoloji tədbirlərə rayonun Kür çayı sahilində yaşayan sakinləri, şəhər bələdiyyəsinin, yaşıllaşdırma və kommunal xidmət təşkilatlarının işçiləri də qatılmışlar. Könüllülərin iştirakı ilə çay üzərindən keçən körpünün hər iki sahilindəki məişət tullantıları  xüsusi torbalara yığılaraq ərazidən uzaqlaşdırılmışdır.

İctimai şura üzvləri ekoloji vəziyyəti heç də yaxşı olmayan Kür çayının mövcud vəziyyəti  və ərazinin təmiz saxlanılması zərurəti barədə şəhər sakinləri və ərazidə yaşayan insanlar arasında izahedici söhbətlər aparmış, yeni əkilən ağacların mal-qaradan  qorunması zərurətini qeyd etmişlər. Ümummilli lider H.Əliyevi  anadan olmasının 100 illiyinə həsr olunmuş  ekoloji tədbirlər rayonun digər ərazilərində də keçirilir.

Keçidlər