Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan RİH yanında fəaliyyət göstərən İçtimai Şura üzvləri Türkiyədə baş vermiş zəlzələ nəticəsində Azərbaycana təxliyyə edilmiş ailəyə baş çəkmişlər

Salyan RİH yanında fəaliyyət göstərən İçtimai Şura üzvləri Türkiyədə baş vermiş zəlzələ nəticəsində

Azərbaycana təxliyyə edilmiş ailəyə baş çəkmişlər

 

    Qardaş Türkiyə dövlətində baş vermiş zəlzələ planetimizin sülhsevər, tərəqqipərvər insanlarını sarsıtmış və hər kəs bu təbii fəlakətin acısını yaşamış insanlarla  həmrəy olduğunu ifadə etməyə, onlara bacardığı köməyi göstərməyə çalışmışlar. Təbii ki, ilk dəstək Azərbaycandan gəlmişdir. Qardaşlıq köməyi təkcə zəlzələnin fəsadlarının aradan qaldırılması sahəsində deyil, zəruri olan bütün sahələrdə dövlət səviyyəsində davam etdirilməkdədir. Bu gün Türkiyə göndərilən yardımlarla yanaşı, baş vermiş zəlzələ ilə əlaqədar Azərbaycan vətəndaşlarının təxliyə olunması, onların yerləşdirilməsi, ilkin humanitar köməkliyin göstərilməsi də vacib amillərdən biridir. Türkiyəyə təhsil və iş arxasınca gedən salyanlı gənc Əliağa Hüseynov artıq 4 ildən çox idi ki, qardaş ölkədə məskunlaşmışdı. Minlərlə sakin kimi, o da yaşadığı Kahramanmaraşın bir gün təbii fəlakətin mərkəzində olacağını heç ağlına da gətirmirdi. Əliağa indi ailə üzvləri və yaxınları ilə bərabər 5 nəfərlik toplum ilə Salyanda, doğmalarının yanında müvəqqəti olaraq məskunlaşmışdır.

    Anası, bacısı, doğmaları və qohumları tərəfindən lazımı qayğı ilə əhatə olunmuş ailəyə təbii ki, ictimai dəstək göstərmək, baş verən faciələrin nəticələrini bir millət, iki dövlət olaraq birlikdə aradan qaldıracağımız fikrini ifadə etmək bu həssas məqamda çox vacibdir. Bu məqsədlə Salyan Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən İctimai Şuranın üzləri Ə.Hüseynov və onun ailə üzlərinin məskunlaşdığı ünvanda olmuşlar. Şura sədri Rüstəm Məlikov, şura üzvləri Məhəmməd Ağayev, Allahverdi Piriyev, Vəfa Əbilova, Sevinc Bünyatova Əliağa Hüseynovun anası Yeganə xanımın təşkil etdiyi çay süfrəsi ətrafında  söhbət edərək baş vermiş zəlzələnin acı nəticələrini xatırlamış, dünyasını vaxtsız başa vurmuş  qardaşlarımıza rəhmət, yaralı olanlarımıza isə səfa diləmişlər.

    Qonaqlar səmimi münasibətə görə bizə, millətimizə, eləcə də doğmalarına minnətdarlıqlarını dilə gətirmiş, qardaş Azərbaycanın köməyini heç vaxt unutmayacaqlarını bildirmişlər. Qeyd etmişlər ki, Türkiyə həmişə ayaqda durmağı bacarmış, güclü olduğunu bütün dünyaya göstərə bilmişdir. Tezliklə doğma yurdları Kahramanmaraşda da həyatın öz axarına düşəcəyinə əminlikləri sonsuzdur.

 

 

Keçidlər