Şriftin ölçüsü :

Saytın rəngi :

Xüsusi Təyinatlı Qüvvələrin baş giziri, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Sübhan Cəbrayılovun haqqında çəkilmiş “Qoruyucu mələklər” adlı sənədli filminin təqdimatı keçirilib.

24 iyun 2023 | 17:41

Xüsusi Təyinatlı Qüvvələrin baş giziri, Vətən Müharibəsi Qəhrəmanı, şəhid Sübhan Cəbrayılovun haqqında çəkilmiş “Qoruyucu mələklər” adlı sənədli filminin təqdimatı keçirilib.

Dövlət Himninin səsləndirilməsi ilə başlayan təqdimatda torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.  35 dəqiqəlik filmdə Sübhan Cəbrayılovun keçdiyi döyüş yollarından xronikalar, doğmalarının, silahdaşlarının xatirələri və müharibə zamanı lentə alınan görüntülər əksini tapıb. Qeyd edək ki, 1983-cü ildə Salyan rayonunun Marışlı kəndində doğulan Sübhan Cəbrayılov əfsanəvi taborun tərkibində 44 günlük Vətən müharibəsində əsl qəhrəmanlıq göstərib. O, Suqovuşanın, Füzulinin, Hadrutun, Cəbrayılın, Zəngilanın və Qubadlının azad olunmasında iştirak edib. “Cəbi” ləqəbi ilə tanının qəhrəman oktyabrın 19-da Qubadlıda gedən döyüşlərdə snayper gülləsi ilə şəhidlik zirvəsinə ucalıb. Nəşi neytral zonadan çıxarıldıqdan sonra doğulduğu gün – oktyabrın 23-də yaşadığı Sumqayıt şəhər Şəhidlər xiyabanında torpağa tapşırılıb. Sübhan Cəbrayılov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına, “Vətən uğrunda”, ”Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

Keçidlər