Şriftin ölçüsü :

Saytın rəngi :

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Salyan rayonu ərazisindən keçən magistral avtomobil yollarının kənarlarında ağacəkmə aksiyası keçirilmişdir.

18 oktyabr 2024 | 13:37

“Yaşıl dünya naminə həmrəylik ili”  çərçivəsində Salyan rayonu ərazisindən keçən magistral avtomobil yollarının kənarlarında

ağacəkmə aksiyası keçirilmişdir.

Prezident İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Sərəncamının icrası ilə əlaqədar RİH tərəfindən Salyan rayonu ərazisindən keçən magistral avtomobil yollarının kənarlarında ağacəkmə aksiyası keçirilmişdir. Salyan RİH-nin başçısı Rüstəm Xəlilovun, YAP Salyan rayon təşkilatının fəallarının, idarə və müəssisələrin kollektivlərinin, və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakları ilə baş tutan aksiyada Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Salyan rayonunun Aşağı Noxudlu kəndi ərazisindən keçən 57-ci km-də yol kənarlarına 1500- ədəd ağac eldar şamı, sərv və dekorativ bəzək kolları əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib. Aksiyanın keçirilməsində məqsəd ekoloji vəziyyətin sağlamlaşdırılması, cəmiyyətdə təbiətə qayğını təbliğ etmək, yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına, ən əsası da ölkədə keçirilən ekoloji tədbirlərə və ekoloji maarifləndirmə işlərinə töhfə verməkdən ibarətdir. Qeyd edək ki, “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində payız mövsümündə ağacəkmə aksiyaları, rayonun yaşıllaşdırılması, yaşıllıqlara qulluq, abadlıqla bağlı tədbirlərin davam etdirilməsi və 10000 ədəd ağac əkilməsi nəzərdə tutulur.

             

 

 

Keçidlər