Yaponiyanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi Salyan rayonuna səfər etmişdir.
Yaponiyanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Vada Cüniçi Salyan rayonuna səfər etmişdir.
Səfir Salyan rayon İcra Hakmiyyətinin başçısı Sevindik Hətəmovla görüşmüşdür. Rayon icra hakimiyyətində keçirilən görüşdə başçı, səfir Vada Cüniçyə Salyanın tarixi, əhalisi, məşğuliyyəti, ictimai-siyasi, mədəni həyatı və iqtisadi göstəriciləri barədə geniş məlumat vermişdir. Səfər çərçivəsində səfir Vada Cüniçi rayonda fəaliyyət göstərən “Qida Məhsulları İstehsalat Kommersiya şirkəti” MMC-yə baxış keçirmişdir. Burada qonağa istehsal prosesi barədə ətraflı məlumat verilmişdir. Səfir göstərilən diqqətə görə minnətdarlıq etmişdir və qarışıqlıqlı əməkdaşlığın xalqlarımız arasındakı dostluğun daha da möhkəmlənməsinə xidmət etdiyini bildirmişdir.