Şriftin ölçüsü :

Saytın rəngi :

Sentyabrın 13-də Ermənistan sərhədində baş verən təxribatlar zamanı şəhid olan hərbi qulluqçumuz Səmədov Elminin ildönümü münasibətilə məzarı ziyarət olundu.

14 sentyabr 2023 | 11:44

Sentyabrın 13-də Ermənistan sərhədində baş verən təxribatlar zamanı şəhid olan hərbi qulluqçumuz  Səmədov Elminin ildönümü  münasibətilə məzarı ziyarət olundu.

Sentyabrın 13-də Ermənistan sərhədində baş verən təxribatların qarşısını alan zaman şəhid olan hərbi qulluqçumuz Səmədov Elmin Mirzəli oğlunun ildönümü  münasibətilə məzarı ziyarət olunmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri, kənd sakinləri və ictimaiyyət nümayəndələri şəhidin şəhadətinin ildönümü ilə əlaqədar məzarını ziyarət etmiş, önünə gül dəstələri düzmüş, ruhuna dualar oxumuşlar. Vətən müharibəsində də iştirak edərək böyük şücaət göstərmiş Elmin Səmədov Prezident İlham Əliyevin Sərəncamları ilə “İgidliyə görə”, “Zəngilanın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! 

Keçidlər