Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası olmuşdur.

Salyan Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası olmuşdur.

Bu barədə Şuranın sədri Rüstəm Məlikov məlumat vermişdir. O bildirmişdir ki, son aylar Salyan İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvlərinin gördüyü işlər və onların səmərəsi xeyli artmışdır. Şura üzləri rayonun ayrı- ayrı kəndlərinə gedir, insanlarla görüşür, onları maraqlandıran problemlərin həllinə dəstək olurlar.

Növbəti yığıncaqda bu barədə və “İctimai İştirakçılıq “haqqında Qanundan irəli gələn digər aktual məsələlərin icrası barədə müzakirə olmuşdur. Şura üzvlərindən Rayon Ziyalılılar Birliyinin sədri, “Əməkdar müəllim” Allahverdi Piriyev, Rayon Ağsaqqallar Şurasının sədr müavini, Məhəmməd Ağayev,  Mədəniyyət işçiləri Həmkarlar İttifaqı  Salyan rayon komitəsinin sədri  Vəfa Əbilova və başqaları çıxış edərək vətəndaşların  irəli sürdükləri təkliflərə münasibət bildirərək  bu təkliflərin ümumiləşdirilərək  icra hakimiyyəti və digər səlahiyyəli təşkilatların  nəzərinə çatdırılmasının vacibliyini bildirdilər.

Yığıncaqda diğər məsələ, İçtimai Şuranın sosial şəbəkədə özünün müstəqil səhifəsinin yaradılması zərurətinin olduğu müzakirə olmuşdur. Şura üzvü Sevda Quliyeva müraciətlərin məsafədən operativ olaraq göndərilməsi, bir kəndə qaldırılan məsələnin digər yaşyış yeri üçün də xarakterik olmasını bildirən mesajların yerləşdirilməsi , ictimai əhəmiyyətli müzakirələrin keçirilməsi imkanlarının mövcudluğu nöqteyi nəzərdən sosial şəbəkələr daha mükəmməl ünsiyyət vasitəsinə çevrilməkdədir. Bu mənada Salyan rayon İcra Hakimiyyəti yanında “İçtimai Şura” səhifəsinin yaradılması qərara alındı. Səhifənin admin və redaktoru müəyyən edildi.

İçtimai Şura üzvləri yaxın günlərdə  yeni dərs ilinin başlanması ilə əlaqədar şəhid və qazi ailələrini ziyarət etməyi  15 sentyabrda  dərsə gedəcək uşaqların sevinclərinə ictimai məzmun vermək fikrindədirlər.

Keçidlər