Şriftin ölçüsü :

Saytın rəngi :

“Sən elə bir zirvəsən” adlı uşaq incəsənət festivalı keçirilmişdir.

12 aprel 2023 | 09:38

“Sən elə bir zirvəsən” adlı uşaq incəsənət festivalı keçirilmişdir.

Şirvan-Salyan Regional Təhsil İdarəsinin və Salyan Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə 2023-cü il “Heydər Əliyev ili” çərçivəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 100-illik yubileyinə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı uşaq yaradıcılıq festivalı keçirilmişdir. Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər. Sonra əl işlərindən və rəsm əsərlərindən ibarət sərgilər nümayiş etdirilmiş, uşaqların ifasında rəqslər ifa edilmiş və mahnı nömrələri səsləndirilmişdir. Festivalda Bakı şəhər 2 saylı, Sumqayıt şəhər 1 və 2 saylı, Gəncə şəhər, Salyan, Göygöl, İmişli, Bərdə, Masallı, Cəlilabad, Beyləqan və Bakı şəhəri, Abşeron rayonlarının Uşaq Gənclər İnkişaf Mərkəzlərinin şagirdləri iştirak etmişlər.

Keçidlər