Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının yaradılmasının 30 illiyinə həsr edilmiş konfrans keçirilmişdir.
Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının yaradılmasının 30 illiyinə həsr edilmiş
konfrans keçirilmişdir.
Konfransda Salyan RİH-nin başçısı Sevindik Hətəmov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, YAP-nın İdarə Heyətinin üzvü Amin İsmayılov və rayon təşkilatının üzvləri iştirak etmişlər. Konfrans iştirakçıları öncə müstəqil Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad etmişlər. Konfransda çıxış edənlər əlamətdar gün münasibətilə konfrans iştirakçılarını təbrik etmiş, Yeni Azərbaycan Partiyasının keçdiyi çox ağır, çətin eyni zamanda şərəfli inkişaf yolundan geniş bəhs etmişlər. Tədbirin sonunda partiyanın rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə partiya üzvlərinə və partiya fəallarına Fəxri Fərmanlar və hədiyyələr təqdim edilmişdir.