Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı “Əsrin müqaviləsi tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda konfrans keçirilmişdir.
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı “Əsrin müqaviləsi tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda konfrans keçirilmişdir.
Salyan RİH-nin başçısı Sevindik Hətəmov, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri, “Şöhrət” ordenli, Əməkdar mühəndis Valeh Ələsgərov, Milli Məclisin deputatı Fəzail Ağamalı, "GL” LTD-nin baş direktoru Asif Zeynalov, Salyan “OİL” şirkətinin meneceri Ramil Əsgərov, şirkətin icraçı direktoru Nahid Nuriyev, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Konfrans iştirakçıları öncə Heydər Əliyev Mərkəzini ziyarət etmiş, sonra tədbir Salyan Rayon İcra Hakimiyyətinin iclas zalında davam etmişdir. Konfrasda Ümummilli Liderinin misilsiz xidmətlərini özündə əks etdirən “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” adlı videoçarx nümayiş etdirilmişdir. Peşə bayramları münasibətilə neftçiləri təbrik edən Salyan RİH-nin başçısı Sevindik Hətəmov istər 1969-1982-ci, istərsə də ölkəmiz dövlət müstəqilliyinə nail olduqdan sonra 1993-2003-cü illərdə Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə bütün sahələrin hərtərəfli inkişafı istiqamətində böyük işlərin görüldüyünü vurğulayaraq bildirmişdir ki, Əsrin müqaviləsinin imzalanması ilə müstəqil Azərbaycan dövlətinin tarixində milli neft strategiyası həyata keçirilməyə başlamışdır. Respublika iqtisadiyyatının ən böyük uğurlarından sayılan Bakı-Tbilisi-Ceyhan layihəsi bütün dünyada ölkəmizin mövqeyini gücləndirmiş, dövlətimizi Cənubi Qafqazın liderinə çevirmişdir. RİH başçısı Ulu Öndərin neft siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, aparılan iqtisadi islahatlar nəticəsində neft kapitalının insan kapitalına çevrilməsi istiqamətində mühüm layihələrin həyata keçirildiyini bildirmişdir.
Təbrikə qoşulanlar Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri, “Şöhrət” ordenli, Əməkdar mühəndis Valeh Ələsgərov, Milli Məclisin deputatı Fəzail Ağamalı, "GL” LTD-nin baş direktoru Asif Zeynalov, rayon “Qələbə” qəzetinin baş redaktoru Rüstəm Məlikov, Salyan Regional Qaz İstismarı İdarəsinin texniki istismar şöbəsinin rəisi Şəfəq İsmayılova Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış yeni neft strategiyasının əsasın təşkil edən 1994-cü il sentyabrın 20-də Bakıda dünyanın 7 ölkəsini təmsil edən 11 neft şirkəti arasında imzalanmış “Əsrin müqaviləsi”nin Azərbaycan xalqının taleyində müstəsna rol oynadığını qeyd edərək bildirmişlər ki, neft strategiyasının uğurla reallaşması nəticəsində əldə olunan yüksək maliyyə gəlirlərinin tətbiqi ilə davamlı iqtisadi inkişaf fonunda digər sahələrlə yanaşı, milli ordu quruculuğu istiqamətində aparılan zəruri tədbirlər sayəsində ordumuz ən müasir hərbi texnika və silahlarla təchiz edilmiş və bu ordunun gücü ilə Azərbaycan işğal altında olan torpaqlarımızı azad edərək tarixi Zəfərə imza atmışlar.