Xocalı faciəsinin qurbanlarının 31-ci ildönümünün qeyd edildi
26 fevral 2023 | 08:15
Salyanda Azərbaycan tarixinə qanla yazılmış Xocalı faciəsinin qurbanlarının 31-ci ildönümünün qeyd edilməsi ilə əlaqədar anım tədbiri keçirilmişdir.
Anım tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri “Şəhidlər” xatirə kompleksini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüş və Azərbaycanın ərazi bütövlüyü uğrunda, o cümlədən Xocalıda şəhid olan həmvətənlərimizin unudulmaz xatirəsi qarşısında ehtiramla baş əymişlər.
Anım mərasimində “Xocalı faciəsi” qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, şəhidlərin ruhuna dualar oxunmuşdur. Tədbirdə faciə qurbanlarının xatirəsinə həsr olunmuş “Ana fəryadı” adlı ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.