“Ulu Öndər Heydər Əliyev ideyaları ilə qazanılan tarixi Zəfər” adlı tədbir keçirilib.
“Ulu Öndər Heydər Əliyev ideyaları ilə qazanılan tarixi Zəfər”
adlı tədbir keçirilib.
16 oktyabr 2025-ci il tarixində Salyan Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının və Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Ulu Öndər Heydər Əliyev ideyaları ilə qazanılan tarixi Zəfər” mövzusunda tədbir keçirilib. Salyan Rayon Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş videoçarx nümayiş olunub.
Tədbirdə çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin ideyalarının Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində və xalqımızın milli birliyinin təmin olunmasında əvəzsiz rol oynadığını bildiriblər. Vurğulanıb ki, 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan Ordusunun göstərdiyi misilsiz qəhrəmanlıq və yüksək peşəkarlıq tarixi Zəfərin qazanılmasında həlledici rol oynayıb və bu uğurlar Ulu Öndərin ideyalarının gerçəkləşməsinin təcəssümü kimi dəyərləndirilib. Qeyd olunub ki, torpaqlarımızın azad olunması həm dövlətimizin suverenliyinin möhkəmlənməsini təmin edib, həm də xalqımızın milli qürurunu daha da yüksəldib.
Çıxışlarda həmçinin şəhidlərin xatirəsinin əziz tutulmasının, onların ailələrinin dövlət tərəfindən daim diqqət və qayğı ilə əhatə olunmasının önəmi qeyd olunub. Bildirilib ki, gənc nəsil bu qəhrəmanlıq nümunələrindən ilham alaraq vətənpərvərlik ruhunda tərbiyə edilməli, ölkənin inkişafı və təhlükəsizliyi uğrunda hər zaman məsuliyyət daşımalıdır.
Tədbirdə çıxış edənlər həmçinin bildiriblər ki, Ulu Öndərin ideyaları ilə qazanılan bu tarixi Zəfər hər bir azərbaycanlının qürur mənbəyidir və gələcək nəsillərə örnək olacaq, xalqımızın birliyini möhkəmləndirəcək. Qeyd olunub ki, dövlətimizin gücü və xalqımızın iradəsi sayəsində Azərbaycan həm hərbi, həm siyasi, həm də sosial sahələrdə davamlı inkişaf edir.






