Şriftin ölçüsü :

Saytın rəngi :

Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində zərər görmüş əhaliyə göstərilən humanitar yardım kampaniyasına Salyan RİH də qoşulub.

13 fevral 2023 | 16:47

Qardaş Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində zərər görmüş əhaliyə göstərilən humanitar yardım kampaniyasına Salyan Rayon İcra Hakimiyyəti də qoşulub.

Türkiyədə dağıdıcı zəlzələdən zərərçəkmiş insanlar üçün Salyan rayon İcra Hakimiyyəti tərəfindən zəruri isti qış geyimləri, yataq, adyal dəstləri bu gün xüsusi ayrılmış nəqliyyat vasitəsilə yola salınıb. Türkiyə xalqının kədəri bizim kədərimizdir. Biz bu çətin gündə salyanlılar olaraq türk qardaşlarımızın yanında olmağı və onlara dəstək verməyi özümüzə borc bildik.

Keçidlər