Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş ümumtəhsil şəhər məktəbləri arasında “Nə, harada, nə zaman” intellektual oyunu üzrə rayon birinciliyi keçirilmişdir.

13 aprel 2023 | 16:28

Ümummilli  Lider  Heydər  Əliyevin anadan  olmasının  100 illik  yubileyinə  həsr  edilmiş  ümumtəhsil  şəhər  məktəbləri   arasında “Nə, harada, nə zaman” intellektual oyunu üzrə rayon birinciliyi keçirilmişdir.

Salyan rayon İcra hakimiyyətinin, rayon Gənclər və İdman İdarəsinin  və Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə sektorunun birgə təşkilatçılığı ilə 2023-cü il “Heydər Əliyev ili” çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan  olmasının  100 illik  yubileyinə  həsr  edilmiş  ümumtəhsil  şəhər  məktəbləri  arasında “Nə, harada, nə zaman” intellektual oyunu üzrə rayon birinciliyi keçirilmişdir. Öncə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Sonra iştirakçılara “Nə, harada, nə zaman" intellektual oyununun qaydaları izah edildi və birinciliyə start verildi. Maraqlı mübarizə şəraitində keçən “Nə, harada, nə zaman"  intellektual oyunu üzrə rayon birinciliyinin yekunundaI yeri şəhər 1 saylı humanitar  fənlər  təmayüllü məktəb liseyin  “Uğur”  komandası , II  yeri  şəhər 2 saylı  tam  orta  məktəbin  “Kür”  komandası, III  yeri isə şəhər  4  saylı  tam orta məktəbin  “Aran” komandası tutdu. Qalib komandalar Salyan rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olundular.

 

 

Keçidlər