Vətən müharibəsinin şəhidi Qasımov Elməddin Adil oğlu doğum günündə anıldı.
Vətən müharibəsinin şəhidi Qasımov Elməddin Adil oğlu doğum günündə anıldı.
Vətən müharibəsinin şəhidi Qasımov Elməddin Adil oğlunun doğum günü münasibətilə rayon rəsmiləri, kənd sakinləri, ictimaiyyət nümayəndələri və şəhidin doğmaları onun məzarını ziyarət etmiş, önünə gül dəstələri düzmüş və ruhunu ehtiramla yad etmişlər. Qasımov Elməddin Adil oğlu 1999-cı il avqust ayının 9-da Salyan rayonunun Qarabağlı kəndində doğulub. Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elməddin Qasımov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı qəhrəmancasına savaşıb. Elməddin Qasımov 27 oktyabr 2020-ci ildə Füzuli döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elməddin Qasımov ölümündən sonra "Vətən uğrunda","Füzulinin azad olunmasına görə” və "İgidliyə görə" medalları ilə təltif edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!