Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaq Səfirlər Məclisi”nə üzv seçilən nümayəndə İsmayılova Aygilə Təbriz qızının "Vətəni sevmək -Vətən üçün hər cür fədakarlıq etmək deməkdir" və “Yaşıl dünya naminə həmrəylik ili” mövzuları əsasında hazırladığı tədbir keçirildi.

02 aprel 2024 | 12:06

Salyan Rayon İcra Hakimiyyətinin və Salyan rayon Heydər Əliyev Mərkəzinin birgə təskilatçılığı ilə “Uşaq Səfirlər Məclisi”nə üzv seçilən nümayəndə, Sarvan kənd tam orta məktəbinin şagirdi İsmayılova Aygilə Təbriz qızının "Vətəni sevmək -Vətən üçün hər cür fədakarlıq etmək deməkdir" və “Yaşıl dünya naminə həmrəylik ili” mövzuları əsasında hazırladığı tədbir keçirildi.

Tədbirdə Salyan RİH başçısı yanında "Yetkinlik Yaşına Çatmayanların İşləri və hüquqlarının müdafiəsi" üzrə komissiyanın böyuk məsləhətçisi və məsləhətçi psixoloqu Sevinc Səmədova, Salyan Rayon Heydər Əliyev Mərkəzinin direktoru Nübar Əliyeva və Sarvan kənd tam orta məktəbin direktoru Nazənin İsmayılova iştirak etmişlər. S.Səmədova Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Uşaq Səfirlər Məclisi”nin yaradılmasında məqsədin seçilmiş məclis üzvlərinin müstəqil özünü ifadə etmə bacarığını, ictimai fəallığını, liderlik keyfiyyətini və idarəetmə mədəniyyətinə malik olmalarını nəzərə alaraq, uşaq hüquqlarının müdafiəsi, uşaq inkişafı, həmçinin, uşaqları narahat edən məsələlərlə bağlı müzakirələrdə, onların həlli istiqamətində təkliflər irəli sürmələri barədə ətraflı məlumat vermişdir. Tədbirdə rayon üzrə seçilən məclis üzvlərinin əhatə dairəsinin genişləndirilməsi üçün rayonun təhsil müəssisələrindən fəallığı ilə seçilən məktəblilər də iştirak etmişlər. Görüşdə məclisin üzvü Salyan rayonu Sarvan kənd tam orta məktəbin şagirdi İsmayılova Aygilə Təbriz qızı Yaşıl dünya naminə həmrəylik ili” və "Vətəni sevmək -Vətən üçün hər cür fədakarlıq etmək deməkdir” mövzularında hazırladığı məruzə ilə çıxış etmiş və fəallar mövzu ətrafında müzakirələrdə iştirak etmişlər. Mövzularla bağlı videoçarx nümayiş olunmuşdur.

 

 

 

 

 

Keçidlər