Mədəniyyət
Mədəniyyət
· Turizm
Tarixi abidələr
Dini-tarixi abidələr
Abdulsəməd Məscidi hicri qəməri tarixiilə 1323, miladitarixiilə 1903-cü ildə inşa edilib. Məscid Ağa Mir Bağır ağa vəTəbriz Xəlilbəyli küçələrinin kəsişdiyi ərazidə yerləşir.
Cümə məscidi 1865-ci ildə Usta Kərbəlayı Hacı Mehdinin oğlu Ağa Hüseynin şərəfinə inşa edilib. Sovetlər dövründə repressiya qurbanı olan (yol çəkilişi adı altında abidənin bir hissəsi dağıdılıb, anbar, qalereya və müxtəlif məqsədlərlə istifadə olunub) məscidə əvvəlki statusu respublikamız müstəqillik qazandıqdan sonra qaytarılıb. 2002-ci ildə Kür çayında baş verən daşqından sonra tarixi abidə qəza vəziyyətinə düşmüş və 9 günbəzi dağılmışdı. 2011-ci ildə məscid dövlət vəsaiti hesabına əvvəlki görkəmi saxlanılmaqla əsaslı təmir olundu. Məscid Salyan şəhər H. Əliyev küçəsində yerləşir.
Hacı Tağı Məscidi hicri qəməri tarixi ilə 1327, miladi tarixi ilə 1907-ci ildə inşa edilib. Hacı Tağının övladı olmadığına görə narahat idi ki, haqq dünyasına qovuşduqdan sonra ona yasin oxuyan olmayacaq. O, bilirdi ki, dindarlar hər namazdan sonra məscid tikdirənə dua edirlər, bu səbəbdən də 2 məscid tikdirir ki, daim yaşasın.
Sarı Seyidan piri 1721-ci ildə şəhid olmuş Seyid Saləddinin məzarı üzərində inşa olunub. Xələc kəndi ərazisində yerləşir.
Xilə Şəkər piri Yenikənd kəndində yerli sakinlərə şəfa vermiş mömin Xiləli Şəkərin qəbri üzərində tikilib. XIX əsrə aid abidə Yenikənd kəndi ərazisində yerləşir.
Hacı Səməd məscidi XIX əsrin II yarısında Hacı Səməd Ələkbərov tərəfindən tikdirilib. Salyan şəhərində yerləşir.
Şilli məscidi 1903-cü ildə usta Abdulsəməd tərəfindən tikilib.
Ağa Mirəşrəf ağa məscidi Məscid hicri qəməri tarixi ilə 1324, miladi tarixi ilə 1904-cü ildə Hacı Tağı tərəfindən inşa edilib. Ağa Mirəşrəf ağa məscidin axundu olub.
Qovurğa piri 1932-ci ildə ərazidə məskunlaşmış yerli əhali tərəfindən aşkar edilib. İnanclara görə, yel xəstələri həmin pirdə şəfa tapıblar. Pirə adətən keçi qurbanları nəzir olunur.
Qədim evlər
Hacı Tağının evi 1907-ci ildə Hacı Tağının atası tərəfindən inşa etdirilib. 1920-ci ildə XI Qızıl Ordunun Azərbaycanı işğal etməsindən sonra ev Hacı Tağının əlindən alınıb, dövlət mülkiyyətinə verilib. 1950-ci ilə qədər binadan uşaq evi kimi istifadə olunub. Salyan şəhəri Mirzağa Quluzadə küçəsində yerləşir.
Milyonçu Mirxalıq Abdullayevin evi 1913-cü ildə inşa olunub. Tikintidə istifadə edilən daşlar Qarabağ dağlarından kəsilib.
Tacir Abbas Hüseynovunevi 1914-cü ildə inşa edilib. Plana görə ev 2 mərtəbəli olmalıymış, lakin I dünya müharibəsi başlandığı üçün bina birmərtəbəli tikilir. Salyan şəhər ƏliağaKürçaylı küçəsində yerləşir.
Hacı Əlihəsənin yaşayış evi 1851-ci ildə inşa edilib. Həmin dövrdə Salyanın varlı tacirlərindən olan Hacı Əlihəsənin tikdirdiyi evdə hazırda onun nəticələri yaşayır.
Seyid Ramazanın evi XIX əsrin axırlarında inşa olunub. Yüksək zövqlə tikilən evin həyətyanı sahəsində gözəl bağı da olub. Deyilənlərə görə bağda bütün meyvə ağacları olub (1929-1936-cı illərdə Salyan qəzasının milis şöbəsinin rəisi vəzifəsində çalışan Musa Məmmədov Seyid Ramazanın bağını cənnətə bənzədirmiş). Sonralar bu evdən məktəb kimi istifadə olunub.
Baxış bəyin evi XIX əsrin II yarısında inşa olunub.
Ağa Mirəşrəf ağanın evi XX əsrin əvvəllərində tikilib. Salyan şəhərində yerləşir.
Mirsədirin evi XIX əsrin axırında inşa olunub. Sonralar binadan göz xəstəxanası və təcili tibbi yardım məntəqəsi kimi istifadə edilib. Ümummilli lider Heydər Əliyev Salyana olan səfərlərinin birində bu bina ilə tanış olub.
Hacı Mehdiyevin mehmanxanası 1908-ci ildə Mirxalıq Abdullayev tərəfindən inşa etdirilib. Tikintidə istifadə olunan daşlar Qarabağ dağlarından kəsilib, Kür çayı vasitəsilə gəmilərlə gətirilib. 1918-ci ildə erməni daşnaklarının qarşısını almaq üçün Ağa Mirbağır ağanın dəvəti ilə Nuru Paşa, Ömər Paşa, Ramazan Paşa, Tələt Paşa, Vəlhəd Paşa, Soltan Paşa, Xanmirzəyev, Mirəşrəf ağa, Kərbəlayı Rəşid və başqaları bu binada iclas keçiriblər. Həmin iclasda iştirak edənlər 1937-ci ildə repressiya qurbanı olublar.
Qədim yaşayış məskənləri
Kürsəngi yaşayış məskəni Salyan şəhərindən 30 km şimal-şərqdə yerləşən, “Kürün səngidiyi yer” mənasını verən Kürsəngi hündürlüyü 77 metrə çatan Cənub-Şərqi Şirvan düzündə ən iri palçıq vulkanıdır. Vaxtı ilə Kür çayının bu təpənin yaxınlığından keçməsi burada insanların məskunlaşmasına səbəb olub. Təpənin şərqində və cənubunda çox sayda torpağın üzərində qalaqlanmış kərpic qırıqları və 23 x 23 x 5 ölçüdə qırmızı və açıq sarı rəngli bişmiş kərpicdən tikilən diametri 5-6 metrə çatan tikililərin qalıqları mövcuddur. Ərazidə şirli və şirsiz qab parçalarına da rast gəlinir. Buralar o zaman böyük yaşayış yeri olub. Əhəng daşından hazırlanan qəbir daşlarının parçaları günümüzə qədər gəlib çıxıb. Daş parçalarının üzərində süls xətti ilə ərəbcə yazılar və nəbati ornamentlər həkk olunub. Hazırda təpənin üstündə kənd qəbiristanlığı yerləşir. Qəbiristanlıqda XVIII, XIX, XX əsrlərə aid olan qəbirlərin başdaşı və sənduqələri üzərindəki kitabələr kənd əhalisinin tarixi keçmişini, adət-ənənəsini özündə əks etdirir. Kənd əhalisinin bildirdiyinə görə bu ərazidə qəbir qazılarkən qədim məzarlar üzə çıxır. Nəticə olaraq məlum olub ki, həmən dövrdə ölənlər tuncdan hazırlanan bəzək əşyaları ilə birgə dəfn olunublar. Aşkarlanan tapıntılar onu göstərir ki, bu ərazidə eramızdan əvvəl də yaşayış olub.
Mahmudabad yaşayış məskəni. Mahmudabad şəhəri Hülakü hökmdarlarından Sultan Mahmud Qazan xan tərəfindən salınıb. Aparılan arxeoloji araşdırmalar bu şəhərin Qırx Çıraq qəsəbəsi ərazisində olduğundan xəbər verir. Burada yüzdən artıq gümüş və mis pul tapılıb. Onların üzərində Mahmudabad və Kuştasfi şəhərlərinin adları həkk olunub. Tapıntılar sübut edir ki, XIV-XVI əsrlərdə Mahmudabadda zərbxanalar mövcud imiş. Burada müxtəlif hökmdarların adından gümüş və mis sikkələr kəsilib. I-III əsrlərə aid qədim şəhər Bakı- Astara magistral avtomobil yolunun 113-cü km-də, Qırx Çıraq qəsəbəsi ərazisində yerləşir.
Bəndovan yaşayış məskəni Bəndovan şəhərinin qalıqları Şirvan Milli Parkında yerləşən Bəndovan burnunda və dənizdə aşkar edilib. Aparılan arxeoloji tədqiqatlar zamanı IX-XIII əsrlərə aid çovustan tipli tikili qalıqları, dulus kürəsinin nişanələri, orijinal şirsiz və şirli qablar, əmək alətləri, şüşə bəzək şeyləri, sikkələr və s. maddi mədəniyyət nümunələri aşkar edilib. Buradan tapılan mis, gümüş pullar Şirvanşahlar dövrünə aiddir.
“Qızıl məscid” yaşayış məskəni Qızıl məscid yaşayış yeri indiki Kürsəngi kəndinin yaxınlığında mövcud olub. 2006-cı ildə aşkar edilib. Ərazidən X-XVII əsrlərə aid saxsı qablar, XIV əsrə aid Şirvanşahlar dövlətinə məxsus mis pullar tapılıb. Qədim yaşayış sahəsində arxeoloji qazıntıların aparılmasına ehtiyac var. Bununla tariximizin daha bir qaranlıq səhifəsi açılar və torpaq altında qalan maddi mədəniyyət nümunələri tarixi keçmişimizə növbəti aydınlıq gətirər.
Qırxçıraq yaşayış məskəni Qədim Qırxçıraq yaşayış sahəsi, Bakı- Astara magistral avtomobil yolunun 117-ci km-də mövcud olub. Burada 1960-cı ildən 2001-ci ilə kimi fasilələrlə qazıntı işləri aparılıb. Arxeoloji araşdırmalar göstərir ki, yaşayış yeri (sahəsi 16 kv.km) Mahmudabad şəhərinin qalığıdır. Burada arxeoloji axtarışlar zamanı tapılan tapıntılar, bu şəhərdə XIV-XVI əsrlərdə iqtisadi-mədəni həyatın mövcudluğunu sübut edir. Buradan torpağın üst qatından bir çox tarixi əhəmiyyətli nümunələr tapılıb. Xüsusən XII-XIV əsrlərə aid şirli və şirsiz saxsı məmulatlar, fayans qab qırıqları, Elxanilər, Qızıl Orda xanları, Cəlairlər və Qaraqoyunluların mis sikkələrindən ibarət pul nümunələri aşkar olunan arxeoloji tapıntılar içərisində daha çox üstünlük təşkil edir.
Turizm
Salyan rayonu ölkəmizin zəngin irsə malik qədim yaşayış məskənlərindən biridir. Rayonun əlverişli coğrafi mövqeyi, əsrarəngiz, zəngin təbiəti və zəngin tarixi mədəniyyət abidələri burada turizmin inkişafı üçün potensial imkanlar yaradır. Əslində, təkcə Şirvan Milli Parkı və onun ərazisindəki gəzməli-görməli yerlər, eləcə də rayon ərazisindəki müalicəvi suların tanıdılması üçün səmərəli işlər görülsə, mövcud turizm marşrutları bir qədər də zənginləşdirilərsə, turizm üçün münbit imkanlar yaranar. Bəndovan qədim yaşayış məskəni, palçıq vulkanları, Kürsəngi və Kürovdağ dağlarındakı mağaralar, dadı damaqlardan getməyən ləziz təamlar, xüsusən balıqdan hazırlanan yeməklər buralara gələnin yenidən gəlməsinə zəmin olar. Kür çayının sahilini bəzəyən Tuğay meşələri, bu yerlərdəki istirahət mərkəzləri, eləcə də Xəzərin Salyan ərazisindəki sahillərindəki ayaq dəyməmiş çimərliklər daxili və xarici turistlərin yolunu gözləyir. Səhərlər Bala Kür (Akkuşa) çayının dumanlı sahili də bambaşqa, əsrarəngiz mənzərələr vəd edir. Bəlkə də çoxlarımız bilmirdik ki, dünyanın ən şor bulağı, müalicəvi əhəmiyyətli Şır-Şır da Salyandadır.
1999-cu ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda “Turizm haqqında ” Qanunun qəbul edilməsi nəticəsində bu sahədə nəzərə çarpacaq nəticələr əldə edilib, ölkəmizin turizm sektorunun beynəlxalq turizm bazarına inteqrasiyasının əsası qoyulub. Ölkə Prezidenti cənab İlham Əliyevin 2 aprel 2010-cu il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” həmin imkanların reallaşması üçün mühüm baza yaratmışdır.
Azərbaycana investisiya yatırmaq həvəsində olanlar da bilməlidir ki, Salyan rayonunun ərazisində ekoturizmin inkişafı üçün kifayət qədər geniş fəaliyyət sahəsi və imkanlar var. Mütləq nəzərə alınmalıdır ki, Salyan ərazisində mövcud olan unikal palçıq vulkanları və termal su mənbələri rayonda müalicəvi turizmin inkişafı üçün böyük imkanlar yaradır. Bundan əlavə Salyan Olimpiya İdman Kompleksi, “Kür” mehmanxanası, “Göl üstü” restoranı, “Bala kür” restoranı, “Yanar dağ” restoranı, “Təndir” restoranı və s. obyektlər qonaqların və yerli sakinlərin xidmətindədir.
Park, Restoran və istirahət mərkəzləri
Salyan rayonunda kifayət qədər restoran və istirahət mərkəzləri, həmçinin şadlıq sarayları mövcuddur. Müasir tələblərə cavab verən obyektlərdə rahat dincəlmək və gecələmək üçün hər cür şərait var. Bu məkanlar rayonun ən füsünkar və əlverişli yerlərində salınıb. Rayona təşrif buyuran qonaqlar Salyan mətbəxinə aid ləziz yeməklərdən dadmaqla yanaşı rayonun göz oxşayan təbiəti və gəzib görməli yerləri ilə də tanış ola bilərlər. Salyanda olarkən isə qidalanma və gecələmə tələbatınızı bu iaşə obyektlərinin peşəkar personalına etibar edə bilərsiniz.
1.“Gölüstü” restoranı (100 yerlik)
Salyan rayonu Aşağı Kürkəndi kəndi, Ələt-Astara yolunun yaxınlığında yerləşir. Suyun üzərində salınan bu obyektdə istədiyiniz yeməkləri sifariş edə bilərsiniz.
2.“Bala Kür” restoranı (95 nəfər)
Salyan şəhəri, Ələt-Astara magistral yolunun yaxınlığında yerləşir. Restoranın Akkuşa cayının sahilində salınması bura xüsusi gözəllik verir.
3.“Yanar Dağ” restoranı (100 nəfər)
Salyan şəhəri, Ələt-Astara magistral yolunun kənarında salınıb. Gözəl və səliqəli görünüşü ilə diqqət çəkən restoranda dadlı yeməklər hazırlanır.
4. “Dostluq” restoranı (70 nəfər)
Salyan şəhəri, Ələt-Astara magistral yolunun kənarında yerləşir. Akkuşa çayının restoranın ərazisindən keçməsi burada gözəl mənzərə yaratmaqla yanaşı yay aylarında bura gələn qonaqların sərinləməsi üçün əlverişli məkan hesab olunur. Restoranda verilən yeməklər hər zaman təzə və dadlı olur.
5. “Bakı” restoranı (110 nəfər)
Salyan şəhəri, Ələt-Astara magistral yolunun kənarında yerləşir. Burada da müştərilərə keyfiyyətli xidmət göstərilir.
6. “Babək” restoranı (110 nəfər)
Salyan şəhəri, Ələt-Astara magistral yolunun kənarında yerləşir. Akkuşa çayının restoranın ərazisindən keçməsi burada gözəl mənzərə yaradır. Restoranda həmişə dadlı yeməklər hazırlanır.
7. “Köhnə Bərə” restoranı (130 nəfər)
Salyan şəhəri, Ələt-Astara magistralı yolunun kənarında salınıb. Gözəl və səliqəli görünüşü ilə diqqət çəkən restoranda dadlı yeməklər hazırlanır.
8. ”Gülüstan” restoranı (100 nəfər)
Salyan rayon Həsənli kəndində Ələt-Astara yolunun kənarında yerləşir. Keyfiyyətli və dadlı yeməklərin bişirilməsi də buradakı personalın başlıca vəzifələridir.
9. “Olimpiya” mehmanxanası
Salyan şəhər, Ələt-Astara magistral yolunun kənarında Olimpiya İdman Kompleksinin nəzdində fəaliyyət göstərir. Tam müasir tələblərə cavab verən 4 mərtəbəli mehmanxanada gecələmək üçün hər cür şərait var.
10. “KÜR” mehmanxanası
Salyan şəhər H. Əliyev prospektində yerləşir. Yüksək səviyyədə qurulan mehmanxanaya təşrif buyuran hər bir müştəri istədikləri bütün xidmətlərdən istifadə edə bilərlər. İri və kiçik zalların olması burada müxtəlif tədbirlərin təşkilinə də imkan verir.
11. «Ceyran» istirahət mərkəzi (500 nəfər)
Salyan rayonu Quyçu kəndindədir.
11. “Qızılgül” restoranı
Salyan şəhəri Ələt-Astara yolunun kənarında salınıb.
12. ”Təndir” restoranı
Salyan şəhəri Ələt-Astara yolunun kənarında yerləşir.
13. Rayonun Xələc kəndinin ərazisində, Ələt-Astara yolunun yaxınlığında da bir necə restoran və istirahət mərkəzləri fəaliyyət göstərir.
H.Əliyev adına park
Rayon mərkəzində salınan Heydər Əliyev parkı 1.7 hektar ərazini əhatə edir. Müasir tələblərə uyğun tikilən parkda əhalinin rahat dincəlməsi ücün hər cür şərait yaradılıb. Parkda oturacaqlar qoyulub, fəvvarələr quraşdırılıb. Ərazidə rayon İcra hakimiyyəti üçün inzibati bina və Heydər Əliyev Mərkəzi tikilib.
“Bayraq” meydanı
Bayraq meydanı Salyan şəhər Nazim Babayev küçəsində salınıb. 3 hektar ərazini əhatə edir. Bu ərazidə yaşayan 3 mindən çox sakinin istifadə etdiyi parkda mədəni istirahət ücün hər tərəfli şərait yaradılıb. 2013-cü ildə Bayraq meydanının açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Meydanda dalğalanan dövlət bayrağının hündürlüyü 40 metrdir.
Monumental abidələr
Ümummilli Lider Heydər Əliyevin heykəli
İctimai xadim, alim, tərcüməçi, böyük mütəfəkkir Əlibəy Hüseynzadənin heykəi
Xalq şairi Xəlil Rza Ulutürkün və oğlu Milli Qəhrəman Təbriz Xəlilbəylinin barelyefləri
Akademik Zərifəxanım Əliyevanın barelyefi
Din xadimi Ağa Mirbağır Ağazadənin barelyefi
Milli qəhrəmanNazimBabayevinbüstü
Sovet İttifaqı qəhrəmanı Məhərrəm Dadaşovun büstü
“31 Mart soyqırımı” qurbanlarının xatirəsinə ucaldılmış abidə
“Şəhid Anası” abidəsi
20 Yanvar faciəsində şəhid olanların xatirəsinə ucaldılmış abidə
Rayonumuzda və kəndlərdə 1941-1945-ci il faşizm üzərində “Qələbə günü” xatirəsinə ucaldılmış abidələr
Türk əsgərlərinin xatirəsinə ucaldılmış abidə
Mədəniyyət müəsisələri
Rayonun mədəniyyət müəssisələri haqqında
Məlumatlar:
Mədəniyyət müəssisələri |
Ünvan və əlaqə telefonları |
Rəhbər (adı, soyadı, atasının adı) |
||
Ə.Quliyev adına Salyan rayon Mədəniyyət Mərkəzi |
Salyan şəhəri, H.Əliyev küç.159, 021-255-51-43 |
Əsədov Rafət Fətəli oğlu |
||
Kürqaraqaşlı kənd Diyarşünaslıq evi |
Kürqaraqaşlı kəndi |
Vəliyeva Aytən Dilavər qızı |
||
Parça Xələc kənd Diyarşünaslıq evi |
Parça Xələc kəndi |
Kərimov Fərid Əyyub oğlu |
||
Qarabağlı kənd Diyarşünaslıq evi |
Qarabağlı kəndi |
Ağayev Şaiq Vaqif oğlu |
||
Sarvan kənd Folklor evi |
Sarvan kəndi |
Abdullayev İnqilab Yunsur oğlu |
||
Marışlı kənd Folklor evi |
Marışlı kəndi |
Abdullayev Şahin Mirağası oğlu |
||
Yenikənd kənd Folklor evi |
Yenikənd kəndi |
Tağıyev Məhəmməd Səfər oğlu |
||
Dayıkəndkənd Mədəniyyət evi |
Daykənd kəndi |
Hüseynova Mənsumə Sənan qızı |
||
Noxudlu kənd Sənətkarlıq evi |
Aşağı Noxudlu kəndi |
Nəcəfov Çingiz Paşa oğlu |
||
KLUBLAR |
||||
1 saylı şəhər klubu |
Salyan şəhəri, H.Əliyev küç.107A 021-255-51-43 |
Quliyeva Nuriyyə Abdulsalam qızı |
||
2 saylı şəhər klubu |
Salyan şəhəri, H.Əliyev küç.109A |
Əsgərova Həqiqət Böyükağa qızı |
||
3 saylı şəhər klubu |
Salyan şəhəri, T.Abdulrəhmanov küç. 4, 021-255-64-71 |
Bədəlov Nübar Qəşəm qızı |
||
4 saylı şəhər klubu |
Salyan şəhəri, 20 Yanvar küç. |
Ağayeva Sevda Xubalı qızı |
||
Çuxanlı kənd Folklor klubu |
Çuxanlı kəndi |
Hadıyev Ümidvar Ağaverdi oğlu |
||
Xurşud kənd Diyarşünaslıq klubu |
Xurşud kəndi |
Camalov Möhübbət Əvəz oğlu |
||
Kürsəngi kənd Sənətkarlıq klubu |
Kürsəngi kəndi |
Hüseynov Səbuhi Səfxan oğlu |
||
Xıdırlı kənd klubu |
Xıdırlı kəndi |
Abdullyev Fariz Tofiq oğlu |
||
Beştalı kənd klubu |
Beştalı kəndi |
Quliyev Samid Mirzə oğlu |
||
Şəkərli kənd klubu |
Şəkərli kəndi |
Şıxəliyev Samid Davudoğlu |
||
Aşağ Kürkənd kənd klubu |
Aşağı Kürkənd kəndi |
Qəfərov Murad Eltac oğlu |
||
Boranıkənd klubu |
Boranıkənd kəndi |
Kərimova Qədriyyə Bəbir qızı |
||
Ərəbqardaşbəyli kənd klubu |
Ərəbqardaşbəyli kəndi |
Abdullayeva Məryam Əlihəsən qızı |
||
Abadkənd kənd klubu |
Abadkənd kəndi |
Mehdiyev Saleh Ədalət oğlu |
||
Qardili kənd klubu |
Qardili kəndi |
Qarayev Şamil Fikrət oğlu |
||
Şorsulu kənd klubu |
Şorsulu kəndi |
Cəbiyev Aqil Camal oğlu |
||
Cəngan kənd klubu |
Cəngan kəndi |
Cəbiyev Rəsul Əhliman oğlu |
||
Kərimbəyli kənd klubu |
Kərimbəyli kəndi |
Cəbrayılova Elmira Əlibala qızı |
Kitabxanalar |
||
Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi |
Salyan şəhəri M.Rəsulzadə küç.133 021-255-53-67 |
Əliyeva Səidə Məmmədağa qızı |
Kürsəngi kənd kitabxanası |
Kürsəngi kəndi |
Seyidov İdrak Mövsübalı oğlu |
Quyçu kənd kitabxanası |
Quyçu kəndi |
Kərimova Günel Gülağa qızı |
Sarvan kənd kitabxanası |
Sarvan kəndi |
Qasımova Lətifə Osman qızı |
Qarabağlı kənd kitabxanası |
Qarabağlı kəndi |
Səlimova Çiçək Abdulla qızı |
Şorsulu kənd kitabxanası |
Şorsulu kəndi |
Muradova Gültək Musa qızı |
Kürqaraqaşlı kənd kitabxanası |
Kürqaraqaşlı kəndi |
Ərəbova Arzu Aslanqızı |
Varlı kənd kitabxanası |
I Varlı kəndi |
Kərimova Nüşabə Ağazadə qızı |
Aşağı Noxudlu kənd kitabxanası |
Aşağı Noxudlu kəndi |
Həsənova Sona Cahangir qızı |
Aşağı Kürkənd kənd kitabxanası |
Aşağı Kürkənd kəndi |
Qasımova Rəxşəndə Sadiq qızı |
Çadırlı kənd kitabxanası |
Çadırlı kəndi |
Abdullayeva Almaz Manaf qızı |
Xocalı kənd kitabxanası |
Xocalı kəndi |
Məmmədova Fəridə Qəhrəman qızı |
Çuxanlı kənd kitabxanası |
Çuxanlı kəndi |
Mikayılova Sura Yusif qızı |
Stansiya/Dayıkənd kənd kitabxanası |
Dayıkənd kəndi |
Həsənova Gülnarə Hacıağaqızı |
Beştalı kənd kitabxanası |
Beştalı kəndi |
Axundova Südabə Allahverdi qızı |
Marışlı kənd kitabxanası |
Marışlı kəndi |
Qurbanova Bəhruzə Əlifağa qızı |
Yenikənd kənd kitabxanası |
Yenikənd kəndi |
Səfərov Zahir Qiyas oğlu |
Boranıkənd kənd kitabxanası |
Boranıkənd kəndi |
Hümmətova Nəzakət Əzizağa qızı |
Bəydilli kəndkitabxanası |
Bəydill kəndi |
Mahmudov Elnur Həmzə oğlu |
Düzənlik kənd kitabxanası |
Düzənlik kəndi |
Teymurov Ziyafət Oruc oğlu |
Seyidsadıqlı kənd kitabxanası |
Seyidsadıqlı kəndi |
Bağırova Həyat Gülağa qızı |
Arbatan kənd kitabxanası |
Arbatan kəndi |
Rəcəbova Rövşanə Lazım qızı |
Xurşud kənd kitabxanası |
Xurşud kəndi |
Camalova Yaqut Adıböyük qızı |
Seyidlər kənd kitabxanası |
Seyidlərkəndi |
Kərimova Mənsumə Bəbir qızı |
Kərimbəyli kənd kitabxanası |
Kərimbəyli kəndi |
Nağıyeva Sevinc Sədaqət qızı |
Həsənli kənd kitabxanası |
Həsənli kəndi |
SüleymanovTaleh Yavər oğlu |
Ərəbqardaşbəyli kənd kitabxanası |
Ərəbqardaşbəyli kəndi |
Əliyeva Şəhla Oruc qızı |
Yeni Uluxanlı kənd kitabxanası |
Yeni Uluxanlı kəndi |
Rzayeva Rahilə Sudef qızı |
Yuxarı Noxudlu kənd kitabxanası |
Yuxarı Noxudlu kəndi |
Məlikova Zülfiyyə Tarıverdi qızı |
Abadkənd kənd kitabxanası |
Abadkənd kəndi |
İbrahimov Elman Ramiz oğlu |
Daykənd kənd kitabxanası |
Dayıkənd kəndi |
Bağırov Nazim Məhərrəm oğlu |
Peyk kənd kitabxanası |
Peyk kəndi |
Cəbrayılov Mahir Bayram oğlu |
1saylı şəhər kitabxanası |
Salyan şəhəri, T.Xəlilbəyli 021-255-55-81 |
Miriyeva Günel Tofiq qızı |
2 saylı şəhər kitabxanası |
Salyan şəhəri H.Əliyev küç.107A |
Ağazadə Konül Hacıgülhüseyn qızı |
3 saylı şəhər kitabxanası |
Salyan şəhəri S.Vurğun küç.75 |
Hüseynova Nigar Bayram qızı |
Stansiya qəsəbə kitabxanası |
Salyan şəhəri 20 Yanvar küç. |
Ağalarova Ofelya Nadir qızı |
Qaraçala qəsəbə kitabxana |
Qaraçala qəsəbəsi |
Quliyeva Aysel İbrahim qızı |
Pambıqkənd kənd kitabxansı |
Pambıqkənd kəndi |
Məhərrəmova Nigar Adil qızı |
Yuxarı Xalac kənd kitabxanası |
Xələc kəndi |
Məhərrəmova Sənarə Xanqulu qızı |
Babazanlı qəsəbə kitabxanası |
Salyan şəhəri, T.Abdulrəhmanov küç. 1 021-255-64-71 |
Əliyeva Ləman Namik qızı |
4 saylı şəhər kitabxana filialı |
Salyanşəhəri, N.Babayevküçəsi, BayraqMuzeyi |
Novruzova Kəmalə Taleh qızı |
Alçalı kənd kitabxanası |
Alçalı kəndi |
Cəfərova Aidə Məhəbbət qızı |
Plastmass qəsəbə kitabxanası |
Salyan şəhəri Ə.Quliyev küç.18 saylı uşaq bağçasının binası |
İslamova Fərqanə Əlifağa qızı |
Seyidan kəndk itabxanası |
Seyidan kəndi |
Mirzəyeva Fatma Bəhmən qızı |
N. Gəncəvi adına Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Uzun müddət Muğanın maarif mərkəzi funksiyasını yerinə yetirən Salyanda ilk qiraətxananın yaradılması 1881-ci ilə təsadüf edir. Qiraətxana 1880-ci il sentyabrın 22-də fəaliyyətə başlayan 2 sinifli rus-tatar məktəbinin müəllim kollektivinin təşəbbüsü ilə yaradılıb. İlk illərdə qiraətxana camaatdan toplanan kitab və dövrü mətbuat nümunələri ilə zənginləşdirilib. Lakin toplanan materiallar tələbatı tam ödəmədiyindən yeni və daha böyük kitabxananın yaradılmasına zərurət yaranır. Və beləliklə burada toplanılan təcrübə müstəqil ictimai qiraətxananın açılmasına təkan oldu. Xalq müəllimləri Mirzə Əziz Babazadə və Mirzə Yaqub Əlizadənin təşəbbüsü və dəstəyi ilə 1903-cü ildə Salyanda ilk ictimai qiraətxana yaradıldı. Qiraətxana üçün ilk bina köhnə dükanlardan birində (icarə haqqı ödəməklə) fəaliyyət göstərib. Yeni qiraətxananın fəaliyyətini genişləndirmək və zənginləşdirmək məqsədilə tərəqqipərvər insanlar qiraətxanaya o vaxtkı pulla 420 manat 60 qəpik dəyərində kitab və dövrü mətbuat bağışlayıblar. Qiraətxanadakı kitablardan istifadə üçün oxucular müəyyən olunmuş məbləğdə oxu haqqı ödəyirdilər ki, bu pullar və verilən ianələr kitab fondunun zənginləşməsinə xərclənirdi. Getdikcə qiraətxana Salyanda qabaqcıl ideyaların təbliği mərkəzinə çevrilir. Milli-mənəvi dəyərləri özündə əks etdirən əsərlər geniş oxucu kütləsinə təqdim olunmazdan öncə burada müzakirəsi keçirilərmiş. Sonralar davamlı inkişaf edən bu ictimai qiraətxana kitab fondunu artıraraq, kütləvi kitabxanaya çevrilir. Sovetlər dövründə isə kitabdan daha geniş istifadəni təmin etmək məqsədilə 1975-ci ildə Salyan Rayon Kitabxanası Mərkəzləşdirilmiş Kitabxana Sisteminə çevrildi. 1978 –ci ildə kitabxana nümunəvi xüsusi layihə əsasında tikilən yeni binaya köçürüldü.
Müstəqillik illərində isə Ümimmilli Liderimiz Heydər Əliyev tərəfindən kitabxanaların fəaliyyətinin daha da inkişaf etdirilərək müasir tələblərə uyğunlaşdırılmasına xüsusi diqqət və qayğı göstərilmişdir.Belə ki, 1996-cı ildə Azərbaycan hökumətinin “Azərbaycan Respublikasında kitabxana işinin vəziyyəti və onu yaxşılaşdırmaq tədbirləri haqqında” qərarı, 1999-cu ildə “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Bu qanunlara uyğun olaraq Nizami Gəncəvi adına Mərkəzi Kitabxana yenidən və yüksək səviyyədə təmir olunub və yeni avadanlıqlarla təchiz edilib.
Heydər Əliyev siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də vətəndaşların maariflənməsi işinə daim diqqətlə yanaşmışdır. Cənab Prezidentin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 2004-cü il 27 dekabr tarixli sərəncamına əsasən kitabxananın kitab fondunun yenilənməsi və əlavə kitabların gətirilməsi ilə zənginləşdirilməsinə başlanıldı. Proses hazırda da davam etdirilir.
Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru: Əliyeva Səidə Məmmədağa qızı,
Ünvan: “Salyan şəhəri M.Rəsulzadə küçəsi, 133
E-mail: salyan@cls.az, sayt http://salyan.cls.az/ Facebook səhifəsi ”SalyanMKS”,Tel: iş (021) 255-53-67;(051)855-96-75
Fəaliyyətin bu günü
Hazırda Nizami Gəncəvi adına Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 44 filial kitabxanasını özündə birləşdirir. Onlardan: 1-i mərkəzi kitabxana, 7-si şəhər - qəsəbə, 36-sı kənd kitabxana filialıdır. Ümumilikdə, bu müəssisələrdə 150 nəfər kitabxana işçisi çalışır. Onlardan 26 nəfəri ali ixtisas təhsilli, 41 nəfəri orta ixtisas, 83 nəfəri orta təhsillidir. Kitab fondu 502299 nüsxədir. İl ərzində MKS–də 28874oxucu olmuşdur. Kitabxanaya gəliş 422183 nəfər olmuşdur. Hazırda Mərkəzi kitabxananın oxu zalında eyni vaxtda 85 nəfər oxucu mütaliə ilə məşğul ola bilər. Fond tutumu 66 min nüsxə olan xidmət şöbəsindən oxucular istək və maraqlarına uyğun ədəbiyyatlar tapa bilərlər. Oxuculara yüksək səviyyədə xidmət göstərmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası kitabxana informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət proqramı”nın icrası Azərbaycanda kitabxana işinin inkişafında dönüş yaratdı. Məhz bu sərəncamın icrası olaraq respublika üzrə, o cümlədən Nizami Gəncəvi adına Mərkəzi Kitabxanada Elektron Kitabxana yaradıldı. Elektron kitabxananın fəaliyyəti üçün 17 stolüstü, 7 noutbook kompüterləri və digər avadanlıqlar alınıb. Hazırda Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Dövlət Proqramına uyğun olaraq kitabxana informasiya sahəsində yeni texnologiyaların tətbiqi, müasir kitabxana informasiya infrastrukturunun yaradılması işi kompleks şəkildə davamlı aparılır. Mərkəzi kitabxana “Alisa”proqramı sisteminə keçirilib.
Hazırda Mərkəzi kitabxanada 6 şöbə (Oxuculara xidmət şöbəsi, Uşaq şöbəsi, Metodika və biblioqrafiya şöbəsi, Komplektləşdirmə və kitabişləmə şöbəsi, Kitabxana-biblioqrafiya proseslərinin avtomatlaşdırılması şöbəsi, İnformasiya-resurs şöbəsi) fəaliyyət göstərir.
Kitab abidələri
Salyan rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində 114 kitab abidəsi qeydiyyatdadır. Onlardan 103-ü Mərkəzi Kitabxanada saxlanılır. Qalan 11 kitab abidəsi isə hazırda şəxsi evlərdə qorunan “Qurani-Kərim”in qədim kitab nümunələridir. Kitabxanadakı “kitab abidələri” nin 69-u lüğət tərkibli, 15 isə söz birləşmələri haqda Ensiklopedik lüğətlərdir. Digər 6-sı Yer planetindən, 2-si Yer quruluşundan bəhs edən, 2-si bitkiləri öyrənən, 1-i isə təbiətin yaranmasına həsr olunan Ensiklopediyalardır. Dünya tarixinin ayrı-ayrı dövrlərini olduğu kimi bizlərə çatdıran 4 tarixi ensiklopediya da (2-si XIX əsr tarixi, 2-si Bizans imperiyasından bəhs edir) gələcək nəsillərə çatdırmaq üçün kitabxanada yüksək səviyyədə qorunaraq maraq göstərən oxuculara təqdim olunur.
Tarix-Diyarşünaslıq Muzeyi
Milli-mədəni tariximizi əks etdirən nadir tarixi eksponatların qorunub saxlanılmasında muzeylərin, xüsusən Tarix –Diyarşünaslıq muzeylərinin rolu danılmazdır. Əli bəy Hüseynzadə adına Tarix – Diyarşünaslıq muzeyi uzun illərin məişətindən, yaşam tərzindən, gün-güzəranından xəbər verən maddi sübut və eksponatlar əsasında tariximizin şanlı səhifələrinə çıraq tutan məkandır. 1981-ci il yanvarın 10-dan fəaliyyət göstərən bu muzeyə 1991-ci il 8 noyabrda Nazirlər Kabinetinin 371 nömrəli qərarına əsasən görkəmli ictimai xadim Əli bəy Hüseynzadənin adı verilib. Ölkə prezidenti İlham Əliyev muzeylərin inkişafı və yeni muzeylərin təşkilinə daima diqqət ayırmışdır. Prezidentin 22 may 2009-cu il tarixli sərəncamı ilə təsdiq olunan «Azərbaycanın regionlarında fəaliyyət göstərən muzeylərin müasir standartlara uyğun təmirinə, yeni avadanlıq və zəruri eksponatlarla təchizatına dair xüsusi Tədbirlər Planı»na əsasən Salyan Tarix Diyarşünaslıq Muzeyi 14 may 2016-cı il tarixindən təmirə dayanmışdır. Muzey əsaslı təmir olunmuş və ekspozisiyalar yenidən qurulmuşdur. 3 sentyabr 2016 cı ildə Cənab prezidentin bölgəyə səfəri zamanı Tarix Diyarşünaslıq Muzeyinin də açılışını etmişdir.
2 mərtəbəli binada yerləşən muzey 5 zaldan-ideoloji, arxeoloji, etnoqrafik, hərb, şəxsiyyətlər, fond və 3 iş otağından ibarətdir. Muzeydə ən qədim tarixə malik-e.ə I minniliyə aid küp qəbir, gil qab nümunələri, müxtəlif ölçülü və təyinatlı keramika, saxsı qab nümunələri, mis və bürüncdən ibarət məişət əşyaları, qədim gil çıraqlar, qədim sikkələr, təsərrüfat avadanlıqları, numizmatik materiallarla zəngindir. Həmçinin Salyan və Muğan toponimini izah edən böyük ölçüdə nəfis rəsm əsərləri, Böyük vətən Müharibəsi və Qarabağ müharibəsi iştirakçılarının bir qisminin, 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş Rəşid Mehdiyevin guşəsi, Salyanın məşhur şəxslərinin, akademiklərinin bir qisminin şəkilləri sərgilənir. Ümumilikdə muzeydə 11967 nüsxədə maddi mədəniyyət nümunələri qorunub saxlanılır. İlk baxışda quru və cansıxıcı görünən köhnə eksponatlar əslində neçə min illərin məişətindən, həyat tərzindən, əhalinin güzəranından məlumat verir. Rayonda indiyə qədər aparılan arxeoloji qazıntılar sübut edir ki, vaxtilə Muğanda 3 iri şəhər mövcud olmuşdur. Bunu qazıntılar zamanı tapılan müxtəlif çeşidli nümunələr təsdiq edir. Muzeydə Azərbaycanın, bölgəmizin tarixinin bütün mərhələlərinə-daş, gil, tunc və sonrakı dövrlərə aid eksponatlar toplanmışdır. Burada olan küplər, çıraqlar və s rayonumuzun ən qədim yaşayış məskənlərindən olan Noxudlu, Marışlı, Qırxçıraq kəndlərindən tapılmışdır. Bu muzey qonaqların, turistlərin, yerli sakinlərin sevə-sevə baş çəkdiyi maraqlı yerlərdəndir. 2021-ci ilin məlumatına görə muzeyə fərdi qaydada gələnlərin sayı 11136 nəfər olmuşdur. Tarix-Diyarşünaslıq muzeyi fəaliyyət göstərdiyi 40 il ərzində 11967 adda eksponatı özündə cəmləyə bilmişdir. Belə ki, bunlardan 6819 ədədi əsas fondda, 5148 ədədi köməkçi fondda saxlanılır. Muzey kollektivi əhaliyə göstərdiyi yüksək səviyyəli xidmətlərə, təşkil etdikləri yüksək səviyyəli tədbirlərə görə rayon İcra Hakimiyyətinin Fəxri fərmanları ilə təltif olunub.
Muzeyin direktoru- Hüseynova Rəfiqə Rahim qızı
Ünvan: Salyan şəhəri S. Vurğun küçəsi, 75; Tel: (021) 255-53-13
Salyan rayon Heydər Əliyev Mərkəzi
Salyan rayon Heydər Əliyev Muzeyi 10 avqust 2006-cı ildə cənab Prezidentimiz İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılıb istifadəyə verilmişdir. Muzeyin yaranmasında məqsəd Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətini tədqiq etmək, öyrənmək və ictimaiyyətə çatdırmaqdır. İllər ərzində muzey fəaliyyət dairəsini genişləndirərək, öz nəzdində müxtəlif dərnəklər, kitabxanalar və s. şəbəkələrin yaradılmasına nail olmuşdur.
Heydər Əliyev muzeylərinin mahiyyət etibarı ilə mərkəz kimi fəaliyyət göstərdiyini, onların regionlarda ictimai-siyasi və mədəni mərkəzlər kimi mühüm rol oynadığını nəzərə alaraq, habelə yerlərdən daxil olan çoxsaylı müraciətlərə əsasən Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmri ilə Heydər Əliyev Muzeyləri mərkəz adlandırılmışdır.
Salyan rayon Heydər Əliyev Mərkəzinin yeni inzibati binası 2013-cü ildə cənab Prezidentimiz İlham Əliyevin iştirakı ilə açılıb istifadəyə verilmişdir. Mərkəzdə 2 ekspozisiya zalı fəaliyyət göstərir. Zallarda 9 bölmə 16 mərhələ üzrə 177 şəkil, 22 adda sənəd nümayiş olunur.
1-ci ekspozisiya zalında Ulu Öndər Heydər Əliyevin 1977-1982-1998-ci illər və cənab Prezident İlham Əliyevin 2008-2010-2011-2012-2013-2016,2017-ci illərdə Salyan rayonuna səfərlərindən bəhs edən fotoşəkilləri nümayiş olunur.
2-ci ekspozisiya zalında isə Ulu Öndər Heydər Əliyevin uşaqlıq, gənclik illəri, Milli Təhlükəsizlik orqanlarında çalışdığı dövr, ailəsi ilə çəkilmiş fotoşəkillər, Naxçıvan MR-da yaşayıb fəaliyyət göstərdiyi illər, 1969-1982-ci illər və 1993-2003-cü illərdə Prezident olduğu dövrlərdə iqtisadiyyata, təhsilə, səhiyyəyə, dinə ayırdığı diqqət və qayğı əks olunur.
Mərkəzin 3-cü mərtəbəsində rəsm, şahmat, rus dili, rəqs dərnəkləri və kitabxana fəaliyyət göstərir.
Hazırda mərkəzin fondunda ulu öndərimizin unudulmaz xatirəsini əks etdirən 750 eksponat qorunub saxlanılır. Elektron kitabxanada 7691 kitab, 383 elektron resurslar vardır. Salyan rayon Heydər Əliyev Mərkəzində Qadın Resurs Mərkəzi, Regional İctimai İnkişaf Birliyi, Kiçik və Orta Biznesin Dostu, Gənclərin İnkişaf və Karyera Mərkəzi fəaliyyət göstərir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına uyğun olaraq Salyan rayon Heydər Əliyev Mərkəzində gənc ailələrin nikah mərasimləri keçirilir. Salyan rayon Heydər Əliyev Mərkəzində 14 ştat mövcuddur. Mərkəzdə 4 əsas ştat, 10 texniki ştat mövcuddur.
Ünvan: Salyan şəhəri T. Xəlilbəyli küçəsi -136,Heydər Əliyev Parkının ərazisi Tel: (021) 255-55-81
Mərkəzin direktoru- Bayramova Nübar Mirəhməd qızı
Elektron ünvan:salyanmerkez@gmail.com
Salyan Dövlət Kukla Teatrı
Salyan Dövlət Kukla Teatrı 1973-cü ildə yaradılıb. İlk illərdə bədii özfəaliyyət dərnəyi kimi fəaliyyət göstərən, sonralar hər yerdə tanınacaq bu kollektiv yaradıcılıq birliyi əslən Salyandan olan, Bakı Dövlət Kukla Teatrında aktyor işləmiş, mədəniyyət işçisi Cahangir Qaraşovun təşəbbüs və dəstəyi ilə yaradılıb. O, tez bir zamanda ətrafına istedadlı həvəskarları toplayaraq Əli Səmədlinin “Artıq tamah baş yarar” əsərini tamaşaya qoyub. İlk addımın uğurları davamlı olduğundan dərnək 1975- ci ildə “ Xalq kollektivi ” adına layiq görülüb. Teatrın kollektivi tezliklə festivallarda, müsabiqələrdə, şəhər və rayonlarda tamaşaçılar qarşısında layiqincə çıxış edərək müxtəlif mükafatlarla yanaşı geniş tamaşaçı auditoriyasının sevgisini də qazanıblar. Sənət aləmində özlərini kifayət qədər doğruldan kollektivə 1994 –cü il iyulun 4 –də Dövlət Teatrı statusu verilib. Bu illər ərzində teatrın kollektivi Əli Səmədlinin “Artıq tamah baş yarar ”, Mirmehdi Seyidzadənin “Ata məhəbbəti ”, Rəhman Əlizadənin “Keçəlin toyu“, Rafiq Savalanın “Qayğıkeş Nigar”, “Tələ quran özü düşər ”, Abdulla Şaiqin “Danışan Kukla”, İsgəndər Coşqunun “Tülkü həccə gedir”, Tofiq Kərimin “Quyruqlu ulağın sərgüzəştləri”, Əli Əlizadənin “Keçəl Həmzənin hiyləsi”, Həsənağa Hüseynovun “Ulamaqdan mələməyə”, Firudin Ağayevin “Cırtdan və Sehrbaz”, Rafiq Mirzənin ”Yetim fatma”, R. Kipinqin “ Başlı başına gəzən pişik” və başqa 60-a qədər əsərləri səhnələşdirərək tamaşaçıların zövqünü oxşayıblar. Bu tamaşalar təkcə Salyanda deyil, ətraf bütün rayonlarda nümayiş etdirilib. Teatr kollektivi rayonda keçirilən mədəni – kütləvi tədbirlərdə hər zaman yaxından iştirak edir. Teatrın kollektivi öz tamaşaları ilə uşaqların mənəvi tərbiyəsində, onların mədəni səviyyəsinin, dünya görüşlərini formalaşmasında böyük rol oynayırlar.
Ümumiyyətlə, Salyanda teatr ənənələri daha qədimdir. 1944-1949-cu illərdə Salyanda Dövlət Dram teatrı fəaliyyət göstərib. Müharibə dövründə açılan bu teatr dövrünün nümunəvi teatrlarından olub. Dram teatrı olmasına baxmayaraq yaradıcı heyətin güclü olması ilə əlaqədar səhnəyə opera və musiqili komediya tamaşaları da qoyulub. Bu gün hamının tanıdığı görkəmli şəxsiyyətlərin bir qismi bu teatrın yetirmələridir. Onlardan Rübabə Muradova, Qulu Əsgərov, Sənan Ağabəyli, Muğbil Dadaşov, Əliağa Kürçaylı, Əflatun Ağayev, Rza Şıxov və başqalarını göstərmək olar. 1949-cu ildə bir sıra əyalət teatrları ilə yanaşı Salyan teatrı da öz fəaliyyətini dayandırmağa məcbur olub.
2019-cu ildə Mədəniyyət Nazirliyi və rayon İcra hakimiyyəti tərəfindən Salyan Dövlət Kukla Teatrı əsaslı təmir edilmişdir. Salyan Dövlət Kukla teatrının inzibati binasında əsaslı yenidənqurma işlərinin aparılması ölkədə mədəniyyət və incəsənətin inkişafına diqqətin daha bir təzahürüdür. Hazırda Salyan Dövlət Kukla teatrına Hüseynova Laləzar rəhbərlik edir. Teatrın baş rejissoru isə Rafiq Mirzədir.
Salyan Dövlət Kukla teatrının direktoru- Hüseynova Laləzar Ramil qızı
Ünvan: Salyan rayon H. Əliyev küçəsi, 108; Tel: (021) 255-51-94
Salyan Dövlət Rəsm Qalereyası
Salyan Dövlət Rəsm Qalereyası 1985-ci ildən fəaliyyətdədir. Qalereyanın ayrıca binası olmadığından rəsm sənətinin fədailəri müxtəlif vaxtlarda ayrı-ayrı yerlərdə böyük çətinlik içərisində fəaliyyətlərini davam etdiriblər (1985-1992-ci illərdə “Cümə “məscidində, 1992-ci ildən 1998-ci ilə qədər rayon mədəniyyət evinin foyesində, 2008-ci ilə kimi isə 1 saylı Univermağın 2-ci mərtəbəsində). Bu çətinliklərə 2008-ci ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva son qoydu. Fondun dəstəyi ilə şəhərin mərkəzində müasir tipli Rəsm Qalereyası tikilərək istifadəyə verildi. Burada sərgilərin keçirilməsi və dərnəklərin təşkili üçün hər cür şərait var. İstedadlı rəsm həvəskarlarının üzə çıxarılmasında böyük rolu olan, qalereyada 8 nəfər əməkdaş çalışır.
Qalereyanın direktor vəzifəsini müvəqqəti icra edən – Əzizova Sevda Qulam qızı
Ünvan: Salyan şəhəri H.Əliyev kücəsi 107; Tel: (021) 255-51-45
Qulu Əsgərov adına İncəsənət məktəbi
Salyan rayon İncəsənət məktəbi 1961- ci ildən 7 illik uşaq musiqi məktəbi kimi fəaliyyətə başlayıb. 1991-ci ildən isə Mədəniyyət Nazirliyinin qərarı ilə musiqi müəssisəsinə Qulu Əsgərovun adı verilib və statusunu dəyişdirərək incəsənət məktəbinə çevrilib. O vaxtdan başlayaraq məktəbin uğurları daha da artıb. Dərslərin keçirilməsində, tədris işlərinin yüksək səviyyədə təşkilində əsaslı dönüş olub. Məktəbin şagird və məzunları dəfələrlə respublika səviyyəli müsabiqələrdə fərqlənərək musiqi ocağının adını yüksəklərə qaldırıblar. Məlumat üçün bildirək ki, Salyan rayon Qulu Əsgərov adına musiqi məktəbinin məzunlarının böyük bir qismi respublikanın ali və orta ixtisas təhsil müəssisələrini bitirib müxtəlif bölgələrdə fəaliyyət göstərərək, milli musiqimizin qorunub saxlanması və təbliği sahəsində yaxından iştirak edirlər.
Hazırda Salyan rayon Qulu Əsgərov adına İncəsənət məktəbində fortepiano, skripka, tar, kamança, saz, qarmon, nağara, xanəndəlik, Təsviri İncəsənət, Xoreoqrafiya (rəqs) ixtisasları üzrə şöbələr fəaliyyət göstərir. Lakin məktəbdə nəfəsli alətlər, estrada ifaçısı, sintezator ixtisasları üzrə peşəkar kadrlar olmadığı üçün bu şöbələrin açılması hələ ki mümkün olmayıb. Məktəbdə Azərbaycan xalq çalğı alətləri orkestri, xor kollektivi, Kür qrupu və digər qruplar da fəaliyyət göstərirlər. Ümumiyyətlə məktəbdə göstərilən ixtisaslar üzrə 403 şagird təhsil alır. Bu şagirdlərin təhsil, təlim və tərbiyə işləri ilə 86 müəllim məşğul olur. Müəllimlərin əksəriyyəti hazırda dərs dedikləri incəsənət məktəbinin yetirmələridir. Onların da 5 nəfəri ali təhsilli, 71 nəfəri orta ixtisas təhsilli, 7 nəfəri isə orta təhsillidir. 2021-2022-ci tədris ilində Mədəniyyət və Turizm Nazirliyinin məktubuna əsasən məktəbə 85 nəfər şagird qəbul edilmişdir. Ümumilikdə fortepiano şöbəsində 297, skripkada 17, tarda 15, sazda 5, qarmonda 24, nağarada 12, kamançada 8, rəssamlıqda 7, xoreoqrafiyada 8, xanəndə də isə 10 nəfər şagird təhsil alır. 2019-cu ilin may ayında Mədəniyyət Nazirliyi və rayon İcra hakimiyyəti tərəfindən məktəbdə əsaslı təmir işləri aparılmış və 8 yeni sinif otağı tikilib şagirdlərin ixtiyarına verilmişdir.
İncəsənət məktəbinin direktoru- Əliyeva Adilə Mirqəfər qızı
Ünvan: Salyan şəhəri Əli bəy Hüseynzadə küçəsi 46. Tel: (021) 255-51-09
Yenikənd kənd uşaq Musiqi məktəbi
Salyan rayon Yenikənd kənd uşaq Musiqi məktəbi 1982-ci ildən fəaliyyət göstərir. Məktəbdə 4 ixtisas üzrə tədris aparılır (fortepiano, tar, qarmon, nağara). Bu ixtisaslar üzrə fortepiano-59, tar-8, qarmon-43, nağara-20, cəmi 130 nəfər şagird təhsil alır. 2021-2022-ci tədris ilində Biləsuvar Regional Mədəniyyət və Turizm idarəsinin qəbul planına uyğun olaraq məktəbə 27 nəfər şagird qəbul edilmişdir. Məktəbdə 32 müəllim çalışır ki, onlardan 2 nəfəri ali, 25 nəfəri orta ixtisaslı, 5 nəfər ümumi orta təhsillidir. Məktəbin məzunlarından bir çoxu musiqi sahəsində ali və orta ixtisas təhsili olaraq Respublikanın müxtəlif bölgələrində çalışırlar. Məktəbin müəllimlərinin bir neçəsi də dərs dedikləri musiqi məktəbinin məzunlarıdır. Bir müəllim Bakı Musiqi Akademiyasının fortepiano şöbəsinin tələbəsidir. Məktəb binasının əsaslı təmirə ehtiyacı var.
Musiqi məktəbinin direktoru- Hüseynova Xalidə
Ünvan: Salyan rayonu Yenikənd kəndi: Tel: 051-916-86-47
Salyan Bayraq Muzeyi
Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin atributu olmuş üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün oldu. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra milli bayrağımız ilk dəfə Ulu Öndər tərəfindən Naxçıvanda qaldırıldı. İndi bu bayraq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə qürurla dalğalanır və hər bir azərbaycanlı dövlət bayrağını özünün qürur mənbəyi hesab edir. Bu mühüm amili şərtləndirən əsas səbəblərdən biri də Prezident İlham Əliyevin dövlət atributlarımıza xüsusi ehtiramla yanaşmasıdır. Fərəhli haldır ki, paytaxtdan sonra əksər bölgələrimizdə də üçrəngli bayrağımızın şərəfinə muzeylər yaradılır, xüsusi layihələr həyata keçirilir.
24.09.2017-ci il tarixində Cənab Prezident İlham Əliyevin Salyana səfəri çərçivəsində Bayraq Muzeyinin açlışında iştirak etmişdir. Bayraq Muzeyinin yerləşdiyi ərazidə Bayraq Meydanı yaradılıb, burada dövlət bayrağı ucaldılıb, ərazidə geniş abadlaşdırma işləri görülüb. Rayonun daxili imkanları hesabına reallaşdırılan layihə çərçivəsində ümumi sahəsi 410 kvadratmetr olan bina tikilmişdir. Bina 2 zal, 1 vestibül, 1 bələdçi və 1 yardımçı otaqdan ibarətdir. Zəruri infrastrukturla təchiz olunan muzeydə çoxlu sayda eksponatın sərgilənməsi üçün hər cür şərait yaradılıb. Bayraq Muzeyində Azərbaycanda xanlıqlar dövrünün xəritəsi, Azərbaycan Respublikasının müxtəlif dövlət orqanlarında çalışanların, zabitlərin mərasim, hərbi hava və hərbi dəniz qüvvələri orqanlarının geyimləri, müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlər, Azərbaycan SSR-in və müstəqil respublikamızın konstitusiyaları, dövlət atributları, ümummilli lider Heydər Əliyevin andiçmə mərasiminə dair fotoşəkillər və Ulu Öndərimizin dövlət rəmzləri haqqında kəlamları, Prezident İlham Əliyevin andiçmə və Dövlət Bayrağı Meydanının açılışı mərasimlərindən fotoları, poçt markaları, orden və medallar nümayiş olunur. Bütün bunlar həm Salyan gənclərində, həm də rayona gələn qonaqlarda şanlı tariximiz haqqında təsəvvür yaratmağa geniş imkanlar açır.
Salyan rayon Mədəniyyət Mərkəzi
Qədim Salyanda təhsil və insanların dünya görüşünün ətraf ərazilərdən fərqli olması, daha doğrusu inkişaf etməsi burada mədəniyyət sahəsinin formalaşmasına zəmin yaradır. İlk müntəzəm fəaliyyət göstərən “maarifləşdirmə” adı altında 1905-ci ildə guşə (klub) yaradır. Daha sonra bir qədər də təkmilləşdirilərək bədii öz fəaliyyət kollektivləri işə başlayır. 1924-ci ildə “Yeni yol” qəzetinin 27 dekabr sayında Ağalarov təxəllüslü müəllif yazırdı ki, salyanlı mədəniyyət işçiləri Astarxan bazarda (Cəlilabadda) mədəni proqramlarla çıxış edib. Ümumiyyətlə, 1920-1940-cı illər arasında klubda (sonradan mədəniyyət evi, indi isə Mədəniyyət Mərkəzi adlanır) xalq çalğı alətləri ansamblı, bədii qiraətçilər və dram dərnəkləri olub. 1944-cü ildə dram dərnəyinin bazasında Salyan Dram Teatrı yaradılır və 3 il fəaliyyət gəstərir. 1970-ci ildən bəri Mədəniyyət evinin (Mərkəzinin) nəzdində 5 bədii özfəaliyyət kollektivi fəaliyyətə başlayıb.
1. Qulu Əsgərov adına “Gənclik” xalq çalğı alətləri ansamblı 1945-ci il sentyabr ayında Məmmədov Məzahir Mənəf oğlu tərəfindən yaradılıb. “Gənclik” xalq çalgı alətləri ansamblı 02 sentyabr 1994-cü ildə Xalq kollektivi adına layiq görülüb. Respublikanın, Ümumittifaq festivallarının I-II-dərəcəli Diplom və döş nişanlarına layiq görülmüşdür. Kollektivə hazırda Məmmədov Natiq İbadulla oğlu rəhbərlik edir. Kollektiv hal-hazırda Respublikada və rayonda keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirak edir.
2. “Mahirlər” ailə xalq ansamblı 1961-ci ildə Əməkdar Məddəniyyət işçisi, Respublikanın Əməkdar Artisti Sadıqov Həsənağa Bilal oğlu tərəfindən yaradılıb. Xalq kollektivi adına 06.06.1988-ci ildə layiq görülüb. Kollektivə hazırda Sadıqov Elçin Həsanağa oğlu rəhbərlik edir. Beynəlxalq, Ümumittifaq Respublika Festivalları lauriatı, AFR, Türkiyə, İran, Fransa, Amerka, Norveç, İngiltərə, Çin və başqa ölkələrdə çıxış etmişdir. Hal-hazırda Respublikada və rayonda keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirak edir.
3. “Güzgü” miniatur xalq teatrı 1971-ci ildə Əliyev Əlizadə Abı oğlu tərəfindən yaradılıb. Xalq kollektivi adına 20.12.1989-cu ildə layiq görülüb. Kollektivə hazırda Bədəlov Eldar Əvəz oğlu rəhbərlik edir. Birinci və ikinci dərəcəli Diplom və döş nişanları, Ümumittifaq, Respublika festivallar lauriatına layiq görülüb. Hal-hazırda Respublikada və rayonda keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirak edir.
4. “Cəngi” milli nəfəs alətləri xalq kollektivi 1973-cü ildə Məmmədov Mənəf Heydər oğlu tərəfindən yaradılıb. Xalq kollektivi adına 18.11.1977-ci ildə layiq görülüb. Kollektivə hazırda Abbasov Vasif Akif oğlu rəhbərlik edir. Beynəlxalq, Respublika festivallar lauriatı, SSRİ XTNS-nin qızıl medalı, Azərbaycan Respublikasının fəxri fərmanlarına layiq görülmüşdür. Kollektiv Yuqaslaviya, İspaniya, Avstriya, İran, Özbəkistan, Türkmənstan, Piribaltika ölkələrində çıxış etmişdir. Hal-hazırda Respublikada və rayonda keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirak edir.
5. “Hünər” sirk- estrada xalq kollektivi 1982-ci ildə Cavadov Yaşar Əbil oğlu tərəfindən yaradılıb. Xalq kollektivi adına 24 iyun 1992-ci ildə layiq görülüb. Kollektivə hazırda Cavadov Tural Yaşar oğlu rəhbərlik edir. Birinci və ikinci dərəcəli Ümumittifaq, Respublika Festivallarının I dərəcəli Diplomuna layiq görülmüşdür. Hal-hazırda Respublikada və rayonda keçirilən mədəni-kütləvi tədbirlərdə fəal iştirak edir.
Rayon Mədəniyyət evi 2015-ci ildən Mədəniyyət və Turizm Nazirinin müvafiq əmri ilə Mədəniyyət Mərkəzi adlandırılmışdır. Hazırda “Babək” kino teatrında yerləşən Əliövsət Quliyev adına Mədəniyyət Mərkəzində fəaliyyət göstərən “Muğan” rəqs qrupu, “Kür” instrumental ansamblı, 4 adda həvəskar dərnək və kurslar fəaliyyət göstərir.
Məlumat üçün bildirirəm ki, 27 mədəniyyət müəssisəsində 107 nəfər işçi çalışır. 107 nəfər işçidən 8 ali, 18 orta ixtisas, 14 qeyri-ixtisas, 67 orta təhsillidir.
Mərkəzin direktor vəzifəsini müvəqqəti icra edən– Əsədov Rafət Fətəli oğlu
Ünvan: Salyan şəhəri Heydər Əliyev küçəsi, 107a
Telefon: (021) 255-51-43