Şriftin ölçüsü :

Saytın rəngi :

İntizam tənbeh haqqında illik hesabat

 

Salyan rayon İcra Hakimiyyəti tərəfindən 2022-ci il ərzində etik davranış məsələləri ilə bağlı “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunun öyrənilməsi”, “Dövlət qulluqçularının fəaliyyəti cəmiyyətin inkişafına xidmət etməlidir”, “Maddi və qeyri-maddi nemətlərin, imtiyaz və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi”, “Dövlət qulluğunda korrupsiyanın qarşısının alınmasında və maraqların toqquşmasının qarşısının alınmasında fəaliyyəti”, “Müasir Azərbaycanın inkişafında dövlət qulluqçularının rolu”, “Dövlət qulluqçularının etik davranış məsələləri ilə bağlı maarifləndirici tədbir” mövzusunda treninq və seminarlar keçirilmişdir.

Hesabat dövrü ərzində əmək funksiyasını yerinə yetirərkən səhlənkarlıq etdiklərinə, rəhbərliyin öz səlahiyyətləri hüdudunda verdiyi sərəncam və göstərişləri lazımi şəkildə yerinə yetirmədiklərinə görə RİH başçısı aparatı Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Rəşad Malik oğlu Kərimova və RİH başçısının Həsənli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Tofiq Kazım oğlu Rəhmanova Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən yazılı xəbərdarlıq verilmişdir.  

Keçidlər