Vətəndaşların mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə Mərkəzləşdirilmiş Kitabxana Sistemində növbəti səyyar qəbul keçirilib.
Vətəndaşların mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə Mərkəzləşdirilmiş Kitabxana Sistemində
növbəti səyyar qəbul keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov Mərkəzləşdirilmiş Kitabxana Sistemində vətəndaşların mövcud problemlərinin yerindəcə öyrənib həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul keçirdi. Qəbulda çıxış edən rayon rəhbəri vətəndaşlarla görüş ölkə Prezidenti cənab İlham Əliyevin əhali ilə daima təmasda olmaq barədə tapşırığına uyğun olaraq keçirildiyini qeyd etmişdir. Qəbul zamanı sakinlərin səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən bir sıra digər məsələ isə aidiyyəti təşkilat rəhbərlərinə tapşırılaraq icrası nəzarətə götürülüb.