Vətən müharibəsi şəhidi Əliyev Rəşad Əmiralı oğlunun ölümündən sonra təltif edildiyi “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni ailəsinə təqdim edilib.
Vətən müharibəsi şəhidi Əliyev Rəşad Əmiralı oğlunun ölümündən sonra təltif edildiyi “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni ailəsinə təqdim edilib.
Salyan rayon icra hakimiyyəti başçısı Sevindik Hətəmov Vətən müharibəsi şəhidi Əliyev Rəşad Əmiralı oğlunun ailəsini ziyarət etmiş, ölümündən sonra təltif edildiyi “3-cü dərəcəli Vətənə xidmətə görə” ordenini və vəsiqəsini atasına təqdim etmişdir. Görüş zamanı şəhidin şərəfli həyat və döyüş yolundan, Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsindən, qazanılan tarixi Qələbədən danışılmışdır. Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.