Vətən müharibəsində şəhid olmuş gizir Əmrah Firavan oğlu Həmidovun ildönümü münasibətilə məzarı ziyarət olunmuşdur.
05 oktyabr 2022 | 18:17
Vətən müharibəsində şəhid olmuş gizir Əmrah Firavan oğlu Həmidovun ildönümü münasibətilə məzarı ziyarət olunmuşdur.
Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, ailə üzvüləri və ictimaiyyət nümayəndələri şəhidin şəhadətinin ildönümü ilə əlaqədar təşkil edilmiş il mərasimində iştirak etmişlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə şəhid Əmrah Həmidov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!