Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş idarə, müəssisə və təşkilatlar arasında futzal idman növü üzrə rayon turnirinin final oyunu keçirilib.
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş
futzal idman növü üzrə rayon turnirinin final oyunu keçirilib.
Salyan Olimpiya İdman Kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş idarə, müəssisə və təşkilatlar arasında futzal idman növü üzrə rayon çempionatının final mərhələsi keçirilib. Öncə Azərbaycan Respubikasının dövlət himni səsləndirililib və Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. İdman mübarizəsi şəraitində keçən turnirdə bir neçə komanda iştirak edib, oyunlar dostluq şəraitində və qaydalara uyğun şəkildə təşkil olunub. Turnirin final oyununda Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinin komandası Muğan Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin komandası qalib gələrək turnirin qalibi olmuşdur. Yarışın sonunda qalib komandaya kubok və medallar təqdim olunub.